Yanvarın 23-də yazıçı, şair və jurnalist Giya Paçxataşvilinin anadan olmasının 65 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
“Tehsil365" xəbər verir ki, Tədbir Respublika Gözdən Əlillər Kitabxanasında baş tutacaq. Saat 13:30-da başlanacaq tədbirdə Giya Paçxataşvilinin yaradıcılıq yolu, ədəbiyyata və jurnalistikaya verdiyi töhfələrdən bəhs olunacaq. Görüş çərçivəsində müəllifin qələmə aldığı şeirlər səsli formatda təqdim ediləcək ki, bu da xüsusilə görmə məhdudiyyətli oxucular üçün əhəmiyyətli olacaq.
Tədbirin məqsədi yazıçının çoxşaxəli yaradıcılığını təbliğ etmək, onun ədəbi irsini daha geniş oxucu auditoriyasına çatdırmaq və oxucularla canlı ünsiyyət yaratmaqdır.
Qeyd edək ki, tədbirə giriş sərbəstdir.

