21–22 yanvar tarixlərində Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) və riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq məqsədilə yuxarı yaş qrupu üçün seçmə imtahanları təşkil olunub.
Təhsil İnstitutundan “Tehsil365"ə bildirilib ki, seçmə imtahanın məqsədi beynəlxalq olimpiadalara hazırlıq prosesinə fənn üzrə ən yüksək nəticə göstərən şagirdlərin cəlb edilməsidir.

