Binəqədi rayonu 276 nömrəli tam orta məktəbin 11 “A” sinif şagirdi Qasımov Tunar Kyokuşin karate idman növü üzrə keçirilən XXVII Azərbaycan Birinciliyi və Çempionatında böyük uğura imza atıb.
"Tehsil365" xəbər verir ki, O, kumite -70 kq çəki dərəcəsində II yerə layiq görülüb.
Qasımov Tunar bu nailiyyətinə görə diplomla təltif olunub. Məktəb rəhbərliyi və müəllim kollektivi onun uğurunu alqışlayır və gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayır.
Tunarın bu uğuru həm məktəbin, həm də Azərbaycan idmanının inkişafına töhfədir. Təbrik edirik!

