"Haber Global" 20 Yanvar faciəsi ilə bağlı sujet hazırlayıb.
“Tehsil365" xəbər verir ki, sujetdə faciədən 36 il ötdüyü vurğulanıb:
"Bu gün qardaş Azərbaycanın hüzn günüdür. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı Bakıya girən Sovet tanklarının qarşısına keçdi və bədənlərini sipər etdi, 147 nəfər şəhid oldu".
Vurğulanıb ki, Azərbaycanın müstəqillik tarixinə düşən 20 Yanvar dirənişi Sovet İttifaqının çöküşünü də sürətləndirib:
"Azərbaycan xalqı vətən uğruna Sovet tanklarının qarşısına silahsız çıxdı. Ancaq içərisində erməni əsgərlərin də olduğu Sovet tankları heç kimə rəhm göstərmədi, qarşısına kim çıxdısa, əzib Bakıya girdilər, küçələrdə ölüm saçdılar. Ancaq Azərbaycan xalqının zülmə boyun əymək niyyəti yox idi. Qanlarının som damlasına kimi Sovet tanklarına dirəndilər. Moskva isə qan tökməyə davam etdi. O gecə uşaqlar, qadınlar qətl edildi. Yaralılara yardım üçün gələn həkimlərə belə atəş açıldı".

