Təhsil 365 - Logo Mobile

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib - FOTO

7024.01.2026 - 10:31
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan “Tehsil365"ə bildirilib ki, əvvəlcə AMEA-nın Kimya Elmləri Bölməsi (KEB) və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2025-ci il nailiyyətlərini əks etdirən sərgi təqdim olunub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Kimya Elmləri Bölməsinin optimallaşma və struktur islahatları çərçivəsində keyfiyyətcə yeni inkişaf mərhələsində olduğunu bildirib, Elm və Təhsil Nazirliyinin fəaliyyətini və innovativ idarəetmə yanaşmalarını yüksək qiymətləndirib.

Bildirilib ki, tədqiqatlar 2021–2025-ci illər üçün prioritet istiqamətlərə və dövlət proqramlarına uyğun aparılıb. Hesabat ilində 12 problem, 41 mövzu və 110 iş üzrə araşdırmalar həyata keçirilib; 505 məqalə dərc olunub, 263-ü xarici nəşrlərdə çap edilib, 7300-dən çox istinad alıb. Həmçinin 47 kitab və monoqrafiya nəşr olunub, 184 məqalə Scopus-da, 104 məqalə “Web of Science”də indeksləşib, 49 patent əldə olunub. Rəyasət Heyəti bölmənin fəaliyyətini məqbul hesab edib və tədqiqatların “Rəqəmsal İnkişaf Konsepsiyası” və “Süni İntellekt Strategiyası”na uyğun genişləndirilməsini, mineral ehtiyatlardan səmərəli istifadə, “yaşıl artım”, müdafiə və innovativ polimer materiallar, sənaye tullantılarının təmizlənməsi və dərman maddələrinin effektivliyinin artırılmasına üstünlük verilməsini tapşırıb. Gənclərin elmə cəlb olunması və kimya elminin populyarlaşdırılması da prioritet elan olunub.

Daha sonra “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2025-ci il üzrə fəaliyyəti barədə hesabat dinlənilib. Direktor müavini professor Şaiq İbrahimov bildirib ki, əsas diqqət Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Ensiklopediyası” və Azərbaycan Milli Ensiklopediyasının növbəti cildlərinə yönəldilib. Ensiklopediyada Ümummilli Liderin dövlət quruculuğu, Konstitusiyanın hazırlanması, ordu və milli təhlükəsizlik, sosial-iqtisadi inkişaf, təhsil, elm, mədəniyyət və beynəlxalq əlaqələrdə fəaliyyəti əhatə olunacaq. Hazırda 800-ə yaxın məqalənin ilkin variantı hazırlanıb, 300-dən çoxu redaktə olunub.

Eyni zamanda, 2025-ci ildə Azərbaycan Milli Ensiklopediyasının 600 səhifəlik 11-ci cildi çapdan çıxıb. Bundan başqa, 12-ci cild üçün məqalələrin ilkin variantları hazırlanaraq müvafiq elmi-ədəbi nəzarət və biblioqrafiya redaksiyalarına təqdim edilib. Hesabat ili ərzində növbəti cildlər üçün ümumilikdə 2313 məqalə hazırlanıb, onlardan 1367-si yoxlanılaraq redaktə edilib.

Məruzənin dinlənildikdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2025-ci il üzrə fəaliyyəti məqbul hesab edilib və müvafiq qərar qəbul olunub.

İclasda təqdim olunan hesabatlar ətrafında çıxış olub. Çıxışçılar beynəlxalq standartlara uyğun qiymətləndirmə, reytinq və istinad göstəricilərinin artırılması, yüksək nəticə göstərən tədqiqatçıların stimullaşdırılması və mükafatlandırılması, süni intellekt texnologiyalarının tətbiqi, elmi statistikanın müasir metodlarla hazırlanması və beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıblar.

Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Kimya Elmlər Bölməsinin və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.

İclasın yekununda çıxış edən İ.Həbibbəyli çıxışında AMEA-da hesabatların yeni elmi-metodoloji standartlara uyğun keçirildiyini, elmdə keyfiyyət və səmərəliliyin artırılması məqsədilə hesabatların müasir meyarlara uyğunlaşdırılmasının əsas tələblərdən biri kimi müəyyənləşdirilib.

Aydan Ələkbərova

Xəbər Lenti

“Vogue” bu ilin əsas yaz rənglərini açıqladı24.01.2026 - 11:35
149 milyondan çox insanın məlumatları internetə sızdırılıb24.01.2026 - 11:20
Küçədə yaşayan ana və uşağın görüntüləri yayıldı24.01.2026 - 10:54
Direktor və direktor müavinləri üçün ixtisas istiqamətləri üzrə test imtahanı keçirilib24.01.2026 - 10:42
Respublika Gözdən Əlillər Kitabxanasında Giya Paçxataşvilinin 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO24.01.2026 - 10:20
BSU-da differensial əmək haqqı sistemi tətbiq olunur - FOTOLAR24.01.2026 - 10:10
Elim və Təhsil Nazirliyindən 24 yanvar – Beynəlxalq Təhsil Günü ilə bağlı PAYLAŞIM 24.01.2026 - 09:58
Türkiyədə zəlzələ olub24.01.2026 - 09:43
AMEA-nın Kimya Elmləri Bölməsi azad edilmiş ərazilərin mineral xammal ehtiyatları barədə araşdırma aparacaq24.01.2026 - 09:30
Sabah hava necə olacaq? 24.01.2026 - 09:20
24 yanvar – Beynəlxalq Təhsil Günüdür24.01.2026 - 09:10
Ümumi təhsil müəssisələrində qış tətilinin vaxtı açıqlanıb24.01.2026 - 08:57
DYP-dən xəbərdarlıq24.01.2026 - 08:45
Yutubda inqilabi dəyişiklik - “Rəqəmsal əkizinizi” yarada biləcəksiniz24.01.2026 - 08:32
3-cü dəfə “Eurovision”a qatılır - VİDEO24.01.2026 - 08:21
Ağcabədidə şahmat müəllimi ÖLDÜ - FOTO24.01.2026 - 08:10
UNEC müəllimləri üçün təlim təşkil EDİB24.01.2026 - 08:00
Beş il əvvəl açılan bağça sıradan çıxıb24.01.2026 - 07:49
Bu gün hava necə olacaq?24.01.2026 - 07:39
Məktəblərdə yeni qiymətləndirmə modeli - Nələr dəyişəcək?24.01.2026 - 07:32
Gündəlik kitab oxumaq zehni gücləndirir və stressi azaldır24.01.2026 - 07:14
Azərbaycanın ilk qadın jurnalist-şəhidi Salatın Əsgərova24.01.2026 - 07:01
Bəzi ərazilərdə şaxta olacaq - 24.01.202624.01.2026 - 06:47
Bu gün görkəmli ədəbiyyatşünas alim Məmmədkazım Ələkbərlinin doğum günüdür24.01.2026 - 06:31
Cio Kristofoli: "BP Azərbaycanın mədəni irsinin tanıdılması istiqamətində işləri davam etdirəcək"24.01.2026 - 06:16
"Yüksələn işıq": Heydər Əliyev Beynəlxalq Aeroportunda Reza Deqatinin fotosərgsi açılıb24.01.2026 - 06:00
Gündə 20 dəqiqə ilə xərçəng riskini necə azaltmaq olar?24.01.2026 - 05:46
Yeni Klinikada ilk robotik cərrahi əməliyyat icra olunub24.01.2026 - 05:31
BSU bank əməkdaşları üçün inklüziv yanaşma üzrə peşəkar inkişaf təlimi keçirəcək24.01.2026 - 05:24
131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verilib24.01.2026 - 05:14
Xaricdə təhsil alanların ölkəyə verdiyi töhfə ciddi təhlil olunmalıdır – Deputat24.01.2026 - 04:59
“Süni intellekt 5 il sonra bəşəriyyətdən daha ağıllı olacaq”24.01.2026 - 04:44
Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olub 24.01.2026 - 04:30
“Karmen. Xosenin hekayəsi” tamaşasının premyerası olub24.01.2026 - 04:14
İKTA: "Vaxtında uçota durmayan internet provayderi cərimələnib"24.01.2026 - 04:02
“Mübarizlərin mirası” intellektual turniri uğurla başa çatdı - FOTOLAR23.01.2026 - 16:53
"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi23.01.2026 - 16:39
Universitetlərdə tələbə–müəllim münasibətləri - ARAŞDIRMA23.01.2026 - 16:28
Səhər yeməyinin məktəblilərin diqqətinə və yaddaşına təsiri - ARAŞDIRMA23.01.2026 - 16:15
Şirvan-Salyan RTİ üzrə böyük summativ qiymətləndirmələr rəqəmsal formada keçirilib - FOTOLAR23.01.2026 - 15:59
Kitabxanaçı vəzifələrinə işə qəbul üçün test imtahanı keçirilib - FOTO23.01.2026 - 15:47
Bu gecə səma üzümüzə güləcək23.01.2026 - 15:36
270 nömrəli məktəbin X sinif şagirdləri üçün BDU-da infosessiya keçirilib - FOTO23.01.2026 - 15:22
ADU-nun dosenti Şahismayıl İsmayılov AMEA Prezidentinin Təşəkkürnaməsi ilə təltif olunub - FOTO23.01.2026 - 15:12
ADU-nun baş müəllimi Nailə Hüseynova “Ayın müəllimi” adına layiq görülüb - FOTO23.01.2026 - 15:00
İllər əvvəlin Leyla və Arzusu... - FOTOLAR23.01.2026 - 14:48
131 direktor müsbət rəy alıb - Nəticələr açıqlandı23.01.2026 - 14:37