Təhsil 365 - Logo Mobile

Qarabağda həyat yenidən canlanır: Füzulidə məktəb və yaradıcılıq mərkəzi açılıb

6920.01.2026 - 13:14
Qarabağda həyat yenidən canlanır: Füzulidə məktəb və yaradıcılıq mərkəzi açılıb

Azərbaycanın azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma prosesi uğurla davam etdirilir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgələrində yeni yaşayış məntəqələrinin salınması, sosial infrastrukturun qurulması və sakinlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə həyata keçirilir.

Tehsil365” PhotoStock.Az-a istinadla xəbər verir ki, dağıdılmış yurd-yuvaların fonunda yeni inşa edilən, yenidən qurulan şəhərlərdən biri də Füzulidir. Füzulidə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilən Mirzə Uluqbəy adına Füzuli şəhəri 1 nömrəli tam orta məktəbi 960 şagirdlik tutuma malikdir.

Məktəbdə 40 sinif otağı, altı laboratoriya, iki informatika otağı, beş funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana və kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib.

Məktəbin direktoru Həcər Mahmudova burada 644 şagirdin təhsil aldığını, 49 nəfərlik pedaqoji-inzibati heyətin fəaliyyət göstərdiyini bildirib. Məktəbin yaxınlığında inşa edilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi isə qardaş qazax xalqının Azərbaycana hədiyyəsidir.

Təməli 2023-cü ilin martında qoyulan mərkəz 1.5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2 700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Böyük Qayıdış Proqramı çərçivəsində Füzuliyə qayıdan Ağammədovlar ailəsi keşməkeşli günləri arxada qoyduqlarını, yenilənən və dirçələn Füzulidə özlərini xoşbəxt hiss etdiklərini bildirib.

Ailə başçısı Nadir Ağammədov vəfat edən ata-anasını xatırlayaraq, həmişə qayıdacaqlarına inandıqlarını qeyd edib.

20 yaşında kəndlərindən didərgin düşdüklərini bildirən Nadir Ağammədov keçən zaman ərzində ailə kimi bir çox çətinlikləri geridə qoyduqlarını ifadə edib.

Elnurə Ağəmmədova isə Mirzə Uluqbəy adına Füzuli şəhəri 1 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimidir. 27 illik peşə fəaliyyətinin iki ilini doğma yurdunda həyata keçirdiyini deyən Elnurə müəllimə Füzulidən çıxanda səkkizinci sinif şagirdi idisə, indi burada pedaqoq kimi çalışır.

Rəşanə İsamqızı

Xəbər Lenti

Alimlər beyin fəaliyyətinə təsir edən yeni mexanizm aşkarlayıb20.01.2026 - 13:43
"Haber Global" 20 Yanvar faciəsi ilə bağlı süjet hazırlayıb20.01.2026 - 13:29
Məktəblərdə süni intellekt üçün yeni təhlükəsizlik tələbləri: şagirdlərin psixoloji rifahı ön planda20.01.2026 - 13:00
Şotlandiyada yeni müəllimlər daimi iş tapa bilmir: gənclər ölkəni tərk edir20.01.2026 - 12:42
Strathclyde Universitetində 400-dən çox işçi tətil ehtimalını səsə qoyur20.01.2026 - 12:24
New City & Guilds-də maaş qalmaqalı: Xərc azaldılması fonunda rəhbər maaşları 3 dəfə artırılıb20.01.2026 - 12:06
Elm və Təhsil Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib20.01.2026 - 11:54
Qaxda “Qanlı Yanvar”a həsr olunmuş anım tədbiri keçirilib20.01.2026 - 11:36
20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş dəyirmi masa keçirildi20.01.2026 - 11:18
Azərbaycanda özəl məktəblərin əlyandıran qiymətləri20.01.2026 - 10:56
Xətai İH-də şəhid ailələri ilə görüş keçirildi20.01.2026 - 10:44
Əncir qurusunun min dərdə dərman faydaları20.01.2026 - 10:30
Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub20.01.2026 - 10:16
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb20.01.2026 - 10:02
Brokkolinin kişilər, qadınlar və uşaqlar üçün faydaları20.01.2026 - 09:52
Dünyanın ən qədim çayı yüz milyonlarla ildir axır: Harada yerləşir?20.01.2026 - 09:38
Türkiyə XİN 20 Yanvar faciəsinin qurbanlarını yad etdi20.01.2026 - 09:26
2025-ci ildə ölkədə təhsil alan əcnəbi tələbələrin sayı – Ən çox bu ölkələrdən olub20.01.2026 - 09:15
Leyla Əliyeva qızı ilə Efiopiyada - Fotolar20.01.2026 - 09:00
Dəmir çatışmazlığının əlamətləri nələrdir?20.01.2026 - 08:48
Süni intellekt bumu əks-reaksiya doğurdu: analoqa qayıdış başlayıb20.01.2026 - 08:36
Bakıda güclü qar yağacaq, çovğun olacaq - Xəbərdarlıq20.01.2026 - 08:24
"Haber Global" 20 Yanvar faciəsi ilə bağlı sujet hazırlayıb - VİDEO20.01.2026 - 08:20
"Nvidia"nın rəhbəri: Tanrı səviyyəsində süni intellekt mümkün deyil20.01.2026 - 08:12
Rəsmilər Şəhidlər xiyabanında - FOTOLAR20.01.2026 - 08:10
ABŞ səfirliyi 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verdi - FOTO20.01.2026 - 07:58
Azərbaycanda ən çox bu universitetin məzunları iş tapıblar20.01.2026 - 07:55
Türkiyə XİN-dən 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO20.01.2026 - 07:47
Emin Əmrullayev 20 Yanvarla bağlı paylaşım edib - FOTO20.01.2026 - 07:35
Alyona Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib - FOTO20.01.2026 - 07:23
Azərbaycan Universitetində 20 Yanvar faciəsi anılıb - FOTO20.01.2026 - 07:11
İsgəndər Məmmədov adına Qımır kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunub20.01.2026 - 06:54
Prezident Şəhidlər xiyabanından videoçarx paylaşdı - VİDEO20.01.2026 - 06:36
Bu gün hava necə olacaq? 20.01.2026 - 06:18
Əliabad 2 nömrəli məktəbdə Fikrət Əmirova həsr olunmuş nümunəvi dərs keçirilib20.01.2026 - 06:00
Astara şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib20.01.2026 - 05:42
“Kinematoqrafiya haqqında” Qanuna dəyişikliklər təklif olunur20.01.2026 - 05:24
Astara şəhərində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib20.01.2026 - 05:06
Güclü geomaqnit qasırğası başlayıb20.01.2026 - 04:59
Astara şəhərində 20 Yanvar faciəsinin 36-cı ildönümü anıldı20.01.2026 - 04:54
1994-cü il Qarabağ müharibəsi: Kəlbəcər istiqamətində uğurlu hücum20.01.2026 - 04:36
1990-cı ilin 20 Yanvar faciəsi: Qara Yanvar20.01.2026 - 04:18
“İyrənc dərəcədə təhsilli” trendi: Sosial media bizi doğrudan da daha ağıllı edir?20.01.2026 - 04:00
20 Yanvar – Qara Yanvar faciəsindən 36 il ötür19.01.2026 - 20:00
Elm və Təhsil Nazirliyi 20 Yanvarla bağlı paylaşım edib19.01.2026 - 19:59
ADU kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib - FOTO19.01.2026 - 19:52
ADU-da 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO19.01.2026 - 19:40