“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklərin edilməsi təklif olunur.
"Tehsil365" xəbər verir ki, Bildirilib ki, müvafiq qanun layihəsi Milli Məclisin Mədəniyyət komitəsinin yanvarın 19-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinin əsas məqsədi ölkədə kino istehsalı sahəsində hüquqi tənzimləməni müasir beynəlxalq təcrübəyə uyğunlaşdırmaq, mövcud anlayışları dəqiqləşdirmək, dövlət dəstəyinin institusional mexanizmlərini genişləndirmək və kino industriyası üçün investisiya cəlbediciliyini artırmaqdır.
Sənəd layihəsində kino sahəsi üzrə anlayışların genişləndirilməsi və daha dəqiq şəkildə müəyyənləşdirilməsi nəzərdə tutulur. Belə ki, layihəyə əsasən Qanunun 1-ci maddəsinə “milli film”, “xarici film”, “birgə istehsal filmi”, “film istehsalı” anlayışları, eləcə də film istehsalının mərhələlərini əhatə edən — hazırlıq, çəkiliş və tamamlanma mərhələləri ilə bağlı terminlər əlavə olunur.
Təklif edilən dəyişikliklərin ölkədə kino sənayesinin inkişafına, istehsal proseslərinin şəffaf və səmərəli təşkili ilə yanaşı, yerli və xarici investisiyaların cəlb olunmasına müsbət təsir göstərəcəyi qeyd olunur.

