Yanvarın 21-də Azərbaycan Kinematoqrafçılar İttifaqının kinozalında rejissor və ssenarist Nurlan Həsənli ilə görüş-müzakirə təşkil olunub.
"Tehsil365" xəbər verir ki, “Ssenaridə aktlar və keçidlər” adlanan tədbirdə Nurlan Həsənli ssenari yazmaq təcrübəsi və iş metodlarından danışıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Görüş sual-cavab formatında davam edib və iştirakçılar üçün çox faydalı müzakirələrlə yadda qalıb. Tədbirdən Rüfət Bəndəliyevin fotoreportajı təqdim olunur.

