Tarix və Arxeologiya departamentinin təşkilatçılığı ilə 2026-cı il yanvarın 19-da universitetdə rəhbərlik, müəllim heyəti və tələbələrin iştirakı ilə 20 Yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
“Tehsil365" xəbər verir ki, tədbirdə Tarix və Arxeologiya departamentinin müəllimləri Dr. Söhrab Mustafayev, Dr. Odər Əlizadə, Dr. Ülviyyə İbrahimova, həmçinin Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli çıxış ediblər. Çıxışlarda Sovet imperiyasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi misli görünməmiş vəhşiliklərdən, 20 Yanvar hadisələrinin mahiyyətindən, xalqımızın milli müstəqillik və ərazi bütövlüyü uğrunda göstərdiyi mübarizə ruhundan bəhs olunub. Qeyd edilib ki, Moskvanın bütün təzyiq və qorxu yaratmaq cəhdləri milli birlik və həmrəylik sayəsində dəf edilib.
Yanvarın 20-də universitet rəhbərliyi və əməkdaşlar 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər xiyabanını ziyarət ediblər.

