Tarixdə bu gün, 1990-cı ilin yanvar ayının 25-dən 26-na keçən gecə, saat 23:00-da, Lənkəran şəhərində ciddi hadisələr baş verib.
“Tehsil365"in məlumatına görə, o vaxt keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən şəhərə daxil olaraq dinc əhaliyə divan tutublar. Hadisələr nəticəsində çoxsaylı itkilər və dağıntılar qeydə alınıb.
Lənkəran hadisələri Azərbaycanın müstəqillik yolunda yaşadığı ağır sınaqlardan biri kimi tarixdə qalmaqda davam edir və bu gün də milli yaddaşda böyük iz buraxıb.

