Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyatın (ərizə qəbulunun I mərhələsi) tarixi açıqlanıb.
Bu barədə “Tehsil365"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Mərkəzdən bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün (ərizə qəbulunun I mərhələsi) qeydiyyat tarixi 18 fevral - 5 martdır.
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlərin qeydiyyatı isə (ərizə qəbulunun ikinci mərhələsi) aprel-may aylarında aparılacaq.

