21 yanvar 2026-cı il tarixdə Qax rayonunun Tasmalı kənd Elçin Şahmərdanov adına tam orta ümumtəhsil məktəbində şagirdlər üçün maarifləndirici məşğələlər təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Məşğələ zamanı IX sinif şagirdləri ilə “Reprodiktiv sağlamlıq nədir?” mövzusunda söhbət aparılıb, reprodiktiv sağlamlığın qorunmasının əhəmiyyəti, sağlam həyat tərzi və düzgün məlumatlanmanın vacibliyi barədə geniş izahat verilib.
Eyni zamanda VIII sinif şagirdləri üçün “Siqaret, onun zərərli tərəfləri” mövzusunda məşğələ keçirilib. Şagirdlərə siqaretin insan sağlamlığına vurduğu ziyan, asılılıq yaratması və gələcək həyatlarına mənfi təsirləri barədə ətraflı məlumat təqdim olunub.
Keçirilən məşğələlərin əsas məqsədi şagirdlərdə sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması, zərərli vərdişlərdən uzaq durmağın vacibliyinin aşılanması və onların düzgün maarifləndirilməsidir.

