Təhsil 365 - Logo Mobile

“Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid Cavid Cabarzadənin həyatına həsr olunub - VİDEO

11226.01.2026 - 07:20
“Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid Cavid Cabarzadənin həyatına həsr olunub - VİDEO

“Tehsil365” İnformasiya Agentliyinin layihəsi olan “Şəhidin səsi” proqramının növbəti buraxılışı Vətən müharibəsi şəhidi Cabarzadə Cavid Qorxmaz oğlunun həyat və döyüş yoluna həsr olunub. Buraxılış bu gün, saat 18:00-da yayımlanacaq.

“Tehsil365" xəbər verir ki, Cabarzadə Cavid Qorxmaz oğlu 1997-ci il avqustun 10-da Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsində anadan olub. O, 2003-cü ildə birinci sinfə başlayıb, 2014-cü ildə orta təhsilini başa vurub. Bununla yanaşı, musiqiyə xüsusi maraq göstərən Cavid musiqi məktəbinin tar sinfini bitirib. İdman sahəsinə də böyük həvəsi olan şəhidimiz qədim idman növü sayılan kamandan oxatma ilə məşğul olub.

Cavid Cabarzadə 2015-ci ildə hərbi xidmətə yollanaraq kəşfiyyatçı-snayper ixtisasına yiyələnib. 2016-cı ilin Aprel döyüşlərində, Lələtəpənin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, düşmənin canlı qüvvə və texnikasının məhv edilməsində fərqlənib. 2017-ci ildə hərbi xidmətini başa vurub.

2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra Cavid Cabarzadə ailəsinə xəbər vermədən könüllü şəkildə yenidən ordu sıralarına yazılıb. O, sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun əsgəri kimi döyüşlərə qatılıb.

Şəhidimiz Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Cabarzadə 2020-ci il oktyabrın 24-də Füzuli–Xocavənd istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. O, noyabrın 5-də II Fəxri Xiyabanda dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Cavid Cabarzadə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları, həmçinin döyüşlərdə göstərdiyi şücaətə görə III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, bu buraxılışın aparıcısı “Tehsil365” İnformasiya Agentliyinin “Könüllü müxbir” layihəsində könüllü müxbir kimi iştirak edərək məzun olan Nərminə Eyyubovadır. Proqramda Cavid Cabarzadənin həyat yolu, vətənpərvərliyi və döyüş şücaəti geniş şəkildə işıqlandırılacaq.

Aydan Ələkbərova

Xəbər Lenti

NDU-da yeni dərslik təqdimatı04.11.2026 - 19:07
NDU-da şəhid idmançılara monoqrafiya04.11.2026 - 19:02
Rektor Avropa dilləri kafedrasında04.11.2026 - 18:48
ADU-da Orhun tələbələri ilə görüş04.11.2026 - 18:45
ADU-da elmi seminar keçirilib04.11.2026 - 18:38
ADNSU-da “Avia Talks” davam edir04.11.2026 - 18:32
ADNSU tələbələri beynəlxalq olimpiadada04.11.2026 - 18:27
ADNSU-da “Zəfər Kuboku 2026” futbol turniri keçirilib04.11.2026 - 18:24
ADNSU-da Məzun-tələbə mentorluq proqramının birinci mərhələsi başa çatıb04.11.2026 - 18:18
“Elm və həyat” elmi jurnalının növbəti sayı təqdim olundu04.11.2026 - 17:49
AMEA-da “Ədəbi proses – 2025” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib04.11.2026 - 17:42
Biologiya dərsliklərinə nanotexnologiya və müasir biotexnologiya mövzuları daxil edilib04.11.2026 - 17:34
Sumqayıt Dövlət Universitetində hüquq və tibb ixtisasları açıla bilər04.11.2026 - 17:34
AMEA-da dünya şöhrətli fotoqraf Reza Deqatinin kitablarının təqdimatı keçirilib04.11.2026 - 17:30
Qazaxıstanlı alimlər üçün Azərbaycanda təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 17:29
Bakıda Türk Dünyası Animasiya Gününün keçirilƏcək04.11.2026 - 17:27
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək04.11.2026 - 17:20
Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib04.11.2026 - 17:18
150 məktəbə şagird sayına görə maliyyə ayrılacaq04.11.2026 - 17:15
Bakıda tələbə bıçaqlandı – Saxlanılan var04.11.2026 - 17:10
ADU-nun daha bir əməkdaşına dosent elmi adı verilib04.11.2026 - 17:10
Bu universitetdə müəllimlərin maaşı artırıldı04.11.2026 - 17:06
ADU-nun doktorantları üçün elmi tədqiqat metodları müzakirə olunub04.11.2026 - 17:05
Müəllimlərin maaşına verilən 10 və 35 faizlik əlavələr dəyişə bilər04.11.2026 - 17:00
Prezidentin adından saxta fikirlər yayılır – Media və Yayım Şurası04.11.2026 - 17:00
Bağça müəllimlərinin peşəkarlığı 4 istiqamət üzrə qiymətləndiriləcək04.11.2026 - 16:50
Universitetlərdə süni intellekt dövrünün yeni təhlükələri müzakirə olunub04.11.2026 - 16:40
“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır04.11.2026 - 16:30
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli: "Şəxsi və bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın, şübhəli zəng və mesajlara reaksiya verməyin"04.11.2026 - 16:03
Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub04.11.2026 - 15:22
Rasif Bağırov: “Sosial şəbəkələrdə həkim adı ilə verilən məsləhətlərə ehtiyatla yanaşmaq lazımdır”04.11.2026 - 15:19
Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur04.11.2026 - 14:57
Zəfər tariximiz – qürur salnaməmiz04.11.2026 - 14:55
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub04.11.2026 - 14:52
Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb04.11.2026 - 14:50
Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub04.11.2026 - 14:44
Uşaqların Zəfər Gününə töhfəsi: “Mənim Zəfərim”04.11.2026 - 14:41
Təhsil kreditlərinin 69 faizi bakalavrların payına düşüb04.11.2026 - 14:37
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur04.11.2026 - 14:34
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq04.11.2026 - 14:32
150 məktəbə şagird sayına görə pul ayrılacaq04.11.2026 - 14:30
DP İdarəetmə Qrupu Çinin aparıcı universitetlərində görüşlər keçirib04.11.2026 - 14:28
Müəllimlərin işə qəbul qaydaları dəyişə bilər04.11.2026 - 14:24
Azərbaycan Universitetində qazaxıstanlı alimlər üçün təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 14:20
MİQ-də ehtiyatda qalan namizədlərə şans04.11.2026 - 13:57
Küləklə bağlı xəbərdarlıq edilib04.11.2026 - 13:56
Noyabrın 9-a qədər yağış yağacaq04.11.2026 - 13:23
Tələbə kreditinə ən çox bakalavrlar üz tutur 04.11.2026 - 13:20