Təhsil 365 - Logo Mobile

“Daşaltı əməliyyatı”ndan 34 il ötür

9126.01.2026 - 05:21
“Daşaltı əməliyyatı”ndan 34 il ötür

Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən “Daşaltı əməliyyatı”ndan 34 il ötür.

“Tehsil365” xatırladır ki, əməliyyat Şuşanın Daşaltı kəndinin azad olunması məqsədilə 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.

Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub.

Daşaltıya daxil olan taqım ermənilərin pusqusuna düşüb. Digər taqımlar da itki verərək geri çəkiliblər. Azərbaycan Ordusu uğursuz əməliyyatda 90 nəfər itki verib, Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini olan polkovnik-leytenant Riad Əhmədov isə itkin düşüb. Onun taleyindən bu günədək heç bir məlumat yoxdur. Ermənilər də xeyli itki verib, əməliyyat zamanı düşmənin 80 döyüşçüsü məhv edilib.

2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar azad olunub. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu düşməni Qarabağdan qovub. Azərbaycan əsgərinin sərrast atəşi nəticəsində hər gün xeyli sayda canlı qüvvə və texnika itkisi ilə üzləşən erməni silahlı qüvvələri çıxış yolunu geri çəkilməkdə görüblər.

2020-ci ilin noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib.

Bununla da 28 ildən sonra “Daşaltı əməliyyatı”nın qisası alınıb. Ermənistan rəsmilərinin indiyədək olan məlumatına əsasən, Qarabağda gedən döyüşlərdə məğlubiyyətə uğradılan erməni ordusunun itkilərinin sayı 3.500-dən çoxdur.

Aydan Ələkbərova

Xəbər Lenti

BMU-da yaz semestri başlayıb - FOTO16.02.2026 - 10:20
Eksternat imtahanlarında 1 282 nəfər müsbət nəticə göstərib16.02.2026 - 10:10
“Onlayn dərslər əyani təhsili əvəz edə bilməz” – Təhsil eksperti Elçin Süleymanov16.02.2026 - 09:55
Beyin fəaliyyətindəki fərqlər uşaqların riyaziyyat performansını təsir edir16.02.2026 - 09:43
Universitetlərə qəbul imtahanı üçün qeydiyyat başlayır16.02.2026 - 09:30
Təhsil, innovasiya və dayanıqlılıq eyni platformada: 29 ali təhsil müəssisəsi Mingəçevir Dövlət Universitetinin keyfiyyət forumunda16.02.2026 - 09:17
Dövlət Proqramına sənəd qəbulu bu tarixdə başlayır16.02.2026 - 09:06
Dumanlı hava 2 gün davam edəcək 16.02.2026 - 08:54
Magistraturaya qəbulun nəticələri sabah açıqlanacaq? - DİM-dən cavab16.02.2026 - 08:43
Tel-Əviv və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub16.02.2026 - 08:30
Ali məktəblərdə yaz semestri başladı16.02.2026 - 08:21
Ramazanda məktəblilər məscidlərə aparılacaq16.02.2026 - 08:09
Həkimlər xəbərdarlıq edir: Çayı belə içmək olmaz16.02.2026 - 07:57
Yuxuda arıqlamağın sirri: Niyə saat 23:00-dan tez yatmaq vacibdir?16.02.2026 - 07:46
Evdə ayaqyalın gəzənlərdə bu xəstəlik olur16.02.2026 - 07:37
120 milyon illik vulkanik sirr üzə çıxdı16.02.2026 - 07:26
Bu gün 20 dərəcə isti olacaq16.02.2026 - 07:13
Gəncədə tələbə qızlar dəm qazından zəhərləndilər16.02.2026 - 07:02
San Fransisko müəllimlərinin tətili başa çatdı16.02.2026 - 06:54
İngiltərədə məktəblər üçün yeni gender rəhbərliyi açıqlanıb16.02.2026 - 06:36
İmtahan stressi gənc yaşda depressiya riskini artırır – tədqiqat16.02.2026 - 06:18
Milli Qəhrəman İbrahim Məmmədovun xatirəsi anılır16.02.2026 - 06:00
Milli Qəhrəman Səfəralı Məmmədovun xatirəsi anılır16.02.2026 - 05:42
Şahmar Qəriblinin xatirəsi anılır16.02.2026 - 05:18
Hüseynqulu Sarabskinin xatirəsi anılır16.02.2026 - 05:06
Zivər bəy Əhmədbəyovun xatirəsi anılır16.02.2026 - 04:54
Lorenso Sotomayorun doğum günü qeyd olunur16.02.2026 - 04:36
Görkəmli şair və alim Həkim Qəninin anım günü qeyd olunur16.02.2026 - 04:18
Akademik Şamil Əbdürrəhim oğlu Əzizbəyovun anım günü qeyd olunur16.02.2026 - 04:00
Misirdə 10 min illik sirr üzə çıxdı: Tarixə işıq salan nəhəng kəşf15.02.2026 - 19:45
Rumıniya, Ukrayna və Moldova kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək15.02.2026 - 19:30
Açıq tipli sualların artırılması şagirdlərin nəticələrinə necə təsir göstərir? – Ekspert açıqladı15.02.2026 - 19:20
Bu qidaları soyuducuya qoymayın15.02.2026 - 19:15
Azərbaycan çempionatı: Üç şahmatçı yarımfinala yüksəlib15.02.2026 - 19:05
WUF13: Əlçatanlıq prinsipləri əsas prioritetlərdən biri kimi nəzərə alınıb15.02.2026 - 19:00
Belqradın ən hündür binasında Azərbaycan bayrağı əks olundu15.02.2026 - 18:50
Gənc əsgərlərin andiçmə mərasimləri keçirildi15.02.2026 - 18:30
Doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil fənni üzrə fəlsəfə doktoru imtahanı keçirilib15.02.2026 - 18:15
“Firuzə” konsert-tamaşasının premyerası olub15.02.2026 - 18:05
Nabat Mirzəyeva: “Psixoloq etikası sərhədlərin qorunmasını tələb edir” 15.02.2026 - 17:57
Həftənin ilk günü 20 dərəcə isti olacaq 15.02.2026 - 17:50
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq15.02.2026 - 17:35
Həzm sistemini öldürən vərdişlər...15.02.2026 - 17:33
WUF13-ə hazırlıqla bağlı suallar cavablandırılıb15.02.2026 - 17:25
Parisdə “ART CAPITAL 2026” sərgisində azərbaycanlı rəssamın əsəri nümayiş olunub15.02.2026 - 17:20
“Hüquqla Güclən!” layihəsi gənclərin hüquqi savadlılığını artırır15.02.2026 - 17:15
Pentaqon süni intellekt şirkətini əməkdaşlığı dayandırmaqla hədələyir15.02.2026 - 17:05
Sabahdan DİM-də imtahan materiallarının emalına başlanılacaq15.02.2026 - 17:00