Yanvarın 16-da elm və təhsil naziri Emin Əmrullayev Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev ilə görüşüb.
Bu barədə “Tehsil365"ə Elm və Təhsil Nazirliyi tərəfindən məlumat verilib.
Görüşdə Ukrayna ilə elm və təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

