Azərbaycan jurnalistikasının tanınmış simalarından biri, əməkdar jurnalist Vahid Həbib oğlu Bağırovun xatirəsi ehtiramla yad edilir.
"Tehsil365" xəbər verir ki, Vahid Bağırov 23 yanvar 1941-ci ildə Naxçıvan rayonunun Əliabad kəndində anadan olub. O, uzun illər Azərbaycan mətbuatında fəaliyyət göstərərək peşəkarlığı, prinsipial mövqeyi və sözə məsuliyyətli yanaşması ilə seçilib. Jurnalist fəaliyyəti dövründə cəmiyyət üçün mühüm mövzulara toxunmuş, ictimai fikrin formalaşmasına töhfələr verib.
Peşəkar fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən Vahid Bağırov “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layiq görülüb. Onun qələmə aldığı yazılar, publisistik nümunələr bu gün də aktual və dəyərli hesab olunur.
Vahid Həbib oğlu Bağırov 29 may 2010-cu ildə Bakıda vəfat edib. O, Azərbaycan jurnalistikasında dərin iz qoymuş qələm sahiblərindən biri kimi yaddaşlarda yaşayır.

