Təhsil 365 - Logo Mobile

Deputatdan irad dolu çıxış: "Bu nə vaxta qədər davam edəcək? Kim bilirsə, söyləsin"

6714.11.2023 - 12:05
Deputatdan irad dolu çıxış: "Bu nə vaxta qədər davam edəcək? Kim bilirsə, söyləsin"

"Büdcəyə iqtisadçı alimlərin, dövlət qulluqçularının, böyük şirkətlərin sahiblərinin müstəqil iqtisadçı ekspertlərin yanaşmaları fərqlidir. Bu təbiidir. Dünya ölkələrinin ümumi daxili məhsulunu hesablayırlar, neftin qiymətini proqnozlaşdırırlar, banklara tövsiyələr verirlər, Cini əmsalını hesablayırlar, infilyasiyanı proqnozlaşdırırlar, bir çox hallarda qüsurlu müqayisələr də aparırlar".

Təhsil365 xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Etibar Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanun layihəsinin müzakirəsi zamanı çıxışında bildirib.

Deputat iqtisadiyyatın bu səviyyəsinin makroiqtisadiyyat adlandığını, dünyada 15 il bundan öncə baş verən maliyyə böhranından sonra iqtisadçıların əvvəlki illər kimi proqnozlara çox etibar etmədiklərini deyib: "Xüsusilə iqtisadiyyat üzrə nobel mükafatı laureatı Pol Kruqman göstərdi ki, heç bir iqtisadçı 2008-ci ilin dünya itisadi böhranını hesablaya bilməmişdi. Eyni zamanda bir çox tənqidçilər göstərirdlər ki, səhv riyazi hesablamalar aparmaqla böhranı daha da azdırıbmışlar. Bazarın rasionallığının insanların emosional reaksiyasından, davranışından asılılığını sübut edən iqtisadçı Nobel mükafatı aldı. İqtisadiyyatın başqa bir sahəsi də var ki, birbaşa bizim yaşayışımıza aiddir. Mikroiqtisadiyyat - insanların, şirkətlərinkompaniyaların, bütün cəmiyyətin seçimi haqqında elmdir. Mikroiqtisadiyyat üzrə mütəxəssislər də adəti üzrə bizim necə qərar qəbul etməyimizdən danışırlar. Mikroiqtisadiyyat sahəsində son elmi debatlar ona görə başladı ki, diskussiyalarda koqnitiv və sosial psixoloqlar söz sahibi oldular və davranış iqtisadiyyatı üzrə mütəxəssislər insanlara düzgün seçim etməyə köməklik göstərməyə başladılar".

Etibar Əliyev qeyd edib ki, bu gün təkcə bizdə yox, dünyanın əksər ölkələrində kölgə iqtisadiyyatı, bəzən büdcə vəsaitlərinin səmərəsiz xərclənməsi, səhv ktedit siyasəti, korrupsiya sırf davranış məsələləridir: "Ulu Öndərimiz unudulmaz Heydər Əliyevin bir aforizmi millətimizin gələcəyinə baxışı müəyyənləşdirib. “Təhsil millətin” gələcəyidir. Biz qara qızılımızı insan kapitalına çevirməyi qarşımıza məqsəd qoymuşuq. Böyük aələbəmiz də insan kapitalını gücləndirməlidir. Bunun üçün elm və təhsilin sürətli inkişafına nail olmalıyıq. Kim təhsildən və elmdən uzun müddətdə nəticələr gözləyirsə, o islahatın əleyhinədir. Biz 32 ildir müstəqil dövlətik. Bu az zamandır? Büdcə layihəsi ilə tanışlıqdan görürük ki, təhsilə və elmə ayrılan vəsait bu il də artırılıb və bunu dəstəkləyirik. Təhsil xərcləri üçün ayrılmış vəsaitin 2 milyard 372 milyon manatı və ya 51,2 faizi ümumi təhsil xərclərini təşkil edir".

Deputat kölgə təhsili, repetitorluğun ilbəil artdığını vurğulayıb: "Təhsil tədqiqatçıları Bark Breyn və Çeyd Likinz 30-dan çox ölkədə bu istiqamətdə tədqiqat aparıblar. Azərbaycanda yuxarı sinif şagirdlərinin 93 faizi bu xidmətdən istifadə edir. İbtidai təhsil pilləsində təhsil alan uşaqlar da bütövlükdə repetitor təhsilinə cəlb olunublar. Hər bir valideyinin övladının təhsilinə illik xərclədiyi pul dövlətin 1 şagirdə xərclədiyi vəsaitdən 3-4 dəfə çoxdur. Əlbətə ki, məktəb öz funksiyasını layiqincə yerinə yetirə bilsəydi bu vəsait şagirdlərin geyiminə və qidalanmasına xərclənərdi və daha sağlam nəsil yetişmiş olardı. Uşaqların dərsdən yayınma halları gələcəyimiz üçün böyük fəsadlara səbəb olacaq. Biz hər dəfə bunu deyirik, lakin nəticə yoxdur".

Millət vəkili bildirib ki, cari tədris ilində bütün ixtisas qrupları üzrə abituriyentlərin  təxminən 50 faizi 0-150 bal toplayıb: "Bu funksional savadsızlıqdır. Yuxarı sinif şagirdlərinin dərslərə davamiyyəti ən yaxşı halda 40 faizdir. Diaqnostik qiymətləndirmə, sertifikasiya imtahanları nəticəsində əməkhaqqı artımları və büdcədən ilbəil artan vəsaitin nəticəsi beləmi olmalıdır? 
4-cü Sənaye İnqilabının texnologiyalarının işlənməsi üçün Silikon vadisinə ehtiyac var. Peşə məktəblərinin birinin nəzdində bunun yaradılması, həm də tədris və təcrübə mərkəzi kimi yararlı ola bilər. Biz 4-cü Sənaye İnqilabı dövründə yaşayırıq, lakin peşə təhsilinin kurikulumları və dərslikləri 2-ci sənaye inqilabının dövrünü ehtiva edir".

E.Əliyev nəticəəsaslı büdcəyə keçidin hələlik inkişafa zəmin yarada bilmədiyini qeyd edib: "Ölkədə məktəbəqədər təhsilin əhatə dairəsi (1693 uşaq bağçası və körpələr evində) 25 faizdir və inkişaf etmiş dünya ilə müqayisədə bu çox aşağı göstəricidir. Bu ölkə üzrə göstəricidir, rayonların əksəriyyətində vəziyyət daha acınacaqlıdır, 7-8 faizdir. Niyə statistika orqanları məktəbəqədər təhsilin əhatə səviyyəsini rayonlar üzrə açıqlamır? Niyə dövlət büdcəsindən ayrılan vəsaitlərin məktəbəqədər təhsil və orta təhsil üzrə rayonlar üzrə bölgüsü açıqlanmır? Bəlkə ayrılan vəsaitin 80 faizi Bakıya aiddir?"

Deputat qeyd edib ki, məktəbəhazırlıq məktəbəqədər təhsil demək deyil: "2024-cü ilin dövlət büdcəsində bağçaların ərzaq təminatı xərclərində 20 %-dən çox (20 milyon manat) azalma var. Sual edirəm: səbəb nədir? Bizim mentalitetdə uşaqların qidalanması tərbiyə və təhsil qədər önəmlidir. Bu ilin büdcəsindən icma əsaslı məktəbəqədər təhsilə 12 milyon manat vəsait nəzərdə tutulur. (Mənbə 2024-cü ilin İcmal və Dövlət büdcələri üzrə layihələrin təqdimatı səh 22.) Bunun kimi faydasız və məzmunsuz layihə yoxdur. Bunun əvəzinə regionlarda uşaq baxçaları tikmək olmazdımı? İcma və layihə adı ilə uşaqlara tərbiyə və təhsil vermək qeyri-mümkündür. Əlimizdə olan vəsaiti rasional xərcləmirik və sonradan sahələr üzrə geriləmələri təhlil edirik. Elm və Təhsil Nazilrliyi elmi infrastrukturun idarə edilməsində geniş səlahiyyətlər qazandı. Bu baxımdan indiki büdcə müzakirələrində belə bir sualın cavabı aydın olmalıdır ki, bu struktur islahatları elmin maliyyələşməsində, elm xərclərinin nəticəliliyinin və səmərəliliyinin yüksəldilməsində hansı dəyişikliklərə səbəb olacaq və bu dəyişikliklər hansı mexanizmlər sayəsində mümkün olacaq? Elmə ayrılan vəsaitin müqabilində elm təkcə sosial funksiya yerinə yetirməkdə davam edir. Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasda Ölkədə tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında 2 tədqiqat universitetinin yaradılması nəzərdə tutulur. 3 universitetimizin reytinqdə 800-cü yerə çıxmasını hədəf seçmişik. Bu qeyri- müəyyən hədəfdir. Bunlar çox böyük maliyyə vəsati tələb edir. Ancaq universitetlərin maliyyə müstəqiliyi varmı? Xeyr. Bu işlərin 2026-cı ilə qədər baş tutması gözlənilən deyil. Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə "Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanı ilə ATM maliyyə muxtariyyəti (adambaşına maliyələşmə) verilib. Elm və Təhsil nazirliyi isə dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə tabeliyində olan təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən və tabeliyində olan digər qurumların gördüyü işlərdən (göstərdiyi xidmətlərdən) əldə olunan gəlirlərin sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Nazirliyin işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir".

Millət vəkilinin fikirlərinə görə, Ali Attestasiya Komissiyasının ləğvi məsələsi də gündəlikdə durmalıdır: "Biz 2005-ci ildən Boloniya Bəyannaməsinə qoşulmuşuq. Bu qurumun mövcudluğu Bəyannamə ilə daban-dabana ziddir. 
Builki büdcə layihəsindən Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi üçün proqnozlaşdırılan vəsait hesabına Ensiklopediyanın növbəti cildlərinin nəşri ilə bağlı işlərin həyata keçirilməsi nəzərdə tutulur. Təssüflər olsun ki, Ensiklopediyanın cildlərinin çapı çox ləng gedir. 2004-cü ildən indiyə kimi cəmi 8 cild çapdan çıxıb. Ensiklopediyanın cildlərinin satışının gəlir gətirməməsi xeyli suallar doğurur. Mən bu işi yaxşı bildiyimdən deyirəm. Dünyada elə ensiklopediyalar var ki, gəlirlərinin bir hissəsini dərsliklərin çapına yönəldirlər. Kitab mağazalarında Ensiklopediyanın cildlərin qalmasının əsas səbəbi təbliğat işinin zəif olması ilə bağlıdır. Qiymət və tiraj da aşağı deyil, hər cild 25.000 nüsxə çap olunur və hər bir cildin qiyməti  50 manatdır. Başqa bir məsələ barədə, insanlar gecə yatıb sabah açıldıqda bütün bələdiyyə ofislərinin qapısını qıfıllanmış görsələr, onların həyatında heç nə dəyişməyəcək. Çox sadə səbəbə görə: bələdiyyələr insanlara xidmət göstərmək, yerli sosial-iqtisadi problemləri həll etmək üçün real, müstəsna, həmçinin zəruri səlahiyyətlərə malik deyillər. Bu nə vaxta qədər davam edəcək? Kim bilirsə, söyləsin".

Elmina Muxtarlı

Xəbər Lenti

NDU-da yeni dərslik təqdimatı04.11.2026 - 19:07
NDU-da şəhid idmançılara monoqrafiya04.11.2026 - 19:02
Rektor Avropa dilləri kafedrasında04.11.2026 - 18:48
ADU-da Orhun tələbələri ilə görüş04.11.2026 - 18:45
ADU-da elmi seminar keçirilib04.11.2026 - 18:38
ADNSU-da “Avia Talks” davam edir04.11.2026 - 18:32
ADNSU tələbələri beynəlxalq olimpiadada04.11.2026 - 18:27
ADNSU-da “Zəfər Kuboku 2026” futbol turniri keçirilib04.11.2026 - 18:24
ADNSU-da Məzun-tələbə mentorluq proqramının birinci mərhələsi başa çatıb04.11.2026 - 18:18
“Elm və həyat” elmi jurnalının növbəti sayı təqdim olundu04.11.2026 - 17:49
AMEA-da “Ədəbi proses – 2025” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib04.11.2026 - 17:42
Sumqayıt Dövlət Universitetində hüquq və tibb ixtisasları açıla bilər04.11.2026 - 17:34
Biologiya dərsliklərinə nanotexnologiya və müasir biotexnologiya mövzuları daxil edilib04.11.2026 - 17:34
AMEA-da dünya şöhrətli fotoqraf Reza Deqatinin kitablarının təqdimatı keçirilib04.11.2026 - 17:30
Qazaxıstanlı alimlər üçün Azərbaycanda təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 17:29
Bakıda Türk Dünyası Animasiya Gününün keçirilƏcək04.11.2026 - 17:27
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək04.11.2026 - 17:20
Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib04.11.2026 - 17:18
150 məktəbə şagird sayına görə maliyyə ayrılacaq04.11.2026 - 17:15
Bakıda tələbə bıçaqlandı – Saxlanılan var04.11.2026 - 17:10
ADU-nun daha bir əməkdaşına dosent elmi adı verilib04.11.2026 - 17:10
Bu universitetdə müəllimlərin maaşı artırıldı04.11.2026 - 17:06
ADU-nun doktorantları üçün elmi tədqiqat metodları müzakirə olunub04.11.2026 - 17:05
Prezidentin adından saxta fikirlər yayılır – Media və Yayım Şurası04.11.2026 - 17:00
Müəllimlərin maaşına verilən 10 və 35 faizlik əlavələr dəyişə bilər04.11.2026 - 17:00
Bağça müəllimlərinin peşəkarlığı 4 istiqamət üzrə qiymətləndiriləcək04.11.2026 - 16:50
Universitetlərdə süni intellekt dövrünün yeni təhlükələri müzakirə olunub04.11.2026 - 16:40
“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır04.11.2026 - 16:30
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli: "Şəxsi və bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın, şübhəli zəng və mesajlara reaksiya verməyin"04.11.2026 - 16:03
Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub04.11.2026 - 15:22
Rasif Bağırov: “Sosial şəbəkələrdə həkim adı ilə verilən məsləhətlərə ehtiyatla yanaşmaq lazımdır”04.11.2026 - 15:19
Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur04.11.2026 - 14:57
Zəfər tariximiz – qürur salnaməmiz04.11.2026 - 14:55
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub04.11.2026 - 14:52
Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb04.11.2026 - 14:50
Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub04.11.2026 - 14:44
Uşaqların Zəfər Gününə töhfəsi: “Mənim Zəfərim”04.11.2026 - 14:41
Təhsil kreditlərinin 69 faizi bakalavrların payına düşüb04.11.2026 - 14:37
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur04.11.2026 - 14:34
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq04.11.2026 - 14:32
150 məktəbə şagird sayına görə pul ayrılacaq04.11.2026 - 14:30
DP İdarəetmə Qrupu Çinin aparıcı universitetlərində görüşlər keçirib04.11.2026 - 14:28
Müəllimlərin işə qəbul qaydaları dəyişə bilər04.11.2026 - 14:24
Azərbaycan Universitetində qazaxıstanlı alimlər üçün təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 14:20
MİQ-də ehtiyatda qalan namizədlərə şans04.11.2026 - 13:57
Küləklə bağlı xəbərdarlıq edilib04.11.2026 - 13:56
Noyabrın 9-a qədər yağış yağacaq04.11.2026 - 13:23
Tələbə kreditinə ən çox bakalavrlar üz tutur 04.11.2026 - 13:20