Bu gün film prodüseri Arzu İlham qızı Əliyevanın doğum günüdür.
"Tehsil365" xəbər verir ki, Arzu Əliyeva 23 yanvar 1989-cu ildə Bakıda anadan olub. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kiçik qızıdır. Arzu Əliyeva mədəniyyət və kino sahəsində fəaliyyət göstərərək film prodüseri kimi tanınır.
Peşəkar fəaliyyəti dövründə bir sıra layihələrin ərsəyə gəlməsində iştirak edən Arzu Əliyeva Azərbaycan kinosunun inkişafına töhfə verən gənc nümayəndələrdən biri hesab olunur. Onun prodüser kimi fəaliyyəti milli mədəniyyətin təbliği və müasir kino layihələrinin dəstəklənməsi baxımından əhəmiyyətlidir.
Arzu İlham qızı Əliyeva həm yaradıcılığı, həm də ictimai fəaliyyəti ilə diqqət mərkəzindədir.

