Təhsil 365 - Logo Mobile

Bakıda Konfutsi İnstitutu Kuboku stolüstü tennis turniri keçirilib - FOTO

5221.01.2026 - 07:20
Bakıda Konfutsi İnstitutu Kuboku stolüstü tennis turniri keçirilib - FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu və Azərbaycandakı Çinli Tələbələr Assosiasiyasının təşkilatçılığı ilə Heydər Əliyev adına İdman və Konsert Kompleksində dördüncü dostluq turniri olan Konfutsi İnstitutu Kuboku keçirilib.

Bu barədə “Tehsil365"ə ADU-dan məlumat verilib. Bildirilib ki, turnirdə təxminən 100 çinli tələbə, Azərbaycandakı Çin şirkətlərinin əməkdaşları, Konfutsi İnstitutunun müəllim və tələbələri iştirak ediblər. Yarış kişilər və qadınlar arasında iki mərhələdə - pley-off sistemi və dairəvi sistemdə ən yaxşı beşlik formatında keçirilən tək yarışları əhatə edib. Gərgin mübarizədə Konfutsi İnstitutunun professoru Fan Çjonde kişilərin tək yarışında qalib gəlib, Tahir Kərimov ikinci yeri tutub. Qadınların tək yarışında isə Konfutsi İnstitutunun professorları Lu Li və Çenq Ciajia ikinci yerə layiq görülüblər.

Mükafatlandırma mərasimində Çinin Azərbaycandakı səfirliyinin müşaviri Dinq Tao qeyd edib ki, dörd il ardıcıl olaraq keçirilən Konfutsi İnstitutu Kuboku stolüstü tennis turniri Çin-Azərbaycan mədəni mübadiləsi çərçivəsində uğurlu brend layihəyə çevrilərək, iki ölkə və xalq arasında idman vasitəsilə dostluğu dərinləşdirir.

Mərasimdə çıxış edən "China Southern Airlines" şirkətinin nümayəndəsi Li Yonqanq və Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin milli idman növü olan, birlik və zəhmət ruhunu təcəssüm etdirən bu stolüstü tennis yarışının təkcə idman tədbiri deyil, həm də gənclər arasında əlaqələrin genişləndirilməsi və unikal Çin mədəniyyətinin nümayişi üçün platforma olduğunu qeyd ediblər.

Çıxışlar zamanı vurğulanıb ki, Konfutsi İnstitutu Çin və Azərbaycan arasında humanitar əlaqələrin dərinləşdirilməsi və tarixən böyük İpək Yolu ilə bağlı olmuş iki ölkənin xalqları arasında sivilizasiyalararası əlaqələrin inkişafını təşviq etmək məqsədilə idman tədbirlərinin keçirilməsi sahəsində fəaliyyətini davam etdirəcək.

Aydan Ələkbərova

Xəbər Lenti

BDU-da qış imtahan sessiyası uğurla davam edir - FOTO21.01.2026 - 08:48
Formativ qiymətləndirmə ilə bağlı metodik vəsait hazırlanıb21.01.2026 - 08:37
Azərbaycanlı alim beynəlxalq jurnala xarici redaktor seçilib21.01.2026 - 08:25
Azərbaycanda Əməkdar müəllim vəfat edib21.01.2026 - 08:12
Məktəblilər dərslər zamanı pilotsuz uçuş aparatları yığacaqlar21.01.2026 - 07:57
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova21.01.2026 - 07:45
Bu gün Xalq şairi Zəlimxan Yaqubun doğum günüdür21.01.2026 - 07:32
ASAP xarici ölkələrdə 20 Yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər keçirib - FOTO21.01.2026 - 07:09
ASAP xarici ölkələrdə 20 Yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər keçirib - FOTO21.01.2026 - 07:09
BDU THE-nin ixtisaslar üzrə reytinq siyahısında yer alıb21.01.2026 - 06:52
33 yaşlı musiqiçi dəm qazından öldü21.01.2026 - 06:40
Hərbi liseyin müəllimi vəfat etdi21.01.2026 - 06:31
Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə anım mərasimi keçirilib - FOTO21.01.2026 - 06:22
Mədəniyyət və İncəsənət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTO21.01.2026 - 06:10
BDU kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO21.01.2026 - 05:59
UNEC dünyada mövqeyini gücləndirir - FOTO21.01.2026 - 05:47
THE fənn reytinqlərində Azərbaycan universitetlərinin sayı 4-ə yüksəlib21.01.2026 - 05:35
Azərbaycanda zəlzələ olub 21.01.2026 - 05:23
LDU “Məzunların məşğulluq reytinqi”ndə 3 pillə irəlilədi21.01.2026 - 05:11
Bu gün hava necə olacaq? 21.01.2026 - 04:59
Alimlər beyin fəaliyyətinə təsir edən yeni mexanizm aşkarlayıb20.01.2026 - 13:43
"Haber Global" 20 Yanvar faciəsi ilə bağlı süjet hazırlayıb20.01.2026 - 13:29
Qarabağda həyat yenidən canlanır: Füzulidə məktəb və yaradıcılıq mərkəzi açılıb 20.01.2026 - 13:14
Məktəblərdə süni intellekt üçün yeni təhlükəsizlik tələbləri: şagirdlərin psixoloji rifahı ön planda20.01.2026 - 13:00
Şotlandiyada yeni müəllimlər daimi iş tapa bilmir: gənclər ölkəni tərk edir20.01.2026 - 12:42
Strathclyde Universitetində 400-dən çox işçi tətil ehtimalını səsə qoyur20.01.2026 - 12:24
New City & Guilds-də maaş qalmaqalı: Xərc azaldılması fonunda rəhbər maaşları 3 dəfə artırılıb20.01.2026 - 12:06
Elm və Təhsil Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib20.01.2026 - 11:54
Qaxda “Qanlı Yanvar”a həsr olunmuş anım tədbiri keçirilib20.01.2026 - 11:36
20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş dəyirmi masa keçirildi20.01.2026 - 11:18
Azərbaycanda özəl məktəblərin əlyandıran qiymətləri20.01.2026 - 10:56
Xətai İH-də şəhid ailələri ilə görüş keçirildi20.01.2026 - 10:44
Əncir qurusunun min dərdə dərman faydaları20.01.2026 - 10:30
Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub20.01.2026 - 10:16
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb20.01.2026 - 10:02
Brokkolinin kişilər, qadınlar və uşaqlar üçün faydaları20.01.2026 - 09:52
Dünyanın ən qədim çayı yüz milyonlarla ildir axır: Harada yerləşir?20.01.2026 - 09:38
Türkiyə XİN 20 Yanvar faciəsinin qurbanlarını yad etdi20.01.2026 - 09:26
2025-ci ildə ölkədə təhsil alan əcnəbi tələbələrin sayı – Ən çox bu ölkələrdən olub20.01.2026 - 09:15
Leyla Əliyeva qızı ilə Efiopiyada - Fotolar20.01.2026 - 09:00
Dəmir çatışmazlığının əlamətləri nələrdir?20.01.2026 - 08:48
Süni intellekt bumu əks-reaksiya doğurdu: analoqa qayıdış başlayıb20.01.2026 - 08:36
Bakıda güclü qar yağacaq, çovğun olacaq - Xəbərdarlıq20.01.2026 - 08:24
"Haber Global" 20 Yanvar faciəsi ilə bağlı sujet hazırlayıb - VİDEO20.01.2026 - 08:20
"Nvidia"nın rəhbəri: Tanrı səviyyəsində süni intellekt mümkün deyil20.01.2026 - 08:12
Rəsmilər Şəhidlər xiyabanında - FOTOLAR20.01.2026 - 08:10
ABŞ səfirliyi 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verdi - FOTO20.01.2026 - 07:58