Təhsil 365 - Logo Mobile

Azərbaycanda Brayl əlifbasında yeni kitablar nəşr olunub

5423.01.2026 - 13:49
Azərbaycanda Brayl əlifbasında yeni kitablar nəşr olunub

Bu gün bp şirkəti Azərbaycanda inklüziv cəmiyyətin təşviqi, inklüziv təhsilin inkişafı və görmə məhdudiyyətli şəxslərin sosial inteqrasiyasının gücləndirilməsinə yönəlmiş sosial təşəbbüsün uğurla başa çatdığını elan edib.

Şirkətdən ”Tehsil365”ə verilən məlumata görə, layihədə əsas məqsəd ölkə üzrə 40 mindən çox görmə məhdudiyyətli insanın, o cümlədən təxminən 9000 uşağın mütaliə tələbatını qarşılamaq məqsədilə Brayl əlifbasında nəşr olunmuş Azərbaycan və xarici ədəbiyyat nümunələrindən ibarət müasir kitabxana yaratmaq olub.

Bu təşəbbüs müasir ədəbiyyat nümunələrini Azərbaycan dilində hazırlayaraq ölkənin mərkəzi kitabxanaları vasitəsilə oxuculara çatdırmaqla yanaşı, Brayl əlifbasında dayanıqlı mütaliə vərdişlərinin formalaşmasını dəstəkləyən dəyərli resurs bazasının yaradılması baxımından da çox əhəmiyyətlidir.

Layihə Azərbaycan və dünya ədəbiyyatından 19 seçmə əsərin Brayl əlifbasında nəşrini əhatə edir. Hər bir kitab ölkə üzrə görmə məhdudiyyətli insanların mütaliə ilə bağlı maraq və ehtiyacları nəzərə alınmaqla diqqətlə seçilib. Seçilmiş əsərlərin müəllifləri sırasında İsa Muğanna, Anar, Elçin, Sabir Əhmədli, Mövlud Süleymanlı, Çingiz Hüseynov, Kobo Abe, Henrix Heyne, Oskar Uayld, Əli Kərim, Vaqif Səmədoğlu və bir çox digər görkəmli yazıçı və şairlərin adları var.

Kitabların təqdimatı münasibətilə bu gün keçirilmiş tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Biz Azərbaycanda bilik, mədəniyyət və ədəbiyyatı görmə məhdudiyyətli minlərlə insan üçün daha əlçatan etməkdən qürur duyuruq. İnklüzivlik və bərabər imkanlar sosial investisiya strategiyamızın əsasını təşkil edir, bu layihə də icmalarda müsbət dəyişikliklər yaratmaq öhdəliyimizin daha bir nümunəsidir. Ədəbiyyatı Braylda nəşr edərək daha əlçatan etməklə, hamının ölkənin həm mədəni, həm də təhsil həyatında bərabər iştirakını dəstəkləmək və ana dilimizdə davamlı oxu mədəniyyətinin inkişafına töhfə vermək istəmişik. İnanırıq ki, bu layihə cəmiyyətimizin çoxsaylı həssas bir qrupu üçün faydalı olmaqla yanaşı, dəyərli təcrübənin yayılması baxımından da əhəmiyyətli bir sosial təşəbbüsdür”.

Layihənin ümumi dəyəri 133 min manat (78235 ABŞ dolları) təşkil edib. Bu məbləğə əsərlərin Brayl əlifbasında yığılması, redaktə və korrektəsi, eləcə də kitabların dizayn və səhifələmə işləri, habelə 19 adda nəşrin xüsusi kağızda çapı və cildlənməsi xərcləri daxildir. Hər biri 100 nüsxə olmaqla, 19 adda ümumilikdə 1900 kitab nəşr olunub.

Aydan Ələkbərova

Xəbər Lenti

Məktəblilər üçün hüquqi maarifləndirmə təlimləri keçirlib26.01.2026 - 09:04
Sabah hava necə olacaq? 26.01.2026 - 08:50
Oğuz turkcəsinin tarixi və leksik inkişafına fundamental töhfə26.01.2026 - 08:40
“Ssenaridə aktlar və keçidlər” adlı təlim keçirilib - FOTO26.01.2026 - 08:30
Milli İncəsənət Muzeyində yeni daimi ekspozisiyanın açılışı olub - FOTO26.01.2026 - 08:20
Bu gün tanınmış bəstəkar Musa Mirzəyevin anadan olmasından 93 il ötür26.01.2026 - 08:10
Növbəti tədris ilindən UNEC-də süni intellektli professor yardımçısı tətbiq olunacaq26.01.2026 - 07:55
Beynəlxalq konfransda Azərbaycanın arxeoloji irsində hun tapıntılarına dair məruzə dinlənilib - FOTO26.01.2026 - 07:43
Ötən həftə ərzində 9-u azyaşlı olmaqla 54 nəfər xilas edilib26.01.2026 - 07:31
“Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid Cavid Cabarzadənin həyatına həsr olunub - VİDEO26.01.2026 - 07:20
Güclü soyuqlamadan sonra düzgün isinməyin yolları26.01.2026 - 07:12
"WhatsApp" istifadəçilərini aldatmaqda ittiham olunur26.01.2026 - 07:01
ADU müəllimləri Özbəkistanda silsilə təlimlər keçirib - FOTO26.01.2026 - 06:50
NDU-da “Elektronika və proqramlaşdırma” sərgisinin iştirakçıları sertifikatla təltif olunub - FOTO26.01.2026 - 06:40
Aktyor Ədalət Əbdülsəmədin 60 illik yubileyi qeyd olunub
- FOTO26.01.2026 - 06:30
Azərbaycan Universitetinin 10 tələbəsi yaz semestrində xaricdə təhsil alacaq26.01.2026 - 06:20
Samuxda uşaq dəm qazından boğulub26.01.2026 - 06:10
Magistraturaya sənəd qəbulu bu gün yekunlaşır26.01.2026 - 05:56
Sabah 5 günlük tətil BAŞLAYIR26.01.2026 - 05:45
Bu gün hava necə olacaq? 26.01.2026 - 05:32
“Daşaltı əməliyyatı”ndan 34 il ötür26.01.2026 - 05:21
Bu gün Gürcüstan yazıçısı İvan Zurabişvilinin doğum günüdür26.01.2026 - 05:10
Bu gün Azərbaycan maarifçisi Firidun bəy Köçərlinin doğum günüdür26.01.2026 - 04:54
1990-cı il: Lənkəran hadisələri – Sovet qoşunları dinc əhaliyə divan tutub26.01.2026 - 04:43
2018-ci il: Cənubi Koreyanın Sejong xəstəxanasında yanğın baş verib26.01.2026 - 04:32
1956-cı il: VII Qış Olimpiya Oyunları Kortina-d’Ampezzo şəhərində keçirilib26.01.2026 - 04:20
1905-ci il: Dünyanın ən böyük almazı Kullinan aşkar olundu26.01.2026 - 04:11
1837-ci il: Miçiqan ABŞ-ın 26-cı ştatı oldu26.01.2026 - 03:59
Qaziantepdə zəlzələ olub25.01.2026 - 19:20
Bu gün Xalq artisti Eldost Bayramovun doğum günüdür25.01.2026 - 18:52
Laricaninin həkim qızı universitetdəki işindən qovuldu25.01.2026 - 16:40
Trampın xanımı öz həyatından bəhs edən filmi təqdim etdi25.01.2026 - 14:40
Küləklə bağlı - Xəbərdarlıq25.01.2026 - 12:50
Daşaltı əməliyyatından 34 il ötür25.01.2026 - 11:30
Yollar buz bağlayacaq25.01.2026 - 11:15
Tibbi-meteoroloji proqnoz açıqlanıb25.01.2026 - 10:55
Vakant inzibati vəzifələr üzrə daxili müsahibə elan edilib25.01.2026 - 10:45
Tehsil365" İnformasiya Agentliyi 4-cü Könüllülük Proqramına start verir25.01.2026 - 10:39
Aktrisa Məsumə Babayeva dəfn edildi25.01.2026 - 10:20
"Yeni Sabah" xəbər portalının fəaliyyətə başlamasından 7 il ötür25.01.2026 - 08:56
Sabah 12 dərəcə şaxta olacaq25.01.2026 - 08:43
BSU Bank Respublikanın əməkdaşları üçün “İnklüziv bankçılıq” mövzusunda peşəkar inkişaf təlimi keçirib - FOTOLAR25.01.2026 - 08:25
Xalq şairi Mirvarid Dilbazinin vəfatının 25 illiyi ilə əlaqədar silsilə tədbirlər təşkil olunacaq - FOTO25.01.2026 - 08:10
Bakı Slavyan Universitetində əməkhaqqı sistemi ilə bağlı yenilik25.01.2026 - 07:55
Məktəblilərin qış tətili başlayır25.01.2026 - 07:38
Azərbaycandan Ermənistana köçən yazıçının kimliyi açıqlandı25.01.2026 - 07:26
İllər əvvəlin Leyla və Arzusu... - Fotolar25.01.2026 - 07:11
Sabah hava necə olacaq?25.01.2026 - 07:00