Təhsil 365 - Logo Mobile

Banan yemək üçün ən pis vaxt açıqlandı

10422.01.2026 - 13:29
Banan yemək üçün ən pis vaxt açıqlandı

Bananlar ən faydalı meyvələrdən biri hesab olunur: tərkibində çoxlu qiymətli vitaminlər və mikroelementlər var. Lakin məlum olub ki, bəzi vaxtlarda onların qəbulu orqanizm üçün o qədər də xeyirli olmaya bilər. Mütəxəssislər bananı gündəlik qidalanmaya faydalı karbohidrat mənbəyi kimi daxil etməyi tövsiyə etsələr də, onun nə vaxt yeyilməsi böyük rol oynayır.

Tehsil365” xarici mediaya istinadla xəbər verir ki, düzgün seçilməyən zaman banan gözlənilən fayda əvəzinə müəyyən narahatlıqlar yarada bilər.

Banan orqanizmi normal hiss etmək üçün vacib olan bir çox maddələrlə təmin edir. O, enerji səviyyəsini yüksəldir, arterial təzyiqin azalmasına kömək edə bilər. Bir bananın tərkibində A, C, E, B qrupu və K vitaminləri, həmçinin kalium, maqnezium, fosfor və qida lifləri mövcuddur.

Bananın faydası nələrdir?

Bananın tərkibində bol olan lif həzm sisteminin normal işləməsini dəstəkləyir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır və qəbizlik riskini azaldır. Kalium isə ürək-damar sağlamlığında mühüm rol oynayır, təzyiqin tənzimlənməsinə kömək edir və bəzi araşdırmalara görə, müntəzəm qəbul edildikdə hipertoniyanın yaranma ehtimalını azalda bilər. Ancaq bu qədər faydalı məhsulun da müəyyən xüsusiyyətləri var.

Bananı nə vaxt yemək daha yaxşıdır?

Dietoloqlar xəbərdarlıq edirlər ki, bananı təkbaşına tam bir səhər yeməyinin əvəzi kimi istifadə etmək düzgün deyil. Çünki onun tərkibinin təxminən dörddə biri fruktozadan ibarətdir və bu da qanda insulin səviyyəsinin sürətlə yüksəlməsinə səbəb olur. Bu yüksəlişdən sonra isə eyni dərəcədə kəskin enmə baş verir və nəticədə aclıq hissi tez geri qayıdır.

Bu vəziyyət iştahanın artmasına, diqqətin zəifləməsinə və məlumatı daha çətin qavramağa səbəb ola bilər. Qısa müddətli enerji artımı bir anda izaholunmaz yorğunluqla əvəzlənə bilər.

Mütəxəssislər bananı səhər saatlarında yemək istəyənlərə onu mütləq digər məhsullarla birlikdə qəbul etməyi məsləhət görürlər. Beləliklə, qida zülal, yağ və karbohidrat baxımından daha balanslı olur. Bundan başqa, bananı acqarına yemək də arzuolunmaz sayılır, çünki bu, mədə-bağırsaq sistemində qıcıqlanmaya səbəb ola bilər.

Axşam banan yemək faydalıdırmı?

Mütəxəssislərin fikrincə, banan axşam saatlarında daha faydalı ola bilər. O, yuxu və oyaqlıq ritmini tənzimləyən, sağlam yuxuya cavabdeh olan melatonin hormonunun ifrazının dəstəklənməsinə kömək edə bilər

Amidə Zeynalova

Xəbər Lenti

Universitetdən tələbələrin diplomu ilə bağlı açıqlama22.01.2026 - 15:11
Bəşəriyyətin ilk sənət əsəri tapıldı22.01.2026 - 14:55
Yanvarın 23-də havanın temperaturu dəyişəcək22.01.2026 - 14:44
LDU “Məzunların məşğulluq reytinqi”ndə ilk beşlikdə yer alıb22.01.2026 - 14:26
Müəllim xarici dil öyrənməyin sirrini açıqladı22.01.2026 - 14:18
“Hələ də sovet təhsil sisteminin qalığını saxlamışıq”22.01.2026 - 14:05
Bu şəxslər əlavə təhsilhaqqını özləri ödəyəcək22.01.2026 - 13:56
Leyla Əliyeva Davos səfərindən paylaşım etdi22.01.2026 - 13:41
Marsdan gələn sirli siqnal — Qırmızı planetdə həyatın yeni izi tapıldı?22.01.2026 - 13:17
Ali təhsil müəssisələrində əmək münasibətləri yenidən tənzimlənir: hüquqi və ictimai baxış22.01.2026 - 13:02
DİM-in son qərarı narazılıq yaratdı: “Uşaqların teleyi ilə oynayırlar”22.01.2026 - 12:51
Dörd Azərbaycan universiteti nüfuzlu təşkilatın fənn reytinqlərində yer alıb22.01.2026 - 12:36
Mədəniyyət Nazirliyi tərəfindən ilk hansı regionda attestasiya imtahanlarının keçiriləcəyi məlum olub22.01.2026 - 12:20
Azərbaycan faunasının taksonomik spektri araşdırılıb22.01.2026 - 12:08
Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib22.01.2026 - 11:59
Folklor İnstitutunda elmi təcrübəni uğurla başa vuran tələbələr sertifikatlarla təltif olunublar - FOTO22.01.2026 - 11:51
7-ci sinif şagirdi xadiməni bıçaqlayıb22.01.2026 - 11:40
Sabah hava necə olacaq? 22.01.2026 - 11:28
Beynəlxalq imtahanların keçiriləcəyi VAXTLAR22.01.2026 - 11:17
Dövlət qulluğu üzrə imtahan və qeydiyyat tarixləri 22.01.2026 - 11:09
Kolleclərə qeydiyyat tarixi AÇIQLANDI22.01.2026 - 11:00
Ali məktəblərə qəbul üçün qeydiyyat VAXTI AÇIQLANDI22.01.2026 - 10:49
9-cu sinif buraxlış imtahanları bu tarixdə KEÇİRİLƏCƏK22.01.2026 - 10:39
Buraxılış imtahanının TARİXLƏRİ AÇIQLANDI22.01.2026 - 10:31
DİM bu ilin imtahan qrafikini AÇIQLADI22.01.2026 - 10:20
Dərsliklərlə bağlı ictimai dinləmələrin keçirilməsi təklif edilib22.01.2026 - 10:11
Taksi sürücüləri üçün imtahan olacaq22.01.2026 - 10:01
Məktəb dərsliklərinin rəqəmsallaşdırılsın - TƏKLİF22.01.2026 - 09:50
Bu şəxslərin təhsil haqqını dövlət ödəməyəcək - QANUN22.01.2026 - 09:40
Mənalı ömrün 80 illik ucalıq zirvəsi... - FOTO22.01.2026 - 09:30
Koreya Respublikası təqaüd proqramı elan edib22.01.2026 - 09:20
Bu gün hava necə olacaq? 22.01.2026 - 09:10
Qax rayonunda IV sinif şagirdləri üçün “Yol hərəkəti təhlükəsizliyi” mövzusunda praktik məşğələ keçirilib22.01.2026 - 08:54
Qax rayonunda maarifləndirici məşğələlər keçirilib22.01.2026 - 08:36
İngiltərədə məktəb təhsil texnologiyaları və süni intellekt pilot layihəsi 23 milyon funt sterlinq ilə genişləndirilir22.01.2026 - 08:18
Böyük Britaniya 16 yaşdan kiçiklər üçün sosial media istifadəsini qadağan etməyi müzakirə edir22.01.2026 - 08:00
İngiltərədə müəllim qiymətləri saxtalaşdırdığı üçün dərs deməkdən məhrum edildi22.01.2026 - 07:42
İngiltərədə Send təminatında “böhran vaxtı” – IFS xəbərdarlıq edir22.01.2026 - 07:24
“Sadəcə pul qazanmaq mümkün deyil”: ABŞ universitetlərində humanitar proqramlar böhranla üzləşir22.01.2026 - 07:06
“Kapitan və Xəzər dənizi” filminin premyerası baş tutub22.01.2026 - 06:54
Samuxda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib22.01.2026 - 06:36
Murad İbrahiməyov: “Kinematoqrafsız millət natamamdır”22.01.2026 - 06:18
Məktəbdə IX sinif şagirdləri arasında Böyük Summativ Qiymətləndirmə keçirildi22.01.2026 - 06:00
Zaqatala rayonunda “Oxu dəqiqələri” layihəsi uğurla həyata keçirilir22.01.2026 - 05:42
1972-ci il — Moskvada Nəzmi Əliverdibəyovun “Muğam” baletinin premyerası keçirilib22.01.2026 - 05:24
2006-cı il — “Neftçi” Moskvada Birlik Kubokunun qalibi oldu22.01.2026 - 05:06
Heykəltaraş Azad Əliyevin yaradıcılığı diqqət mərkəzindədir22.01.2026 - 04:54