Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun əməkdaşları tərəfindən hazırlanan “Azərbaycan faunasının taksonomik spektri (onurğasızlar)” kitabı çap olunub.
Bu barədə “Tehsil365"ə Zoologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, kitabda uzun illər ərzində aparılmış tədqiqat işlərinin nəticələri əsasında Azərbaycanın su və quru ekosistemlərində yayılmış onurğasız heyvanlar aləminin müasir nomenklaturaya uyğun hazırlanmış taksonomik strukturu haqqında məlumatlar yer alıb. Azərbaycanın heyvanlar aləmini tədqiq edən mütəxəssislər üçün nəzərdə tutulan bu kitab, eləcə də doktorantlar, hidrobioloqlar, entomoloqlar, universitet müəllimləri, ekoloqlar və geniş oxucu kütləsi üçün faydalıdır.

