Təhsil 365 - Logo Mobile

Xəzər Universitetinin tələbələri “Eko Park” İnnovasiya Mərkəzinə ekskursiya ediblər

9221.01.2026 - 18:15
Xəzər Universitetinin tələbələri “Eko Park” İnnovasiya Mərkəzinə ekskursiya ediblər

15 yanvar 2026-cı il tarixində Xəzər Universitetinin Həyat Elmləri Departamentinin müəllimi Gülafət Şəfiyevanın rəhbərliyi ilə “Biologiya müəllimliyi” və “Kimya-biologiya müəllimliyi” ixtisasları üzrə təhsil alan IV və V kurs tələbələri “Ekol Mühəndislik Xidmətləri” QSC-yə məxsus “Eko Park” İnnovasiya Mərkəzinə ekskursiya ediblər.

“Tehsil365” xəbər verir ki, ekskursiya çərçivəsində tələbələr üçün maarifləndirici tədbir təşkil olunub. Tədbirin açılışında Ətraf Mühitin Monitorinqi Departamentinin rəisi Sabutay Əliyev çıxış edərək bildirib ki, park ərazisində mövcud olan su mənbəyi, hər biri 10 kVt gücündə üç külək turbini, eləcə də binaların damlarında quraşdırılmış günəş panelləri hesabına ərazi tam şəkildə bərpa olunan enerji mənbələri ilə elektrik enerjisi ilə təmin olunur.

Daha sonra departamentin ekoloqu Mehriban Ələsgərova müxtəlif istehsal müəssisələri üçün hazırlanmış ekoloji pasportlar, onların əhəmiyyəti və hazırlanma qaydaları barədə ətraflı məlumat verib.

Ətraf Mühitin Monitorinqi Departamentinin zooloqu Selcan Hüseynli və bioloqu Cəfər Səfərov isə müxtəlif ərazilərdə çirklənmə səviyyəsinin müəyyən edilməsi məqsədilə heyvan və bitki nümunələri üzərində aparılan analizlər haqqında danışıblar.

Park əməkdaşlarının verdiyi məlumata görə, ərazi əvvəllər neft-qaz hasilatı idarəsinin istifadəsində olub və torpaq neft tullantıları ilə çirklənmiş vəziyyətdə idi. SOCAR tərəfindən aparılan rekultivasiya işləri nəticəsində ərazi bərpa olunaraq hazırda ekoloji park kimi fəaliyyət göstərir.

Tədbirin sonunda Sabutay Əliyev universitetlə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayaraq, gələcəkdə debatların təşkili və tələbələrin kiçik qruplar şəklində sahə tədqiqatlarına cəlb olunması ilə bağlı təkliflər irəli sürüb.

Aydan Ələkbərova

Xəbər Lenti

Prezident “Qarabağ”ı belə təbrik etdi - FOTO21.01.2026 - 21:01
Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub21.01.2026 - 20:40
Aleksandr Düma21.01.2026 - 20:24
Fövqəladəhallar və nişanlar21.01.2026 - 20:11
Salamlaşma adətləri21.01.2026 - 19:56
Cavan ölsəm, ellər məni ağlasa... - Ülvi Bünyadzadənin şeirləri21.01.2026 - 19:42
Gülab - Qərib Mehdinin hekayəsi21.01.2026 - 19:29
"OpenAI" smartfonları əvəz edəcək cihaz hazırlayır: Tarix açıqlandı21.01.2026 - 19:17
Qazaxıstanda yaşı 16-dan az olan şəxslərin sosial şəbəkələrə girişi qadağan edilir21.01.2026 - 19:05
Narkomaniya və asılılıqla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib 21.01.2026 - 18:49
Xəzər Universitetində 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb21.01.2026 - 18:32
NDU kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini anıb - FOTO21.01.2026 - 17:54
İslamabadda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO21.01.2026 - 17:37
Türkiyədə zəlzələ oldu21.01.2026 - 17:22
Qarlı havaya görə məktəblərdə tədrislə bağlı - Açıqlama21.01.2026 - 17:11
Uyğunsuz videosu yayılan müəllim işdən çıxarıldı21.01.2026 - 16:53
Yazıçı, şair və jurnalist Giya Paçxataşvilinin 65 illiyi qeyd olunacaq21.01.2026 - 16:39
Akademik Kamal Talıbzadənin xatirəsi anılıb - FOTO21.01.2026 - 16:26
“Muzeydə mühazirə” layihəsi davam edir21.01.2026 - 16:14
Lənkəran Regional Elmi Mərkəzinin 2025-ci il üzrə fəaliyyəti müzakirə olunub21.01.2026 - 15:57
Cənub bölgəsi folklorunda şamanizm elementləri ilk dəfə araşdırılıb21.01.2026 - 15:46
Kimya İnstitutu əməkdaşının məqaləsi Q1 reytinqli beynəlxalq jurnalda dərc olunub21.01.2026 - 15:34
Qarabağda genişmiqyaslı elmi araşdırmalar aparılıb21.01.2026 - 15:21
Akademik İsmayıl Hacıyevin kitablarının təqdimatı olub - FOTO21.01.2026 - 15:11
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ötənilki fəaliyyətinə dair hesabat verib21.01.2026 - 15:00
Azərbaycanlı alimlərin adları Stenford Universitetinin reytinq siyahısına daxil edilib21.01.2026 - 14:49
bp tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt” kitabı nəşr olunub - FOTO21.01.2026 - 14:38
“Folklorşünaslığa giriş” kitabı nəşr olunub21.01.2026 - 14:25
Emin Əmrullayev Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb - FOTO21.01.2026 - 14:13
Məktəblilər üçün robototexnika yarışları keçiriləcək21.01.2026 - 13:59
Şagirdlər üçün yeni metodik vəsaitlər istifadəyə verildi21.01.2026 - 13:47
NAYORA 20 Yanvar faciəsinin 36-ci ildönümü ilə əlaqədarbir sıra tədbirlər keçirib - FOTOLAR21.01.2026 - 13:35
Ali təhsil müəssisələrində əmək münasibətləri yenidən tənzimlənir: hüquqi və ictimai baxış21.01.2026 - 13:20
Tələbə Gənclər Təşkilatları 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirib 21.01.2026 - 13:01
"Məktəbdə öyrədilən ana dili heç bir zaman əhəmiyyətini itirmir"21.01.2026 - 12:47
Məktəblilər dərslər zamanı pilotsuz uçuş aparatları yığacaqlar21.01.2026 - 11:17
Məktəblərdə müəllimlərə də telefondan istifadə qadağan ediləcək21.01.2026 - 11:01
“Abituriyent” jurnalının xüsusi buraxılışı çıxıb21.01.2026 - 10:49
İnformatika fənni üzrə RFO-nun nəticələri elan edilib21.01.2026 - 10:36
DİM-də TOEFL iBT imtahanı keçirilib21.01.2026 - 10:27
Agentlik direktoru Qəbələdə vətəndaşları qəbul edəcək21.01.2026 - 10:10
Kəlbəcər şagirdlərinə tədris dəstəyi göstərilib21.01.2026 - 09:52
Sabah 22 dərəcə şaxta olacaq - 22.01.202621.01.2026 - 09:38
İlin ilk kometası kəşf edildi: 73 gün ömrü qalıb21.01.2026 - 09:20
BDU-da qış imtahan sessiyası uğurla davam edir - FOTO21.01.2026 - 08:48
Formativ qiymətləndirmə ilə bağlı metodik vəsait hazırlanıb21.01.2026 - 08:37
Azərbaycanlı alim beynəlxalq jurnala xarici redaktor seçilib21.01.2026 - 08:25