1972-ci ildə Azərbaycan musiqi mədəniyyəti üçün əlamətdar hadisə baş verib. Görkəmli bəstəkar Nəzmi Əliverdibəyovun “Muğam” adlı baletinin premyerası Moskvada tamaşaçılara təqdim olunub.
"Tehsil365" xəbər verir ki, Premyera Azərbaycan milli musiqi irsinin, xüsusilə muğam sənətinin klassik balet janrı ilə uğurlu sintezini nümayiş etdirib. Tamaşa həm peşəkar sənət cameəsi, həm də incəsənətsevərlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
“Muğam” baleti milli musiqi ənənələrinin beynəlxalq səhnədə təbliği baxımından mühüm əhəmiyyət daşıyıb və Azərbaycan balet sənətinin inkişafında xüsusi mərhələ kimi dəyərləndirilib. Bu əsər Azərbaycan mədəniyyətinin zənginliyini və universallığını bir daha təsdiqləyib.

