Təhsil 365 - Logo Mobile

“Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid Cavid Cabarzadənin əziz xatirəsinə həsr olunacaq - VİDEO

11722.01.2026 - 17:30
“Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid Cavid Cabarzadənin əziz xatirəsinə həsr olunacaq - VİDEO

“Tehsil365” İnformasiya Agentliyinin layihəsi olan “Şəhidin səsi” proqramının növbəti buraxılışı Vətən uğrunda canından keçmiş qəhrəman şəhid Cavid Qorxmaz oğlu Cabarzadənin əziz xatirəsinə həsr olunacaq.

“Tehsil365" xəbər verir ki, Veriliş 26 yanvar tarixində saat 18:00-da, könüllü müxbir Nərminə Eyyubovanın təqdimatında yayımlanacaq.

Qeyd edək ki, Cavid Cabarzadə 10 avqust 1997-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində anadan olub. O, 2003-cü ildə orta məktəbin birinci sinfinə başlayıb və 2014-cü ildə təhsilini başa vurub. Bununla yanaşı, musiqiyə xüsusi marağı olan Cavid tar ixtisası üzrə musiqi məktəbini də bitirib.

Cavid Cabarzadə yalnız incəsənətlə deyil, idmanla da yaxından maraqlanıb. O, qədim idman növlərindən biri olan kamandan oxatma ilə məşğul olub.

2015-ci ildə hərbi xidmətə yollanan Cavid kəşfiyyatçı-snayper ixtisasına yiyələnib. 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, düşmənin bir neçə canlı qüvvəsini və texnikasını məhv edib. 2017-ci ildə hərbi xidmətini başa vurub.

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra, Azərbaycanın minlərlə igid oğlu kimi Cavid də ailəsinə xəbər vermədən ordu sıralarına könüllü şəkildə yazılıb.

O, 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun əsgəri kimi döyüşlərə qatılıb. Cavid Cabarzadə Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə şücaətlə iştirak edib.

Qəhrəman döyüşçü 24 oktyabr 2020-ci ildə Füzuli–Xocavənd istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz 5 noyabr 2020-ci ildə II Fəxri Xiyabanda dəfn edilib.

Cavid Cabarzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra:

“Vətən uğrunda” medalı (15.12.2020),

“Füzulinin azad olunmasına görə” medalı (25.12.2020),

döyüşlərdə göstərdiyi şücaətə görə III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

“Şəhidin səsi” proqramının bu buraxılışı Vətən uğrunda canından keçmiş qəhrəman şəhid Cavid Cabarzadənin həyat yoluna, döyüş şücaətinə və unudulmaz xatirəsinə ithaf olunur.

Aydan Ələkbərova

Xəbər Lenti

“Azərbaycan ədəbiyyatşünaslığında Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı” kitabı beynəlxalq sərgidə təqdim olunub24.10.2026 - 11:46
Qubada Beynəlxalq Gənclər Forumunun açılış mərasimi keçirilib24.10.2026 - 11:01
Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş konsert – “Yadıma sən düşürsən”24.10.2026 - 10:58
Uşaq Filarmoniyasında Moskva Dövlət Konservatoriyasının professorunun ustad dərsi təşkil olunacaq24.10.2026 - 10:55
Yüz yaşlı “Şərqşünaslıq” jurnalı XII Bakı Beynəlxalq Kitab Sərgisində24.10.2026 - 10:53
Qalina Vişnevskayanın 100 illiyinə həsr olunan “İki Səs, Bir Ömür” adlı konsert24.10.2026 - 10:51
XII Bakı Beynəlxalq Kitab Sərgisində əlyazma irsinin gələcəyi müzakirə edilib24.10.2026 - 10:49
Bakı Beynəlxalq Kitab Sərgisində Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş olub24.10.2026 - 10:46
Bakı Bulvarında Zeytun Festivalı davam edir24.10.2026 - 10:44
Milli Kitabxanada Xalq rəssamı Fərhad Xəlilovun 80 illiyinə həsr olunan sərgi açılıb24.10.2026 - 10:42
Bu günün hava proqnozu24.10.2026 - 10:38
Beşaylıq körpə ölüb24.10.2026 - 10:36
Qəbələdə qəzada iki yeniyetmə xəsarət aldı24.10.2026 - 10:34
Ayı məktəbə su borusu ilə girməyə çalışıb24.10.2026 - 10:32
Ali təhsilə qəbulda yeni qaydalar hazırlanır24.10.2026 - 10:30
BDYPİ sürücülərə xəbərdarlıq edib24.10.2026 - 10:29
Türkiyədə universitetlərlə bağlı dəyişiklik: Qəbul balı əsas götürüləcək24.10.2026 - 10:27
Şahdağ və Kəlbəcərə qar yağıb24.10.2026 - 10:25
Qiyabi təhsil dövrünü başa vurur - Yeni model təklif24.10.2026 - 10:24
Alimlər beyində yeni siqnal ötürmə mexanizmi aşkar ediblər24.10.2026 - 10:22
Qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib24.10.2026 - 10:20
Sabah Bakıya leysan yağacaq24.10.2026 - 10:19
Azərbaycanlı tələbələr ən çox hansı ölkələrdə oxuyur?24.10.2026 - 10:17
Sabah PMS imtahanının II mərhələsi keçiriləcək24.10.2026 - 10:15
Canlı əzələ hüceyrələri ilə hərəkət edən kiçik robot hazırlanıb24.10.2026 - 10:13
Moskva Dövlət Konservatoriyasının professorunun ustad dərsi təşkil olunacaq24.10.2026 - 09:15
Bill Qeyts Süni intelekt haqqında fikir bildirib24.10.2026 - 08:54
Əlyazma irsinin gələcəyi müzakirə edilib24.10.2026 - 08:50
“JEC Tower” göydələni inşa edilir24.10.2026 - 08:47
70 min polisi səfərbər etdi24.10.2026 - 08:35
Sabahın hava proqnozu bəlli olub24.10.2026 - 08:32
“Birgə Yaddaş – Ortaq Gələcək” sərgisi açılıb24.10.2026 - 08:17
Bakıda FIFA U-15 dünya çempionatı start götürür24.10.2026 - 08:08
Azərbaycanın ABŞ-dəki səfirliyində tələbələr ilə görüş olub24.10.2026 - 08:02
Tarixi-mədəni irsi əks etdirən kitablar təqdim olunub24.10.2026 - 08:01
BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir24.10.2026 - 08:00
NDU tələbələri təcrübədə iştirak etdilər 23.10.2026 - 19:39
NDU Çinlə əməkdaşlıq qurdu23.10.2026 - 19:35
Kitabxana sərgisi davam edir23.10.2026 - 19:30
ADNSU tələbələri qalib oldular23.10.2026 - 19:15
ADNSU-da görüş keçirildi23.10.2026 - 19:09
ADNSU-da təlim keçirildi23.10.2026 - 19:03
ADNSU-da festival keçirildi23.10.2026 - 19:00
ADNSU Daşkənd Kimyo Universiteti ilə görüşü baş tutdu23.10.2026 - 18:53
ADNSU Özbəkistanda görüş keçirdi23.10.2026 - 18:47
ADU-da tədbir keçirildi23.10.2026 - 18:41
ADU Elmi Şurası iclas keçirdi23.10.2026 - 18:37
Azərbaycan Universitetində “29 imza…” sənədli filmi nümayiş olunub23.10.2026 - 18:32