AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində ötən il ilk dəfə olaraq Cənub bölgəsi folklorunda şamanizm elementləri faktiki materiallar əsasında araşdırılıb.
Bu barədə “Tehsil365"ə AMEA-dan məlumat verilib. Bundan əlavə, Cənub bölgəsinin uzunömürlüləri Yaponiyanın İkiqay Ailə İnstitutu modeli ilə qarşılıqlı şəkildə tədqiq edilərək ortaq fizioloji, bioloji və ekoloji faktorlar müəyyənləşdirilib.

