Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə məşhur mentor və ssenarist Pərviz Məmmədov tərəfindən ssenari yaradıcılığı kursları təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Kursların əsas məqsədi gənc və istedadlı ssenaristlərin peşəkar bacarıqlarını inkişaf etdirmək, film və televiziya sənayesinə yeni istedadların cəlb edilməsinə dəstək verməkdir.
Kurslarda iştirak edən tələbələr ssenari yazıçılığın əsas prinsipləri, hekayə strukturu, personajların yaradılması və dramaturgiyanın incəlikləri barədə biliklər əldə edəcəklər. Mentor Pərviz Məmmədov təcrübəsi və praktiki nümunələr vasitəsilə iştirakçılara dərslər verəcək.
Bu kurslar kino sahəsində peşəkar hazırlığın gücləndirilməsinə, Azərbaycan kinematoqrafiyasının inkişafına və gənc yaradıcılara dəstək məqsədinə xidmət edir.

