Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili başlayacaq.
“Tehsil365” Axşam.az-a istinadən xəbər verir ki, tətil günləri Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq qərarına əsasən müəyyənləşib.
Bildirilib ki, tətil 27–31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək.
Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Qeyd edək ki, 5 günlük və 6 günlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonrakı ilk dərs günü 2 fevral 2026-cı il tarixidir

