Təhsil 365 - Logo Mobile

Tələbə Gənclər Təşkilatları 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirib

6021.01.2026 - 13:01
Tələbə Gənclər Təşkilatları 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirib

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları tərəfindən 16-20 yanvar tarixlərində “Azadlıq salnaməsi” həftəsi çərçivəsində silsilə tədbirlər keçirilib.

Tehsil365in məlumatına görə, həyata keçirilən layihələr, yürüşlər, konfranslar və digər tədbirlər fonunda tələbə gənclər milli məfkurəmizin azadlıq istəyinin oyanışının bariz nümunəsi olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

“ON1000” və “Hədəf 10%” proqramları çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən ayrı-ayrı TGT-lər tərəfindən həftə ərzində bir sıra layihələr həyata keçirilib.

Belə ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şamaxı filialı, Sumqayıt Dövlət Universiteti, Odlar Yurdu Universiteti, Bakı Texniki Kolleci, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər Universiteti və 1 nömrəli Bakı baza Tibb Kolleci kimi təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatları tərəfindən “Qanlı Yanvar” adlı rəsm sərgisi, “20 Yanvar - Qan Yaddaşımız”, “Günəşin Doğmadığı Gün”, “Silinməyən Qan Yaddaşımız”, “Unutmadıq, Unutdurmarıq!” və “20 Yanvar-Qan yaddaşımızdır” adlı konfranslar və dəyirmi masalar keçirilib, Bakı və regionlarda olan Şəhidlər Xiyabanları ziyarət edilib.

“ÇƏTİR” proqramı çərçivəsində isə Vətənpərvərlik və Kitab klubları şəbəkələri tərəfindən milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş Qanlı Yanvar hadisəsi ilə bağlı olaraq müxtəlif istiqamətli tədbirlər baş tutub. Məqsəd 20 yanvar faciəsi ilə bağlı həqiqətlərin tələbə gənclərə aşılanması və vətənpərvər ruhun yüksəldilməsi olub.

Bununla yanaşı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə paytaxt Bakıda aparıcı gənclər təşkilatlarının nümayəndələri, TGT fəalları və tələbələrin iştirakı ilə Şəhidlər Xiyabanına kütləvi yürüş təşkil edilib.

Təşkil olunan silsilə tədbirlər öz suverenliyi uğrunda savaşmaq əzmini cəsarətlə nümayiş etdirən Vətənin qəhrəman oğul və qızlarının illər keçsə də daim tələbə gənclərin qəlbində yaşadığını, hər zaman ehtiram və qürur hissi ilə anıldığını bir daha sübut edir. Bu gün Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səlnaməsi kimi yazılan 20 Yanvar faciəsindən sonra ölkə gənclərinin də əsas amalına çevrilmiş müstəqillik ideyası Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşmiş vətənpərvər ruhlu gənclər sayəsində reallı ğa çevrilib.

Rəşanə İsamqızı

Xəbər Lenti

Prezident “Qarabağ”ı belə təbrik etdi - FOTO21.01.2026 - 21:01
Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub21.01.2026 - 20:40
Aleksandr Düma21.01.2026 - 20:24
Fövqəladəhallar və nişanlar21.01.2026 - 20:11
Salamlaşma adətləri21.01.2026 - 19:56
Cavan ölsəm, ellər məni ağlasa... - Ülvi Bünyadzadənin şeirləri21.01.2026 - 19:42
Gülab - Qərib Mehdinin hekayəsi21.01.2026 - 19:29
"OpenAI" smartfonları əvəz edəcək cihaz hazırlayır: Tarix açıqlandı21.01.2026 - 19:17
Qazaxıstanda yaşı 16-dan az olan şəxslərin sosial şəbəkələrə girişi qadağan edilir21.01.2026 - 19:05
Narkomaniya və asılılıqla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib 21.01.2026 - 18:49
Xəzər Universitetində 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb21.01.2026 - 18:32
Xəzər Universitetinin tələbələri “Eko Park” İnnovasiya Mərkəzinə ekskursiya ediblər21.01.2026 - 18:15
NDU kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini anıb - FOTO21.01.2026 - 17:54
İslamabadda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO21.01.2026 - 17:37
Türkiyədə zəlzələ oldu21.01.2026 - 17:22
Qarlı havaya görə məktəblərdə tədrislə bağlı - Açıqlama21.01.2026 - 17:11
Uyğunsuz videosu yayılan müəllim işdən çıxarıldı21.01.2026 - 16:53
Yazıçı, şair və jurnalist Giya Paçxataşvilinin 65 illiyi qeyd olunacaq21.01.2026 - 16:39
Akademik Kamal Talıbzadənin xatirəsi anılıb - FOTO21.01.2026 - 16:26
“Muzeydə mühazirə” layihəsi davam edir21.01.2026 - 16:14
Lənkəran Regional Elmi Mərkəzinin 2025-ci il üzrə fəaliyyəti müzakirə olunub21.01.2026 - 15:57
Cənub bölgəsi folklorunda şamanizm elementləri ilk dəfə araşdırılıb21.01.2026 - 15:46
Kimya İnstitutu əməkdaşının məqaləsi Q1 reytinqli beynəlxalq jurnalda dərc olunub21.01.2026 - 15:34
Qarabağda genişmiqyaslı elmi araşdırmalar aparılıb21.01.2026 - 15:21
Akademik İsmayıl Hacıyevin kitablarının təqdimatı olub - FOTO21.01.2026 - 15:11
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ötənilki fəaliyyətinə dair hesabat verib21.01.2026 - 15:00
Azərbaycanlı alimlərin adları Stenford Universitetinin reytinq siyahısına daxil edilib21.01.2026 - 14:49
bp tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt” kitabı nəşr olunub - FOTO21.01.2026 - 14:38
“Folklorşünaslığa giriş” kitabı nəşr olunub21.01.2026 - 14:25
Emin Əmrullayev Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb - FOTO21.01.2026 - 14:13
Məktəblilər üçün robototexnika yarışları keçiriləcək21.01.2026 - 13:59
Şagirdlər üçün yeni metodik vəsaitlər istifadəyə verildi21.01.2026 - 13:47
NAYORA 20 Yanvar faciəsinin 36-ci ildönümü ilə əlaqədarbir sıra tədbirlər keçirib - FOTOLAR21.01.2026 - 13:35
Ali təhsil müəssisələrində əmək münasibətləri yenidən tənzimlənir: hüquqi və ictimai baxış21.01.2026 - 13:20
"Məktəbdə öyrədilən ana dili heç bir zaman əhəmiyyətini itirmir"21.01.2026 - 12:47
Məktəblilər dərslər zamanı pilotsuz uçuş aparatları yığacaqlar21.01.2026 - 11:17
Məktəblərdə müəllimlərə də telefondan istifadə qadağan ediləcək21.01.2026 - 11:01
“Abituriyent” jurnalının xüsusi buraxılışı çıxıb21.01.2026 - 10:49
İnformatika fənni üzrə RFO-nun nəticələri elan edilib21.01.2026 - 10:36
DİM-də TOEFL iBT imtahanı keçirilib21.01.2026 - 10:27
Agentlik direktoru Qəbələdə vətəndaşları qəbul edəcək21.01.2026 - 10:10
Kəlbəcər şagirdlərinə tədris dəstəyi göstərilib21.01.2026 - 09:52
Sabah 22 dərəcə şaxta olacaq - 22.01.202621.01.2026 - 09:38
İlin ilk kometası kəşf edildi: 73 gün ömrü qalıb21.01.2026 - 09:20
BDU-da qış imtahan sessiyası uğurla davam edir - FOTO21.01.2026 - 08:48
Formativ qiymətləndirmə ilə bağlı metodik vəsait hazırlanıb21.01.2026 - 08:37
Azərbaycanlı alim beynəlxalq jurnala xarici redaktor seçilib21.01.2026 - 08:25