Təhsil 365 - Logo Mobile

Azərbaycan Universitetinin 10 tələbəsi yaz semestrində xaricdə təhsil alacaq

8326.01.2026 - 06:20
Azərbaycan Universitetinin 10 tələbəsi yaz semestrində xaricdə təhsil alacaq

Azərbaycan Universitetinin 10 tələbəsi təhsilini beynəlxalq ikili diplom proqramı, o cümlədən universitetlərarası mübadilə proqramı çərçivəsində Türkiyə, İtaliya və Almaniya universitetlərində davam etdirmək hüququ əldə edib.

“Tehsil365" xəbər verir ki, 7 bakalavriat və 3 magistratura tələbəsi universitetin beynəlmiləlləşmə strategiyasına uyğun olaraq 2025/2026-cı tədris ilinin yaz semestrini xarici tərəfdaş universitetlərdə oxuyacaq, həmçinin istehsalat təcrübəsində iştirak edəcəklər. Bütün tələbələr təqaüdlə təmin olunacaqlar.

MBA Proqramının tədrisi ingilis dilində aparılan Marketinq istiqaməti üzrə II kurs tələbəsi İlqar Məmmədov İtaliyanın Tuscia Universiteti ilə birgə həyata keçirilən Beynəlxalq İkili Diplom Proqramına seçilən ikinci tələbə olaraq təhsilinə bu ölkədə davam edəcək. İlqar Məmmədova təhsil proqramını uğurla başa vuracağı təqdirdə müvafiq ixtisas üzrə magistr dərəcəsi veriləcək, ona Azərbaycan və Tuscia universitetlərinin diplomları təqdim olunacaq.

MBA Proqramının tədrisi ingilis dilində aparılan Marketinq istiqaməti üzrə digər II kurs magistratura tələbəsi Fariz Şükürov isə universitetlərarası mübadilə proqramı çərçivəsində Almaniyanın Koblenz Universitetində oxuyacaq. Bakalavriat tələbəsi Səttar İsmayılov da payız semestrində təhsilini bu universitdə davam etdirəcək. O, menecment ixtisasında oxuyur və II kurs tələbəsidir.

İnformasiya təhlükəsizliyi ixtisası üzrə III kurs tələbəsi Nurcan Seydaliyeva və Beynəlxalq münasibətlər ixtisası üzrə III kurs tələbəsi Natella Saadova İtaliyanın Sapienza Universitetində, Marketinq ixtisası üzrə III kurs tələbəsi Nurcan İsmayılova isə Türkiyənin Kastamonu universitetinə yola düşməyə hazırlaşırlar.

Onlar təhsillərini universitetlərarası mübadilə proqramı çərçivəsində bu universitetlərdə davam etdirəcəklər. Təhsilini Türkiyədə davam etdirmək hüququ əldə edən tələbələrdən biri də Arkan Adışlıdır. O, İqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə magistratura I kurs tələbəsidir və yaz semestrini Anadolu Universitetində oxuyacaq.

İnformasiya təhlükəsizliyi ixtisası üzrə IV kurs tələbələri Yunis Bədəlov və Nihad Əliyev, Politologiya ixtisası üzrə IV kurs tələbəsi Səbinə Cəlilova istehsalat təcrübəsini Türkiyənin Necmeddin Erbakan Universitetində keçəcəklər. Təcrübə dövründə tələbələr universitetin müvafiq fakültə və struktur bölmələrində akademik və praktiki fəaliyyətlərdə iştirak edəcəklər. Beynəlxalq təcrübə mərhələsi başa çatdıqdan sonra tələbələr əldə etdikləri bilik və bacarıqları tətbiq etmək məqsədilə istehsalat təcrübəsinə yerli müəssisələrdə davam edəcəklər.

Bu mərhələ beynəlxalq təcrübənin yerli peşə mühitinə inteqrasiyasına xidmət edəcək. Beynəlxalq İkili Diplom Proqramı məzunların beynəlxalq səviyyədə tanınan iki diplom əldə etməsini təmin etməklə onların qlobal əmək bazarında imkanlarını əhəmiyyətli dərəcədə artırır. Mübadilə proqramında iştirak edən tələbələr fərqli akademik yanaşmalar və tədris metodları ilə tanış olurlar. Bu proses onların xarici dil bacarıqlarının təkmilləşməsinə, dünyagörüşlərinin genişlənməsinə şərait yaradır, müstəqil düşünmə, uyğunlaşma və beynəlxalq təhsil mühitində fəaliyyət göstərmə bacarıqlarını inkişaf etdirir. Ölkə xaricində real iş mühitində istehsalat təcrübəsi keçmək isə gələcək karyera planlamasına mühüm töhfə verir.

Aydan Ələkbərova

Xəbər Lenti

ADU müəllimləri Psixologiya Elmi-Tədqiqat İnstitutunun ixtisasartırma təlimində iştirak ediblər 27.01.2026 - 15:21
ADU-da EKİXM-in 2021–2025-ci illəri əhatə edən illik hesabatı təqdim olunub - FOTO27.01.2026 - 15:04
AMEA-nın İctimai Elmlər Bölməsi ötənilki fəaliyyətinə dair hesabat verib - FOTO27.01.2026 - 14:49
Gələn ildən XI siniflər xarici dildən yeni modeldə imtahan verəcəklər - DİM27.01.2026 - 14:38
Əməkdar məşqçi vəfat etdi27.01.2026 - 14:25
“Dezinformasiya kampaniyası internetin rusdilli seqmentindən qaynaqlanır”27.01.2026 - 14:14
Qarabağ Universitetinin tələbələri imtahanda - Reportaj27.01.2026 - 14:01
“Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim ediləcək27.01.2026 - 13:48
Azərbaycan Omanda beynəlxalq forumda təmsil olunub - FOTO27.01.2026 - 13:35
Mədəniyyət Nazirliyi: Azərbaycanda dövlət teatrlarının idarəetmə sistemində əsaslı islahatlara başlanılıb27.01.2026 - 13:24
Teatrlarda bədii rəhbər vəzifələrində çalışan şəxslər yeni struktur çərçivəsində fəaliyyətlərini davam etdirə bilər27.01.2026 - 13:13
Görkəmli kinorejissor Eldar Quliyevin anadan olmasının 85 illiyi qeyd ediləcək27.01.2026 - 12:58
Milli Kitabxanada İsmayıl bəy Qutqaşınlı və Sara Aşurbəyliyə həsr olunmuş kitab sərgiləri açılıb27.01.2026 - 12:47
Kitabxanada İsmayıl bəy Qutqaşınlı haqqında silsilə materiallar hazırlanıb27.01.2026 - 12:36
Dövlət Uşaq Filarmoniyasında Yusif Axundzadənin 80 illik yubileyi qeyd olunacaq27.01.2026 - 12:23
Uşaq Filarmoniyasında konsert - Andersen nağıllarının sehrində musiqili səyahət27.01.2026 - 12:11
Bu gün aşıq Ədalət Nəsibovun doğum günüdür - FOTO27.01.2026 - 11:55
Gənclər Kitabxanasında Əməkdar elm xadimi Sara Aşurbəylinin xatirəsi anılıb27.01.2026 - 11:43
ADAU-da diferensial əmək haqqı sistemi tətbiq olunacaq27.01.2026 - 11:30
“Korporativ elektron kitabxana sistemlərinin nəzəri əsasları” kitabı nəşr olunub27.01.2026 - 11:18
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Pakistanın MUSLİM İnstitutu ilə əməkdaşlıq edəcək - FOTO27.01.2026 - 11:07
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək27.01.2026 - 10:50
Füzuli yaradıcılığına yeni baxış: Azərbaycan ədəbi dilinin linqvopoetik zirvəsi27.01.2026 - 10:37
Münxen Texniki Universiteti BANM ilə əməkdaşlığa maraq göstərir27.01.2026 - 10:25
Kimya İnstitutunda WUF 13-ə həsr olunan maarifləndirici seminarı keçirilib27.01.2026 - 10:12
Türkiyə universitetlərinə 2026-cı il üzrə təqaüd müraciətləri davam edir27.01.2026 - 10:00
Tarixçi alim Həsən Həsənovla görüşü keçirilib - FOTO27.01.2026 - 09:48
BMU əməkdaşının məqaləsi Q1 kateqoriyalı beynəlxalq elmi jurnalda dərc olunub27.01.2026 - 09:36
Məktəb direktorları üçün təlimlərə başlanılıb - FOTO27.01.2026 - 09:24
BMU-da yeni kompüter laboratoriyası istifadəyə verilib27.01.2026 - 09:10
Buraxılış imtahanlarında yeni model tətbiq ediləcək27.01.2026 - 08:59
Uşaq hüquqları ilə bağlı yeni qanun layihəsi hazırlanıb27.01.2026 - 08:47
ADNSU ilə ODTU arasında əməkdaşlıq imkanları müzakirə edilib - FOTO27.01.2026 - 08:35
“Zəfərdən təhsilə”: Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbi27.01.2026 - 08:20
Keçmiş təhsil naziri Rusiyada diplomatik nümayəndə təyin edilib27.01.2026 - 08:09
AzMİU-da astronavtika konqresi ilə bağlı infosessiya keçirilib - FOTO27.01.2026 - 07:58
Taksi və beynəlxalq yük sürücülərinin imtahan qeydiyyatı başladı27.01.2026 - 07:45
Sabah hava necə olacaq? 27.01.2026 - 07:34
Emin Əmrullayevin fevralda vətəndaş qəbulu keçirəcək27.01.2026 - 07:21
Azərbaycan Keniyadakı məktəbə humanitar yardım göndərib27.01.2026 - 07:10
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib - FOTO27.01.2026 - 06:57
Azərbaycan və Özbəkistan arasında birgə elm müsabiqəsi elan edilir27.01.2026 - 06:45
23 min nəfər magistraturaya qeydiyyatdan keçib27.01.2026 - 06:32
Məktəblilərin qış tətili başladı27.01.2026 - 06:20
Bu gün hava necə olacaq? 27.01.2026 - 06:10
“Tehsil365” İnformasiya Agentliyinə yeni icraçı direktor təyin olunub - FOTO27.01.2026 - 05:59
Bu gündən məktəblərdə qış tətili başlayır 27.01.2026 - 05:47
Məhəbbət Kazımovun anım günüdür 27.01.2026 - 05:35