22 yanvar 2026-cı il tarixində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Tanınmış şəxsiyyətlər təqvimi” layihəsi çərçivəsində şagirdlər üçün dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş tədbir təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Tədbir UBR-i Yeganə Dadaşova və kitabxana müdiri Şükufə Bayramovanın rəhbərliyi, musiqi müəllimi Sevil Hüseynovanın təşkilatçılığı ilə həyata keçirilib. Şagirdlər tədbir zamanı görkəmli bəstəkarın Azərbaycan musiqi mədəniyyətində tutduğu mühüm yer, zəngin yaradıcılıq yolu və milli musiqimizin inkişafındakı rolu barədə geniş məlumat alıblar.
Tədbir interaktiv formada keçirilərək şagirdlərin Fikrət Əmirovun əsərlərinə və milli musiqimizə marağını artırmaq məqsədinə xidmət edib. Bu cür layihələr şagirdlərin Azərbaycan və dünya üzrə tanınmış şəxsiyyətləri daha yaxından tanımalarına və onların həyat və yaradıcılığı haqqında biliklərinin zənginləşdirilməsinə imkan yaradır.

