İndoneziyanın Universitas Muhammadiyah Purwokerto (UMP) ali təhsil müəssisəsi 2026–2027-ci tədris ili üzrə bakalavriat və magistratura səviyyələrində beynəlxalq tələbələr üçün təqaüd proqramı elan edib.
“Tehsil365” xəbər verir ki, təqaüd proqramı İndoneziyada ali təhsil almaq istəyən xarici tələbələr üçün nəzərdə tutulub və tələbələrə akademik biliklərlə yanaşı beynəlxalq təcrübə qazanmaq imkanı yaradır.
Proqrama müraciət üçün son qeydiyyat tarixi 31 yanvar 2026-cı il müəyyən edilib.
Təqaüdün şərtləri, tələb olunan sənədlər, eləcə də müraciət qaydaları ilə bağlı ətraflı məlumat aşağıdakı rəsmi keçidlərdə təqdim olunur:
Universitas Muhammadiyah Purwokerto:
https://international.ump.ac.id/knb-scholarship/
KNB Təqaüd Proqramının rəsmi platforması:
https://knb.kemdiktisaintek.go.id/
Qeyd edək ki, bu təqaüd proqramı beynəlxalq tələbələrin İndoneziyanın aparıcı ali təhsil müəssisələrində keyfiyyətli təhsil almalarını təşviq edir.

