Təhsil 365 - Logo Mobile

AMEA-nın “Elm” nəşriyyatının 100 illik yubileyi qeyd olunub - FOTO

7022.01.2026 - 17:13
AMEA-nın “Elm” nəşriyyatının 100 illik yubileyi qeyd olunub - FOTO

Yanvarın 22-də AMEA-nın “Elm” nəşriyyatının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AMEA-dan “Tehsil365"ə bildirilib ki, iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra müxtəlif illərdə nəşriyyatda çap olunmuş kitab və nəşrlərdən ibarət sərgi ilə tanışlıq olub.

Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Elm” nəşriyyatının kollektivini yubiley münasibətilə təbrik edib. O bildirib ki, nəşriyyat 1925-ci ildən etibarən müxtəlif elmi qurumların nəzdində fəaliyyət göstərib və bu illər ərzində Bəkir Çobanzadə, Abdulla Vəliyev, Ziya Bünyadov, Əjdər Xanbabayev kimi görkəmli şəxslər tərəfindən idarə olunub. Akademik vurğulayıb ki, nəşriyyat yüz il ərzində Azərbaycanda elmi biliklərin yayılmasına və kitab mədəniyyətinin inkişafına mühüm töhfələr verib, bu gün də uğurla fəaliyyətini davam etdirir.

Akademik İsa Həbibbəyli nəşriyyatın direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanovun əməyini yüksək qiymətləndirərək, onun müəllifi və tərtibçisi olduğu bir sıra fundamental biblioqrafik nəşrlərin “Elm” nəşriyyatının 100 illik yubileyinə dəyərli töhfə olduğunu bildirib. Qeyd olunub ki, ikicildlik biblioqrafiyada yeddi mindən çox kitab yer alıb.

Daha sonra Səbuhi Qəhrəmanov “AMEA-nın “Elm” nəşriyyatının inkişaf yolu və qarşıda duran vəzifələr” mövzusunda məruzə edib. O, nəşriyyatın yaranma tarixindən, əsas missiyasından, elmi biliklərin yayılmasında və milli kitab mədəniyyətinin inkişafında oynadığı roldan danışıb, son illər əldə olunan uğurları diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini Kəmalə Məmmədzadə, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov və digər çıxışçılar “Elm” nəşriyyatının Azərbaycan elmi və mədəni həyatındakı müstəsna rolunu vurğulayıblar.

Sonda akademik İsa Həbibbəyli Səbuhi Qəhrəmanova AMEA-nın 80 illiyi döş nişanını təqdim edib. Bir qrup əməkdaş isə yubiley münasibətilə AMEA Rəyasət Heyətinin təşəkkürnaməsi və AMEA Azad Həmkarlar İttifaqının fəxri fərmanı ilə təltif olunublar.

Aydan Ələkbərova

Xəbər Lenti

“Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid Cavid Cabarzadənin əziz xatirəsinə həsr olunacaq - VİDEO22.01.2026 - 17:30
BDU-da “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbirlər planı hazırlanıb22.01.2026 - 16:54
BMU beynəlxalq elmi konfransa tezislərin qəbulunu davam etdirir22.01.2026 - 16:43
Azərbaycanda ilk dəfə xüsusi ümumtəhsil məktəbində peşə təmayüllü sinif təşkil edilib - FOTO22.01.2026 - 16:33
Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçirilib22.01.2026 - 16:21
Elm və təhsil naziri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb22.01.2026 - 16:10
Bakı şəhərində ölkə üzrə ilk peşə təmayüllü sinif açıldı22.01.2026 - 15:59
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin artırılması müzakirə olunub22.01.2026 - 15:47
Misir Mərdanov bu vəzifəyə təsdiqləndi 22.01.2026 - 15:35
"Akademik İnkişaf və İnnovativ Tədris” Təlim Proqramın ilk iştirakçılarına sertifikatlar verilib - FOTO22.01.2026 - 15:23
Universitetdən tələbələrin diplomu ilə bağlı açıqlama22.01.2026 - 15:11
Bəşəriyyətin ilk sənət əsəri tapıldı22.01.2026 - 14:55
Yanvarın 23-də havanın temperaturu dəyişəcək22.01.2026 - 14:44
LDU “Məzunların məşğulluq reytinqi”ndə ilk beşlikdə yer alıb22.01.2026 - 14:26
Müəllim xarici dil öyrənməyin sirrini açıqladı22.01.2026 - 14:18
“Hələ də sovet təhsil sisteminin qalığını saxlamışıq”22.01.2026 - 14:05
Bu şəxslər əlavə təhsilhaqqını özləri ödəyəcək22.01.2026 - 13:56
Leyla Əliyeva Davos səfərindən paylaşım etdi22.01.2026 - 13:41
Banan yemək üçün ən pis vaxt açıqlandı22.01.2026 - 13:29
Marsdan gələn sirli siqnal — Qırmızı planetdə həyatın yeni izi tapıldı?22.01.2026 - 13:17
Ali təhsil müəssisələrində əmək münasibətləri yenidən tənzimlənir: hüquqi və ictimai baxış22.01.2026 - 13:02
DİM-in son qərarı narazılıq yaratdı: “Uşaqların teleyi ilə oynayırlar”22.01.2026 - 12:51
Dörd Azərbaycan universiteti nüfuzlu təşkilatın fənn reytinqlərində yer alıb22.01.2026 - 12:36
Mədəniyyət Nazirliyi tərəfindən ilk hansı regionda attestasiya imtahanlarının keçiriləcəyi məlum olub22.01.2026 - 12:20
Azərbaycan faunasının taksonomik spektri araşdırılıb22.01.2026 - 12:08
Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib22.01.2026 - 11:59
Folklor İnstitutunda elmi təcrübəni uğurla başa vuran tələbələr sertifikatlarla təltif olunublar - FOTO22.01.2026 - 11:51
7-ci sinif şagirdi xadiməni bıçaqlayıb22.01.2026 - 11:40
Sabah hava necə olacaq? 22.01.2026 - 11:28
Beynəlxalq imtahanların keçiriləcəyi VAXTLAR22.01.2026 - 11:17
Dövlət qulluğu üzrə imtahan və qeydiyyat tarixləri 22.01.2026 - 11:09
Kolleclərə qeydiyyat tarixi AÇIQLANDI22.01.2026 - 11:00
Ali məktəblərə qəbul üçün qeydiyyat VAXTI AÇIQLANDI22.01.2026 - 10:49
9-cu sinif buraxlış imtahanları bu tarixdə KEÇİRİLƏCƏK22.01.2026 - 10:39
Buraxılış imtahanının TARİXLƏRİ AÇIQLANDI22.01.2026 - 10:31
DİM bu ilin imtahan qrafikini AÇIQLADI22.01.2026 - 10:20
Dərsliklərlə bağlı ictimai dinləmələrin keçirilməsi təklif edilib22.01.2026 - 10:11
Taksi sürücüləri üçün imtahan olacaq22.01.2026 - 10:01
Məktəb dərsliklərinin rəqəmsallaşdırılsın - TƏKLİF22.01.2026 - 09:50
Bu şəxslərin təhsil haqqını dövlət ödəməyəcək - QANUN22.01.2026 - 09:40
Mənalı ömrün 80 illik ucalıq zirvəsi... - FOTO22.01.2026 - 09:30
Koreya Respublikası təqaüd proqramı elan edib22.01.2026 - 09:20
Bu gün hava necə olacaq? 22.01.2026 - 09:10
Qax rayonunda IV sinif şagirdləri üçün “Yol hərəkəti təhlükəsizliyi” mövzusunda praktik məşğələ keçirilib22.01.2026 - 08:54
Qax rayonunda maarifləndirici məşğələlər keçirilib22.01.2026 - 08:36
İngiltərədə məktəb təhsil texnologiyaları və süni intellekt pilot layihəsi 23 milyon funt sterlinq ilə genişləndirilir22.01.2026 - 08:18
Böyük Britaniya 16 yaşdan kiçiklər üçün sosial media istifadəsini qadağan etməyi müzakirə edir22.01.2026 - 08:00