İngiltərə hökuməti məktəb təhsil texnologiyaları və süni intellekt sahəsindəki pilot layihəni 23 milyon funt sterlinq dəyərində genişləndirəcəyini açıqlayıb.
"Tehsil365" xəbər verir ki, Layihə sentyabr ayında istifadəyə veriləcək və ölkə üzrə ibtidai, orta və əlavə təhsil müəssisələrini əhatə edəcək.
Genişləndirilmiş layihə çərçivəsində məktəblərdə təhsil prosesində süni intellekt və rəqəmsal texnologiyalardan istifadə artırılacaq, müəllim və şagirdlər üçün daha fərdi və interaktiv öyrənmə imkanları yaradılacaq. Hökumət bildirir ki, məqsəd təhsildə innovasiyaların tətbiqini sürətləndirmək və hər səviyyədə keyfiyyətli təhsil təmin etməkdir.
Mütəxəssislər layihənin uğurlu olacağı təqdirdə İngiltərə məktəb sistemində texnologiya və süni intellektin daha geniş tətbiqi üçün yeni imkanlar açacağını qeyd edirlər.

