22 yanvar 2026-cı il tarixində İsgəndər Məmmədov adına Qımır kənd tam orta məktəbində Böyük Summativ Qiymətləndirmə (BSQ) təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Qiymətləndirmə prosesi mövcud qaydalara uyğun şəkildə həyata keçirilmiş, şagirdlərin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Tədbir məktəbin müəllim kollektivi tərəfindən planlı və şəffaf formada idarə olunub.
BSQ-nin keçirilməsi şagirdlərin təhsil nailiyyətlərinin qiymətləndirilməsi və tədris prosesinin keyfiyyətinin artırılması istiqamətində vacib addım hesab olunur.

