Təhsil 365 - Logo Mobile

ADU-da 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO

10119.01.2026 - 19:40
ADU-da 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO

Yanvarın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) Fransız dilinin fonetikası və qrammatikası kafedrasının əməkdaşları tərəfindən 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “20 Yanvar – Qan yaddaşımız” adlı dəyirmi masa təşkil olunub.

Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib. Bildirilib ki, tədbirdə Azərbaycanın ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masa kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Seyidin giriş sözü ilə açılıb. O, qeyd edib ki, Azərbaycan tarixinə Qanlı Yanvar hadisələri kimi daxil olmuş 20 Yanvar faciəsindən 36 il ötür. Bildirilib ki, 1987-ci ilin sonlarından etibarən yenidən gündəmə gətirilmiş qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarından didərgin salınmasına yönəlib.

Vurğulanıb ki, Azərbaycan xalqının haqq-ədalətin bərpası uğrunda səsini ucaltdığı bir vaxtda Sovet hakimiyyəti misli görünməmiş cinayətə əl atıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyi beynəlxalq hüquq normalarını və mövcud qanunvericiliyi kobud şəkildə pozaraq, əhalini xəbərdar etmədən Bakıda və ölkənin digər bölgələrində qırğın törədib. Nəticədə 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib. Qeyd olunub ki, bu qanlı hadisədən bir gün sonra – yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti kəskin şəkildə pisləyib və beynəlxalq ictimaiyyət qarşısında qətiyyətli bəyanatla çıxış edib.

Tədbirdə çıxış edən kafedranın müəllimi Aynurə Cəbiyeva bildirib ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, eyni zamanda milli azadlıq hərəkatının zirvəsi, xalqımızın istiqlal arzularının oyanış günü kimi tarixə düşüb. Qeyd edilib ki, sovet imperiyası günahsız insanların qanını axıtsa da, milli iradəni sındıra bilməyib və bu hadisə imperiyanın əsl mahiyyətini ifşa edib.

Kafedranın baş müəllimi Sücəddin Əyyublu isə qeyd edib ki, 20 Yanvar hadisəsi ağrı-acı ilə xatırlansa da, milli oyanışın, azadlıq və müstəqillik mübarizəsinin rəmzi kimi tariximizə həkk olunub. Bildirilib ki, xalqımız uzun illər daxili və xarici təzyiqlərə mətinliklə sinə gərərək nəhayət bir yumruq kimi birləşib və müstəqilliyini tam bərpa edib.

Tədbirin sonunda dosent Vəfa Seyid çıxış edərək vurğulayıb ki, bu il xalqımız 20 Yanvar faciəsinin 36-cı ildönümünü dərin ehtiramla qeyd edir. O, Şəhidlər xiyabanının Vətən uğrunda canlarından keçmiş igid oğul və qızlarımızın uyuduğu müqəddəs məkan olduğunu bildirib və şəhidlərimizin azadlığımızın, müstəqilliyimizin və milli iradəmizin əbədi rəmzi olduğunu diqqətə çatdırıb.




Aydan Ələkbərova

Xəbər Lenti

Alyona Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib - FOTO20.01.2026 - 07:23
Azərbaycan Universitetində 20 Yanvar faciəsi anılıb - FOTO20.01.2026 - 07:11
İsgəndər Məmmədov adına Qımır kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunub20.01.2026 - 06:54
Prezident Şəhidlər xiyabanından videoçarx paylaşdı - VİDEO20.01.2026 - 06:36
Bu gün hava necə olacaq? 20.01.2026 - 06:18
Əliabad 2 nömrəli məktəbdə Fikrət Əmirova həsr olunmuş nümunəvi dərs keçirilib20.01.2026 - 06:00
Astara şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib20.01.2026 - 05:42
“Kinematoqrafiya haqqında” Qanuna dəyişikliklər təklif olunur20.01.2026 - 05:24
Astara şəhərində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib20.01.2026 - 05:06
Güclü geomaqnit qasırğası başlayıb20.01.2026 - 04:59
Astara şəhərində 20 Yanvar faciəsinin 36-cı ildönümü anıldı20.01.2026 - 04:54
1994-cü il Qarabağ müharibəsi: Kəlbəcər istiqamətində uğurlu hücum20.01.2026 - 04:36
1990-cı ilin 20 Yanvar faciəsi: Qara Yanvar20.01.2026 - 04:18
“İyrənc dərəcədə təhsilli” trendi: Sosial media bizi doğrudan da daha ağıllı edir?20.01.2026 - 04:00
20 Yanvar – Qara Yanvar faciəsindən 36 il ötür19.01.2026 - 20:00
Elm və Təhsil Nazirliyi 20 Yanvarla bağlı paylaşım edib19.01.2026 - 19:59
ADU kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib - FOTO19.01.2026 - 19:52
Azərbaycan XİN: 20 Yanvar tarixi müstəqilliyimizin bərpası üçün təməl rolunu oynadı19.01.2026 - 19:28
Prezident 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib - FOTO19.01.2026 - 19:15
Astarada zəlzələ olub19.01.2026 - 19:03
ADU-da 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO19.01.2026 - 18:49
ADU müəllimləri Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi beynəlxalq konfransda iştirak ediblər - FOTO19.01.2026 - 18:38
Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib - FOTO19.01.2026 - 18:25
Moda əfsanəsi Valentino Qaravani vəfat etdi19.01.2026 - 18:12
FHN-də 20 Yanvar faciəsinin qurbanları yad edildi - FOTO19.01.2026 - 17:59
“Kapitan və Xəzər dənizi” tarixi-sənədli filminin premyerası olub - FOTO19.01.2026 - 17:49
AMEA-nın Humanitar Elmlər Bölməsi ötənilki fəaliyyətinə dair hesabat verib - FOTO19.01.2026 - 17:37
Mərkəzi Elmi Kitabxana 2025-ci ildəki fəaliyyətinə dair hesabat verib 19.01.2026 - 17:24
“Milli birlik və vətənpərvərlik simvolu” - anım tədbiri19.01.2026 - 17:11
PMS imtahanının II mərhələsinin yekun nəticələri elan olunub19.01.2026 - 16:54
UNEC “Qlobal Risklər Hesabatı 2026”nın rəsmi tərəfdaşı seçilib19.01.2026 - 16:42
Azərbaycanda ali təhsil alanların sayı 6 faiz artıb19.01.2026 - 16:30
Sabah maqnit qasırğası OLACAQ19.01.2026 - 16:30
LDU-da “Qanlı yanvar-əbədi xatirə” mövzusunda tədbir keçirilib - FOTO19.01.2026 - 16:19
Dövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR19.01.2026 - 16:08
İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü19.01.2026 - 15:50
Baş Prokurorluğun kollektivi Şəhidlər xiyabanında - FOTOLAR19.01.2026 - 15:39
BMU-da anım tədbiri - FOTOLAR19.01.2026 - 15:20
Zakir Həsənov Şəhidlər xiyabanında - FOTOLAR19.01.2026 - 15:10
DİN-in şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət etdi - FOTO+VİDEO19.01.2026 - 14:59
Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb - FOTO19.01.2026 - 14:47
Gənclər Kitabxanasında “Azadlıq yolunda şəfəq oldunuz” adlı tədbir təşkil edilib - FOTO19.01.2026 - 14:32
Milli Kitabxanada 20 Yanvar hadisəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO19.01.2026 - 14:20
Prezident Kitabxanasında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO19.01.2026 - 14:10
Pedaqoji Universitetdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTO19.01.2026 - 13:57
TAU-da müasir laboratoriya infrastrukturu və milli elmi-sənaye platformaları formalaşdırılır19.01.2026 - 13:45
MEK-də 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş sərgi təşkil edilib19.01.2026 - 13:32