Təhsil 365 - Logo Mobile

Son bir ildə BMU əməkdaşlarının Scopus indeksli məqalələrinin sayı iki dəfə artıb

5423.01.2026 - 12:11
Son bir ildə BMU əməkdaşlarının Scopus indeksli məqalələrinin sayı iki dəfə artıb

Bakı Mühəndislik Universitetində (BMU) 2025-ci ildə Scopus indeksli elmi məqalələrin sayı 2024-cü illə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

BMU-dan “Tehsil365"ə bildirilib ki, statistik göstəricilər son illər universitetin elmi fəaliyyətində həm keyfiyyət, həm də kəmiyyət baxımından davamlı inkişaf dinamikasını özündə əks etdirir. Aparılan müqayisəli təhlilin nəticələrinə əsasən, Scopus elmmetrik bazasında bütün kateqoriyalar üzrə müsbət artım müşahidə olunub.

BMU alimlərinin Q1 kateqoriyasında məqalələrinin sayı 147,6 faiz, Q2 kateqoriyasında 95,2 faiz, Q3 kateqoriyasında 45,5 faiz, Q4 kateqoriyasında isə 115,8 faiz artıb. Ümumilikdə BMU üzrə Scopus indeksli məqalələrin sayı bir il ərzində 100 faizdən çox artaraq iki dəfədən çox yüksəlib.

Bu göstəricilər və əldə olunan mühüm nailiyyət BMU-da elmi-tədqiqat mühitinin davamlı inkişafını sübut etməklə yanaşı, akademik potensialın gücləndirilməsi və beynəlxalq elmi məkanla inteqrasiyanın prioritet istiqamət kimi müəyyən edildiyini təsdiqləyir. BMU alimlərinin elmi nəticələrinin xüsusilə yüksək impakt faktorlu jurnallarda uğurla təqdim edilməsi universitetin beynəlxalq elmi indekslərdə mövqeyinin möhkəmlənməsinə və elmi nüfuzunun yüksəlməsinə əhəmiyyətli töhfə verib.

Aparılan təhlillər əsasında Q1 və Q2 kateqoriyalı jurnallarda ən çox məqaləsi dərc olunan məhsuldar müəlliflər sırasında professor Ağası Məlikov (riyaziyyat və kompüter elmləri), professor İslam İslamov (avtomatika, telekommunikasiya və energetika), professor Rakib Əfəndiyev (riyaziyyat və kompüter elmləri), dosent Namiq Şıxaliyev (kimya mühəndisliyi), dosent Şəhriyar Muxtarov (Elmi-Tədqiqat Mərkəzi) və dosent Rəvan Rəhimov (qida və biotexnologiya) yer alır. Bu müəlliflərin elmi nəşrləri əsasən yüksək impakt göstəricilərə malik jurnallarda dərc olunub və universitetin ümumi elmi-statistik göstəricilərinin yaxşılaşmasında mühüm rol oynayıb.

BMU əməkdaşlarının səmərəli elmi fəaliyyəti bütövlükdə universitetin Scopus bazasında təmsil olunma səviyyəsinin yüksəlməsinə, elmi potensialının daha da güclənməsinə önəmli təsir göstərib. Bu müsbət nəticə universitetin elmi sahədə qazandığı ardıcıl uğurların və beynəlxalq elmi mühitdə mövqeyinin möhkəmləndiyini nümayiş etdirir.

Aydan Ələkbərova

Xəbər Lenti

Yeni Klinikada ilk robotik cərrahi əməliyyat icra olunub24.01.2026 - 05:31
BSU bank əməkdaşları üçün inklüziv yanaşma üzrə peşəkar inkişaf təlimi keçirəcək24.01.2026 - 05:24
131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verilib24.01.2026 - 05:14
Xaricdə təhsil alanların ölkəyə verdiyi töhfə ciddi təhlil olunmalıdır – Deputat24.01.2026 - 04:59
“Süni intellekt 5 il sonra bəşəriyyətdən daha ağıllı olacaq”24.01.2026 - 04:44
Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olub 24.01.2026 - 04:30
“Karmen. Xosenin hekayəsi” tamaşasının premyerası olub24.01.2026 - 04:14
İKTA: "Vaxtında uçota durmayan internet provayderi cərimələnib"24.01.2026 - 04:02
“Mübarizlərin mirası” intellektual turniri uğurla başa çatdı - FOTOLAR23.01.2026 - 16:53
"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi23.01.2026 - 16:39
Universitetlərdə tələbə–müəllim münasibətləri - ARAŞDIRMA23.01.2026 - 16:28
Səhər yeməyinin məktəblilərin diqqətinə və yaddaşına təsiri - ARAŞDIRMA23.01.2026 - 16:15
Şirvan-Salyan RTİ üzrə böyük summativ qiymətləndirmələr rəqəmsal formada keçirilib - FOTOLAR23.01.2026 - 15:59
Kitabxanaçı vəzifələrinə işə qəbul üçün test imtahanı keçirilib - FOTO23.01.2026 - 15:47
Bu gecə səma üzümüzə güləcək23.01.2026 - 15:36
270 nömrəli məktəbin X sinif şagirdləri üçün BDU-da infosessiya keçirilib - FOTO23.01.2026 - 15:22
ADU-nun dosenti Şahismayıl İsmayılov AMEA Prezidentinin Təşəkkürnaməsi ilə təltif olunub - FOTO23.01.2026 - 15:12
ADU-nun baş müəllimi Nailə Hüseynova “Ayın müəllimi” adına layiq görülüb - FOTO23.01.2026 - 15:00
İllər əvvəlin Leyla və Arzusu... - FOTOLAR23.01.2026 - 14:48
131 direktor müsbət rəy alıb - Nəticələr açıqlandı23.01.2026 - 14:37
Tehranda məktəblər distant təhsilə keçir23.01.2026 - 14:25
Azərbaycan İdman Akademiyası “TələbəPlus”a qoşulub23.01.2026 - 14:13
“Cüdo məktəblərdə” layihəsinə start verilib23.01.2026 - 13:58
Azərbaycanda Brayl əlifbasında yeni kitablar nəşr olunub23.01.2026 - 13:49
“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb23.01.2026 - 13:35
Azərbaycan filmi Romada nümayiş olunub - FOTO23.01.2026 - 13:20
Milli Kitabxana tərəfindən Koha AKİS üzrə onlayn təlimlərə başlanılıb23.01.2026 - 13:09
Mədəniyyət naziri Ağsu rayonunda vətəndaşların müraciətini dinləyib - FOTO23.01.2026 - 12:55
DİM: 1074 taksi sürücüsü test imtahanından uğurla keçib23.01.2026 - 12:46
ADA Universitetində “Xarici Siyasət Proqramı”nı uğurla başa vuran diplomatlara sertifikatlar verilib - FOTO23.01.2026 - 12:34
Türkiyəli müəllim və şagirdlər BMU-da olublar23.01.2026 - 12:23
Azərbaycanlı tələbələr FAO və Macarıstan hökumətinin təqaüd proqramında iştirak edə bilərlər23.01.2026 - 11:57
Dilçilik İnstitutu Afad Qurbanovun elmi irsi ilə bağlı sessiya keçirib - FOTO23.01.2026 - 11:45
“Müasir türk dillərinin ikidilli lüğəti” çap olunub23.01.2026 - 11:32
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir23.01.2026 - 11:21
Naxçıvan məktəbliləri PISA beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak ediblər23.01.2026 - 11:10
Eksternat imtahanları ilk dəfə elektron qaydada keçiriləcək23.01.2026 - 10:57
Sabah hava necə olacaq? 23.01.2026 - 10:45
Metodist hazırlığı üçün MÜSABİQƏ KEÇİRİLİR23.01.2026 - 10:34
Böyük summativ qiymətləndirmələr davam edir23.01.2026 - 10:29
İctimai şura üzvləri LDU-da imtahanların gedişini izləyib - FOTO23.01.2026 - 10:18
Azərbaycan milli rəqs sənətinin görkəmli nümayəndəsi - Böyükağa Məmmədov23.01.2026 - 10:08
“Yüksəliş” müsabiqəsinin qalibləri üçün “Ədibin Evində Yüksəliş” silsilə görüşləri keçiriləcək23.01.2026 - 09:56
BANM məşğulluq göstəricisinə görə liderdir23.01.2026 - 09:49
MDU-da İqtisadiyyat kafedrasına yeni müdir seçilib23.01.2026 - 09:39
Arzu Əliyevanın doğum günüdür23.01.2026 - 09:27
Təhsil tələbə krediti üzrə müraciət tarixləri elan olunub23.01.2026 - 09:16