Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2026-cı il yanvarın 15-də narkomaniya ilə mübarizə fonunda “Narkomaniya və asılılıqla mübarizə tədbirləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
“Tehsil365" xəbər verir ki, tədbirdə rayonun müxtəlif qurumlarının əməkdaşları iştirak ediblər. Tədbirin əvvəlində Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları maddə istifadəsi və narkomaniya ilə bağlı öz fikirlərini bildirmişlər. Tədbirin davamında Xəzər Universitetinin Psixologiya departamentinin əməkdaşı, Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mirsadiq Muxtarov çıxış edərək, davranış və maddə asılılığı mövzularına toxunmuş, bu problemlərin insanın bioloji, psixoloji və sosial həyatına göstərdiyi təsirləri ətraflı şəkildə izah etmişdir. O, asılılığın yaranma səbəbləri, profilaktika üsulları və bu sahədə tətbiq olunan müasir yanaşmalar barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılmış və verilən suallar cavablandırılmışdır.

