Təhsil 365 - Logo Mobile

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

9121.01.2026 - 20:40
Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

Türkiyədə tanınmış azərbaycanlıların irsinin araşdırılması, tədqiqi və təbliği çərçivəsində Əhməd bəy Ağaoğlu haqqında araşdırma və nəşr layihəsi həyata keçirilib.

"Report"un Türkiyə bürosunun məlumatına görə, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən "Türkiyədə tanınmış azərbaycanlıların izi ilə" adlı layihə çərçivəsində "Doğu ile Batı arasında bir mütefekkir: Ahmet Ağaoğlu" kitabı türkcə nəşr edilib.

Kitab Əhməd bəy Ağaoğlunun heç vaxt araşdırılmayan və çap olunmayan elmi-ədəbi məqalələri, xatirələri, memuarları, günlük yazıları, onun haqqında müsahibələr, tanınmış şəxsiyyətlərin fikirlərini əks etdirən arxiv materiallarına əsaslanıb.

Nəşr azərbaycanlı tarixçi, araşdırmaçı Dilqəm Əhməd tərəfindən hazırlanıb.

Kitabda ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması haqqında Sərəncamında ədibin fəaliyyətinə dair fikirləri yer alıb.

Tərtibçi Dilqəm Əhməd vurğulayıb ki, Əhməd bəy Ağaoğlunun Şərq və Qərb mədəniyyətləri arasında apardığı müqayisələr onun həm ənənəvi dəyərlərə bağlılığını, həm də modern düşüncəyə açıq mövqeyini nümayiş etdirir.

Qeyd edək ki, kitabdakı materiallar Əhməd bəy Ağaoğlunun həyat hekayəsi və şəxsiyyətini dərindən tanımaq istəyənlər, habelə tarix və mədəniyyət məsələlərində fərqli bir perspektiv axtaran oxucular üçün əhəmiyyətlidir.

Əhməd bəy Ağaoğlu Azərbaycan ictimai fikir tarixində maarifçilik, millilik və modernləşmə ideyalarını bir araya gətirən qabaqcıl mütəfəkkir kimi xüsusi yer tutur. O, Şərq və Qərb dəyərlərini uzlaşdırmağa çalışan, milli düşüncənin formalaşmasında mühüm rol oynamış görkəmli ziyalılardandır.

Kitabda ilk dəfə olaraq tanınmış ictimai-ədəbi xadim Əhməd bəy Ağaoğlunun şəxsi arxivindən sənədlər, fotoşəkillər də verilib.

Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada doğulan, xalqın maariflənməsində mühüm xidmətlər göstərən Əhməd bəy Ağaoğlu Türkiyə Cümhuriyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün yaxın silahdaşı, Anadolu Agentliyinin ilk direktorlar şurasının sədri olmuş, Türkiyədə isə ictimai-fəlsəfi məzmunlu bir sıra əsərlərin müəllifidir.

Əhməd bəy Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin 2-ci və 3-cü çağırış millət vəkili olub.

O, Türkiyədə tanınmış azərbaycanlı olaraq milli dövlətçilik və modernləşmə ideyalarının inkişafına töhfələr verib, cümhuriyyətin ideya mühitinə təsir göstərən önəmli fikir adamlarından biri hesab olunur.

Aydan Ələkbərova

Xəbər Lenti

Prezident “Qarabağ”ı belə təbrik etdi - FOTO21.01.2026 - 21:01
Aleksandr Düma21.01.2026 - 20:24
Fövqəladəhallar və nişanlar21.01.2026 - 20:11
Salamlaşma adətləri21.01.2026 - 19:56
Cavan ölsəm, ellər məni ağlasa... - Ülvi Bünyadzadənin şeirləri21.01.2026 - 19:42
Gülab - Qərib Mehdinin hekayəsi21.01.2026 - 19:29
"OpenAI" smartfonları əvəz edəcək cihaz hazırlayır: Tarix açıqlandı21.01.2026 - 19:17
Qazaxıstanda yaşı 16-dan az olan şəxslərin sosial şəbəkələrə girişi qadağan edilir21.01.2026 - 19:05
Narkomaniya və asılılıqla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib 21.01.2026 - 18:49
Xəzər Universitetində 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb21.01.2026 - 18:32
Xəzər Universitetinin tələbələri “Eko Park” İnnovasiya Mərkəzinə ekskursiya ediblər21.01.2026 - 18:15
NDU kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini anıb - FOTO21.01.2026 - 17:54
İslamabadda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO21.01.2026 - 17:37
Türkiyədə zəlzələ oldu21.01.2026 - 17:22
Qarlı havaya görə məktəblərdə tədrislə bağlı - Açıqlama21.01.2026 - 17:11
Uyğunsuz videosu yayılan müəllim işdən çıxarıldı21.01.2026 - 16:53
Yazıçı, şair və jurnalist Giya Paçxataşvilinin 65 illiyi qeyd olunacaq21.01.2026 - 16:39
Akademik Kamal Talıbzadənin xatirəsi anılıb - FOTO21.01.2026 - 16:26
“Muzeydə mühazirə” layihəsi davam edir21.01.2026 - 16:14
Lənkəran Regional Elmi Mərkəzinin 2025-ci il üzrə fəaliyyəti müzakirə olunub21.01.2026 - 15:57
Cənub bölgəsi folklorunda şamanizm elementləri ilk dəfə araşdırılıb21.01.2026 - 15:46
Kimya İnstitutu əməkdaşının məqaləsi Q1 reytinqli beynəlxalq jurnalda dərc olunub21.01.2026 - 15:34
Qarabağda genişmiqyaslı elmi araşdırmalar aparılıb21.01.2026 - 15:21
Akademik İsmayıl Hacıyevin kitablarının təqdimatı olub - FOTO21.01.2026 - 15:11
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ötənilki fəaliyyətinə dair hesabat verib21.01.2026 - 15:00
Azərbaycanlı alimlərin adları Stenford Universitetinin reytinq siyahısına daxil edilib21.01.2026 - 14:49
bp tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt” kitabı nəşr olunub - FOTO21.01.2026 - 14:38
“Folklorşünaslığa giriş” kitabı nəşr olunub21.01.2026 - 14:25
Emin Əmrullayev Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb - FOTO21.01.2026 - 14:13
Məktəblilər üçün robototexnika yarışları keçiriləcək21.01.2026 - 13:59
Şagirdlər üçün yeni metodik vəsaitlər istifadəyə verildi21.01.2026 - 13:47
NAYORA 20 Yanvar faciəsinin 36-ci ildönümü ilə əlaqədarbir sıra tədbirlər keçirib - FOTOLAR21.01.2026 - 13:35
Ali təhsil müəssisələrində əmək münasibətləri yenidən tənzimlənir: hüquqi və ictimai baxış21.01.2026 - 13:20
Tələbə Gənclər Təşkilatları 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirib 21.01.2026 - 13:01
"Məktəbdə öyrədilən ana dili heç bir zaman əhəmiyyətini itirmir"21.01.2026 - 12:47
Məktəblilər dərslər zamanı pilotsuz uçuş aparatları yığacaqlar21.01.2026 - 11:17
Məktəblərdə müəllimlərə də telefondan istifadə qadağan ediləcək21.01.2026 - 11:01
“Abituriyent” jurnalının xüsusi buraxılışı çıxıb21.01.2026 - 10:49
İnformatika fənni üzrə RFO-nun nəticələri elan edilib21.01.2026 - 10:36
DİM-də TOEFL iBT imtahanı keçirilib21.01.2026 - 10:27
Agentlik direktoru Qəbələdə vətəndaşları qəbul edəcək21.01.2026 - 10:10
Kəlbəcər şagirdlərinə tədris dəstəyi göstərilib21.01.2026 - 09:52
Sabah 22 dərəcə şaxta olacaq - 22.01.202621.01.2026 - 09:38
İlin ilk kometası kəşf edildi: 73 gün ömrü qalıb21.01.2026 - 09:20
BDU-da qış imtahan sessiyası uğurla davam edir - FOTO21.01.2026 - 08:48
Formativ qiymətləndirmə ilə bağlı metodik vəsait hazırlanıb21.01.2026 - 08:37
Azərbaycanlı alim beynəlxalq jurnala xarici redaktor seçilib21.01.2026 - 08:25