Yanvarın 20-də Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
"Tehsil365" xəbər verir ki, Ziyarət zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb, ruhlarına dualar oxunub.
Qeyd edilib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsinin şanlı səhifələrindən biridir. Bu tarix həm də xalqımızın milli iradəsinin, birlik və həmrəyliyinin rəmzidir. Şəhidlərin xatirəsinin əbədi yaşadılması və gənc nəslə aşılanması hər bir azərbaycanlının müqəddəs borcudur.

