Təhsil 365 - Logo Mobile

Ali təhsil müəssisələrində əmək münasibətləri yenidən tənzimlənir: hüquqi və ictimai baxış

6921.01.2026 - 13:20
Ali təhsil müəssisələrində əmək münasibətləri yenidən tənzimlənir: hüquqi və ictimai baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2025-ci il tarixində imzaladığı Qanunla Əmək Məcəlləsinə edilən dəyişikliklər ölkədə əmək münasibətlərinin tənzimlənməsi baxımından mühüm mərhələ kimi dəyərləndirilə bilər.

Bu dəyişikliklər bir tərəfdən əmək bazarında institusional nizam-intizamın gücləndirilməsinə, digər tərəfdən isə kadr siyasətinin yeni dövrün tələblərinə uyğunlaşdırılmasına xidmət edir. Qanunda yer alan əsas yeniliklərdən biri də dövlət büdcəsindən maliyyələşən müəssisələrdə, o cümlədən ali təhsil müəssisələrində çalışmanın yaş həddinə dair tətbiq edilən məhdudiyyətlərlə bağlıdır.

Tehsil365”in məlumatına əsasən, bu barədə AZƏRTAC-a açıqlamasında dövlət qulluğu və əmək qanunvericiliyi üzrə ekspert Səxavət Nəsirov söyləyib.

Ekspertin sözlərinə görə, Əmək Məcəlləsində yuxarı yaş həddi kimi 65 yaş müəyyən edilsə də, indiyə qədər bu norma faktiki olaraq dövlət büdcəsindən maliyyələşən ali təhsil müəssisələrinin əksər işçilərinə şamil edilmirdi: “Praktikada bu sahədə çalışan inzibati, texniki və yardımçı heyət üçün yaş məhdudiyyəti tətbiq olunmur, bu da digər büdcə təşkilatları ilə müqayisədə müəyyən hüquqi disbalans yaradırdı. Yeni qəbul edilmiş Qanun bu boşluğu aradan qaldıraraq ali təhsil müəssisələrində də ümumi yanaşmanın formalaşdırılmasını hədəfləyir. Dəyişikliklərə əsasən, ali təhsil müəssisələrində yalnız elmi və pedaqoji fəaliyyətlə məşğul olan işçilər üçün 65 yaşdan yuxarı çalışmaq imkanı saxlanılıb. Buraya elmi işçilər (kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və s.), eləcə də tədris və təlim prosesində bilavasitə iştirak edən pedaqoji heyət daxildir. Digər kateqoriyaya aid olan inzibati, təsərrüfat, texniki və xidmət sahəsində çalışan əməkdaşlar isə artıq ümumi yaş məhdudiyyəti çərçivəsində fəaliyyət göstərəcəklər”.

O qeyd edib ki, bu yanaşma hüquqi baxımdan bir neçə mühüm məqamla izah oluna bilər: “İlk növbədə, elmi və pedaqoji fəaliyyət intellektual potensiala, peşəkar təcrübəyə və uzun illər formalaşan bilik bazasına əsaslandığı üçün bu sahədə yaş faktoru ikinci plana keçir. Dünyanın aparıcı ali təhsil sistemlərində də elmi biliklərin ötürülməsində nəsillərarası davamlılıq əsas prinsiplərdən biri kimi qəbul olunur. Bu mənada Azərbaycan qanunvericiliyində edilən dəyişiklik beynəlxalq təcrübə ilə ziddiyyət təşkil etmir.

Digər tərəfdən, inzibati və texniki sahələrdə yaş məhdudiyyətinin tətbiqi gənc kadrların irəli çəkilməsi, peşəkar rotasiya və idarəetmədə çevikliyin təmin edilməsi baxımından dövlət siyasətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Xüsusilə son illər dövlət qurumlarında və büdcə təşkilatlarında aparılan struktur islahatları göstərir ki, məqsəd yalnız kadrların yenilənməsi deyil, eyni zamanda, rəqabətqabiliyyətli və nəticəyönümlü idarəetmə modelinin formalaşdırılmasıdır”.

Ekspert bildirib ki, ictimai müstəvidə isə bu dəyişikliklərin müxtəlif reaksiyalar doğuracağı gözləniləndir: “Bir tərəfdən, əmək stajı uzun olan və ali təhsil müəssisələrində illərlə çalışmış inzibati heyətin sosial təminat məsələləri gündəmə gələ bilər. Digər tərəfdən isə gənc mütəxəssislər üçün yeni iş imkanlarının açılması, kadr çatışmazlığının aradan qaldırılması kimi müsbət gözləntilər mövcuddur. Burada əsas məsələ keçid mexanizmlərinin şəffaf və sosial ədalət prinsiplərinə uyğun şəkildə tətbiq olunmasıdır”.

Müsahibimiz vurğulayıb ki, nəticə etibarilə Əmək Məcəlləsinə edilən bu dəyişiklik ali təhsil sistemində hüquqi bərabərliyin təmin edilməsi, əmək münasibətlərinin sistemləşdirilməsi və dövlət kadr siyasətinin strateji hədəflərinə uyğunlaşdırılması baxımından əhəmiyyətli addım hesab edilə bilər. Qarşıdakı dövrdə bu normanın tətbiqi praktikasının hansı nəticələr verəcəyi isə həm hüquqi, həm də ictimai baxımdan diqqətlə izlənilməlidir.

Rəşanə İsamqızı

Xəbər Lenti

Prezident “Qarabağ”ı belə təbrik etdi - FOTO21.01.2026 - 21:01
Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub21.01.2026 - 20:40
Aleksandr Düma21.01.2026 - 20:24
Fövqəladəhallar və nişanlar21.01.2026 - 20:11
Salamlaşma adətləri21.01.2026 - 19:56
Cavan ölsəm, ellər məni ağlasa... - Ülvi Bünyadzadənin şeirləri21.01.2026 - 19:42
Gülab - Qərib Mehdinin hekayəsi21.01.2026 - 19:29
"OpenAI" smartfonları əvəz edəcək cihaz hazırlayır: Tarix açıqlandı21.01.2026 - 19:17
Qazaxıstanda yaşı 16-dan az olan şəxslərin sosial şəbəkələrə girişi qadağan edilir21.01.2026 - 19:05
Narkomaniya və asılılıqla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib 21.01.2026 - 18:49
Xəzər Universitetində 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb21.01.2026 - 18:32
Xəzər Universitetinin tələbələri “Eko Park” İnnovasiya Mərkəzinə ekskursiya ediblər21.01.2026 - 18:15
NDU kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini anıb - FOTO21.01.2026 - 17:54
İslamabadda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO21.01.2026 - 17:37
Türkiyədə zəlzələ oldu21.01.2026 - 17:22
Qarlı havaya görə məktəblərdə tədrislə bağlı - Açıqlama21.01.2026 - 17:11
Uyğunsuz videosu yayılan müəllim işdən çıxarıldı21.01.2026 - 16:53
Yazıçı, şair və jurnalist Giya Paçxataşvilinin 65 illiyi qeyd olunacaq21.01.2026 - 16:39
Akademik Kamal Talıbzadənin xatirəsi anılıb - FOTO21.01.2026 - 16:26
“Muzeydə mühazirə” layihəsi davam edir21.01.2026 - 16:14
Lənkəran Regional Elmi Mərkəzinin 2025-ci il üzrə fəaliyyəti müzakirə olunub21.01.2026 - 15:57
Cənub bölgəsi folklorunda şamanizm elementləri ilk dəfə araşdırılıb21.01.2026 - 15:46
Kimya İnstitutu əməkdaşının məqaləsi Q1 reytinqli beynəlxalq jurnalda dərc olunub21.01.2026 - 15:34
Qarabağda genişmiqyaslı elmi araşdırmalar aparılıb21.01.2026 - 15:21
Akademik İsmayıl Hacıyevin kitablarının təqdimatı olub - FOTO21.01.2026 - 15:11
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ötənilki fəaliyyətinə dair hesabat verib21.01.2026 - 15:00
Azərbaycanlı alimlərin adları Stenford Universitetinin reytinq siyahısına daxil edilib21.01.2026 - 14:49
bp tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt” kitabı nəşr olunub - FOTO21.01.2026 - 14:38
“Folklorşünaslığa giriş” kitabı nəşr olunub21.01.2026 - 14:25
Emin Əmrullayev Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb - FOTO21.01.2026 - 14:13
Məktəblilər üçün robototexnika yarışları keçiriləcək21.01.2026 - 13:59
Şagirdlər üçün yeni metodik vəsaitlər istifadəyə verildi21.01.2026 - 13:47
NAYORA 20 Yanvar faciəsinin 36-ci ildönümü ilə əlaqədarbir sıra tədbirlər keçirib - FOTOLAR21.01.2026 - 13:35
Tələbə Gənclər Təşkilatları 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirib 21.01.2026 - 13:01
"Məktəbdə öyrədilən ana dili heç bir zaman əhəmiyyətini itirmir"21.01.2026 - 12:47
Məktəblilər dərslər zamanı pilotsuz uçuş aparatları yığacaqlar21.01.2026 - 11:17
Məktəblərdə müəllimlərə də telefondan istifadə qadağan ediləcək21.01.2026 - 11:01
“Abituriyent” jurnalının xüsusi buraxılışı çıxıb21.01.2026 - 10:49
İnformatika fənni üzrə RFO-nun nəticələri elan edilib21.01.2026 - 10:36
DİM-də TOEFL iBT imtahanı keçirilib21.01.2026 - 10:27
Agentlik direktoru Qəbələdə vətəndaşları qəbul edəcək21.01.2026 - 10:10
Kəlbəcər şagirdlərinə tədris dəstəyi göstərilib21.01.2026 - 09:52
Sabah 22 dərəcə şaxta olacaq - 22.01.202621.01.2026 - 09:38
İlin ilk kometası kəşf edildi: 73 gün ömrü qalıb21.01.2026 - 09:20
BDU-da qış imtahan sessiyası uğurla davam edir - FOTO21.01.2026 - 08:48
Formativ qiymətləndirmə ilə bağlı metodik vəsait hazırlanıb21.01.2026 - 08:37
Azərbaycanlı alim beynəlxalq jurnala xarici redaktor seçilib21.01.2026 - 08:25