Təhsil 365 - Logo Mobile

20 Yanvar – Qara Yanvar faciəsindən 36 il ötür

8719.01.2026 - 20:00
20 Yanvar – Qara Yanvar faciəsindən 36 il ötür

Bu gün Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş Qara Yanvar faciəsindən 36 il keçir. Həmin tarix Azərbaycan xalqının yaddaşına Ümumxalq Hüzn Günü kimi həkk olunub.

“Tehsil365” xatırladır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin qərarı ilə sovet ordusunun çoxsaylı hərbi hissələri Bakıya yeridilib. Fövqəladə vəziyyət elan olunmasına baxmayaraq, bu qərar əhaliyə əvvəlcədən bildirilməyib. Nəticədə şəhərə daxil olan tanklar, zirehli maşınlar və silahlı hərbi qulluqçular dinc sakinlərə qarşı ağır silahlardan istifadə ediblər.

Faciə nəticəsində müxtəlif mənbələrə görə 131-dən 170-dək mülki şəxs həlak olub, 700-dən çox insan yaralanıb, yüzlərlə vətəndaş isə qanunsuz olaraq həbs edilib. Ölən və yaralananlar arasında qadınlar, uşaqlar və yaşlılar da olub. Həmin gecə yaşayış binalarına, nəqliyyat vasitələrinə və şəhər infrastrukturuna ciddi ziyan dəyib.

Qara Yanvar faciəsi zamanı Azərbaycanda informasiya blokadası yaradılıb. Televiziya və radio mərkəzlərinin enerji təminatı partladılıb, mətbuatın fəaliyyəti dayandırılıb. Məqsəd baş verən hadisələr barədə həqiqi məlumatların ölkə daxilində və beynəlxalq aləmdə yayılmasının qarşısını almaq olub.

Bu qanlı hadisələr SSRİ rəhbərliyinin Azərbaycan xalqının milli azadlıq hərəkatını boğmaq məqsədilə həyata keçirdiyi hərbi-siyasi terror aktı kimi qiymətləndirilir. Qara Yanvar insan hüquqlarının, demokratiya və humanizm prinsiplərinin kobud şəkildə pozulmasının bariz nümunəsi hesab olunur.

Faciədən sonra Azərbaycan xalqı bütün təzyiqlərə baxmayaraq azadlıq iradəsindən geri çəkilməyib. Əksinə, Qara Yanvar hadisələri milli birlik və müstəqillik əzmini daha da gücləndirib və bu mübarizə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə nəticələnib.

1994-cü ildə Milli Məclisin qəbul etdiyi qərarla 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib. Həmin qərarla hadisənin günahkarları açıq şəkildə göstərilib, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.

Hər il yanvarın 20-si Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur. Bu gün ölkənin bütün bölgələrində şəhidlərin xatirəsi dərin ehtiramla anılır, insanlar Şəhidlər xiyabanını ziyarət edir, dövlət bayraqları yarıyadək endirilir.

Aydan Ələkbərova

Xəbər Lenti

Alyona Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib - FOTO20.01.2026 - 07:23
Azərbaycan Universitetində 20 Yanvar faciəsi anılıb - FOTO20.01.2026 - 07:11
İsgəndər Məmmədov adına Qımır kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunub20.01.2026 - 06:54
Prezident Şəhidlər xiyabanından videoçarx paylaşdı - VİDEO20.01.2026 - 06:36
Bu gün hava necə olacaq? 20.01.2026 - 06:18
Əliabad 2 nömrəli məktəbdə Fikrət Əmirova həsr olunmuş nümunəvi dərs keçirilib20.01.2026 - 06:00
Astara şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib20.01.2026 - 05:42
“Kinematoqrafiya haqqında” Qanuna dəyişikliklər təklif olunur20.01.2026 - 05:24
Astara şəhərində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib20.01.2026 - 05:06
Güclü geomaqnit qasırğası başlayıb20.01.2026 - 04:59
Astara şəhərində 20 Yanvar faciəsinin 36-cı ildönümü anıldı20.01.2026 - 04:54
1994-cü il Qarabağ müharibəsi: Kəlbəcər istiqamətində uğurlu hücum20.01.2026 - 04:36
1990-cı ilin 20 Yanvar faciəsi: Qara Yanvar20.01.2026 - 04:18
“İyrənc dərəcədə təhsilli” trendi: Sosial media bizi doğrudan da daha ağıllı edir?20.01.2026 - 04:00
Elm və Təhsil Nazirliyi 20 Yanvarla bağlı paylaşım edib19.01.2026 - 19:59
ADU kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib - FOTO19.01.2026 - 19:52
ADU-da 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO19.01.2026 - 19:40
Azərbaycan XİN: 20 Yanvar tarixi müstəqilliyimizin bərpası üçün təməl rolunu oynadı19.01.2026 - 19:28
Prezident 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib - FOTO19.01.2026 - 19:15
Astarada zəlzələ olub19.01.2026 - 19:03
ADU-da 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO19.01.2026 - 18:49
ADU müəllimləri Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi beynəlxalq konfransda iştirak ediblər - FOTO19.01.2026 - 18:38
Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib - FOTO19.01.2026 - 18:25
Moda əfsanəsi Valentino Qaravani vəfat etdi19.01.2026 - 18:12
FHN-də 20 Yanvar faciəsinin qurbanları yad edildi - FOTO19.01.2026 - 17:59
“Kapitan və Xəzər dənizi” tarixi-sənədli filminin premyerası olub - FOTO19.01.2026 - 17:49
AMEA-nın Humanitar Elmlər Bölməsi ötənilki fəaliyyətinə dair hesabat verib - FOTO19.01.2026 - 17:37
Mərkəzi Elmi Kitabxana 2025-ci ildəki fəaliyyətinə dair hesabat verib 19.01.2026 - 17:24
“Milli birlik və vətənpərvərlik simvolu” - anım tədbiri19.01.2026 - 17:11
PMS imtahanının II mərhələsinin yekun nəticələri elan olunub19.01.2026 - 16:54
UNEC “Qlobal Risklər Hesabatı 2026”nın rəsmi tərəfdaşı seçilib19.01.2026 - 16:42
Azərbaycanda ali təhsil alanların sayı 6 faiz artıb19.01.2026 - 16:30
Sabah maqnit qasırğası OLACAQ19.01.2026 - 16:30
LDU-da “Qanlı yanvar-əbədi xatirə” mövzusunda tədbir keçirilib - FOTO19.01.2026 - 16:19
Dövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR19.01.2026 - 16:08
İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü19.01.2026 - 15:50
Baş Prokurorluğun kollektivi Şəhidlər xiyabanında - FOTOLAR19.01.2026 - 15:39
BMU-da anım tədbiri - FOTOLAR19.01.2026 - 15:20
Zakir Həsənov Şəhidlər xiyabanında - FOTOLAR19.01.2026 - 15:10
DİN-in şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət etdi - FOTO+VİDEO19.01.2026 - 14:59
Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb - FOTO19.01.2026 - 14:47
Gənclər Kitabxanasında “Azadlıq yolunda şəfəq oldunuz” adlı tədbir təşkil edilib - FOTO19.01.2026 - 14:32
Milli Kitabxanada 20 Yanvar hadisəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO19.01.2026 - 14:20
Prezident Kitabxanasında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO19.01.2026 - 14:10
Pedaqoji Universitetdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTO19.01.2026 - 13:57
TAU-da müasir laboratoriya infrastrukturu və milli elmi-sənaye platformaları formalaşdırılır19.01.2026 - 13:45
MEK-də 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş sərgi təşkil edilib19.01.2026 - 13:32