Təhsil 365 - Logo Mobile

"Məktəbdə öyrədilən ana dili heç bir zaman əhəmiyyətini itirmir"

5721.01.2026 - 12:47
"Məktəbdə öyrədilən ana dili heç bir zaman əhəmiyyətini itirmir"

Tanınmış dilçi-türkoloq, Atatürk Mərkəzinin rəhbəri akademik Nizami Cəfərov “Məktəbdə...” layihəsinin qonağı olub.

Tehsil365in məlumatına əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, layihənin budəfəki görüşü paytaxtdakı 225 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.

Görüşdə akademik Nizami Cəfərov təhsil aldığı məktəb, o dövrün məktəb mühiti, müəllim-şagird münasibətləri barədə danışıb, məktəb illərinin insanın dünyagörüşünün formalaşmasında oynadığı mühüm roldan, məktəb və tələbəlik illərində qazandığı bilik və dəyərlərin onun elmi fəaliyyətinə təsirindən bəhs edib, yaddaqalan xatirələrini şagirdlərlə bölüşüb.

Ana dilinin milli kimliyimizin qorunmasında mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran dilçi-alim dilimizin qorunması və inkişaf etdirilməsinin təkcə dövlətin deyil, eyni zamanda, cəmiyyətin hər bir üzvünün məsuliyyəti olduğunu bildirib, bu prosesdə gənclərin rolundan bəhs edib. Azərbaycan dilini dünyanın ən zəngin dillərindən biri kimi dəyərləndirən N.Cəfərov onun daha da zənginləşməsində məktəblərin həlledici rolunu xüsusi vurğulayıb, məktəbdə öyrədilən ana dilinin heç bir zaman əhəmiyyətini itirmədiyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ana dilinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışan akademik ölkə başçısının Yeni ilin ilk günlərində yerli mediaya müsahibələrində Azərbaycan dilinin qorunmasının vacibliyinə dair səsləndirdiyi önəmli mesajlardan söz açıb, şagirdləri maraqlandıran sualları cavablandırıb.

"Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, sosial şəbəkələrə aludəçiliyi aradan qaldırmaq və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

Rəşanə İsamqızı

Xəbər Lenti

Prezident “Qarabağ”ı belə təbrik etdi - FOTO21.01.2026 - 21:01
Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub21.01.2026 - 20:40
Aleksandr Düma21.01.2026 - 20:24
Fövqəladəhallar və nişanlar21.01.2026 - 20:11
Salamlaşma adətləri21.01.2026 - 19:56
Cavan ölsəm, ellər məni ağlasa... - Ülvi Bünyadzadənin şeirləri21.01.2026 - 19:42
Gülab - Qərib Mehdinin hekayəsi21.01.2026 - 19:29
"OpenAI" smartfonları əvəz edəcək cihaz hazırlayır: Tarix açıqlandı21.01.2026 - 19:17
Qazaxıstanda yaşı 16-dan az olan şəxslərin sosial şəbəkələrə girişi qadağan edilir21.01.2026 - 19:05
Narkomaniya və asılılıqla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib 21.01.2026 - 18:49
Xəzər Universitetində 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb21.01.2026 - 18:32
Xəzər Universitetinin tələbələri “Eko Park” İnnovasiya Mərkəzinə ekskursiya ediblər21.01.2026 - 18:15
NDU kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini anıb - FOTO21.01.2026 - 17:54
İslamabadda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO21.01.2026 - 17:37
Türkiyədə zəlzələ oldu21.01.2026 - 17:22
Qarlı havaya görə məktəblərdə tədrislə bağlı - Açıqlama21.01.2026 - 17:11
Uyğunsuz videosu yayılan müəllim işdən çıxarıldı21.01.2026 - 16:53
Yazıçı, şair və jurnalist Giya Paçxataşvilinin 65 illiyi qeyd olunacaq21.01.2026 - 16:39
Akademik Kamal Talıbzadənin xatirəsi anılıb - FOTO21.01.2026 - 16:26
“Muzeydə mühazirə” layihəsi davam edir21.01.2026 - 16:14
Lənkəran Regional Elmi Mərkəzinin 2025-ci il üzrə fəaliyyəti müzakirə olunub21.01.2026 - 15:57
Cənub bölgəsi folklorunda şamanizm elementləri ilk dəfə araşdırılıb21.01.2026 - 15:46
Kimya İnstitutu əməkdaşının məqaləsi Q1 reytinqli beynəlxalq jurnalda dərc olunub21.01.2026 - 15:34
Qarabağda genişmiqyaslı elmi araşdırmalar aparılıb21.01.2026 - 15:21
Akademik İsmayıl Hacıyevin kitablarının təqdimatı olub - FOTO21.01.2026 - 15:11
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ötənilki fəaliyyətinə dair hesabat verib21.01.2026 - 15:00
Azərbaycanlı alimlərin adları Stenford Universitetinin reytinq siyahısına daxil edilib21.01.2026 - 14:49
bp tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt” kitabı nəşr olunub - FOTO21.01.2026 - 14:38
“Folklorşünaslığa giriş” kitabı nəşr olunub21.01.2026 - 14:25
Emin Əmrullayev Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb - FOTO21.01.2026 - 14:13
Məktəblilər üçün robototexnika yarışları keçiriləcək21.01.2026 - 13:59
Şagirdlər üçün yeni metodik vəsaitlər istifadəyə verildi21.01.2026 - 13:47
NAYORA 20 Yanvar faciəsinin 36-ci ildönümü ilə əlaqədarbir sıra tədbirlər keçirib - FOTOLAR21.01.2026 - 13:35
Ali təhsil müəssisələrində əmək münasibətləri yenidən tənzimlənir: hüquqi və ictimai baxış21.01.2026 - 13:20
Tələbə Gənclər Təşkilatları 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirib 21.01.2026 - 13:01
Məktəblilər dərslər zamanı pilotsuz uçuş aparatları yığacaqlar21.01.2026 - 11:17
Məktəblərdə müəllimlərə də telefondan istifadə qadağan ediləcək21.01.2026 - 11:01
“Abituriyent” jurnalının xüsusi buraxılışı çıxıb21.01.2026 - 10:49
İnformatika fənni üzrə RFO-nun nəticələri elan edilib21.01.2026 - 10:36
DİM-də TOEFL iBT imtahanı keçirilib21.01.2026 - 10:27
Agentlik direktoru Qəbələdə vətəndaşları qəbul edəcək21.01.2026 - 10:10
Kəlbəcər şagirdlərinə tədris dəstəyi göstərilib21.01.2026 - 09:52
Sabah 22 dərəcə şaxta olacaq - 22.01.202621.01.2026 - 09:38
İlin ilk kometası kəşf edildi: 73 gün ömrü qalıb21.01.2026 - 09:20
BDU-da qış imtahan sessiyası uğurla davam edir - FOTO21.01.2026 - 08:48
Formativ qiymətləndirmə ilə bağlı metodik vəsait hazırlanıb21.01.2026 - 08:37
Azərbaycanlı alim beynəlxalq jurnala xarici redaktor seçilib21.01.2026 - 08:25