Təhsil 365 - Logo Mobile

Xəzər Universitetinin filologiya tələbələrinin AMEA Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsi başa çatıb

9326.01.2026 - 09:29
Xəzər Universitetinin filologiya tələbələrinin AMEA Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsi başa çatıb

Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin Filologiya ixtisası üzrə IV kurs tələbələrinin AMEA Folklor İnstitutunda keçdikləri elmi-tədqiqat təcrübəsi yekunlaşıb.

“Tehsil365” xəbər verir ki, təcrübə çərçivəsində tələbələr oktyabr–dekabr ayları ərzində institutun elmi fəaliyyəti ilə yaxından tanış olub, folklorşünaslıq sahəsində aparılan tədqiqatlar, nəşrlər və aktual problemlər barədə ətraflı məlumat əldə ediblər. Onlar həmçinin bir sıra nüfuzlu elmi tədbirlərdə iştirak edərək məruzə və çıxışlarla çıxış ediblər. Belə ki, tələbələr I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumunda, “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II Respublika elmi konfransında, “Laçın: mədəni yaddaşın folklordan görünən izləri”, Qarabağda Şanlı Zəfərin 5 illiyinə həsr olunmuş “Qırx dörd günün Zəfər dastanı”, eləcə də “Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti” mövzularında keçirilən elmi sessiyalarda fəal iştirak ediblər.

2026-cı il yanvarın 22-də təcrübənin yekunlarına həsr olunmuş yığıncaqda AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev çıxış edərək tələbələrin elmi-tədqiqat təcrübəsində iştirakının onların yeni bilik və bacarıqlar qazanmaları baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, bu cür təcrübələr tələbələrin elmi dünyagörüşünün formalaşmasına və gələcək elmi karyeralarına ciddi töhfə verir.

Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Dilbər Zeynalova isə qeyd edib ki, yalnız nəzəri biliklərlə kifayətlənmək müasir tələblərə cavab vermir. Onun sözlərinə görə, tələbələrin praktiki və elmi-tədqiqat təcrübəsi keçməsi, alimlərlə birbaşa ünsiyyətdə olması və elmi mənbələrlə işləmək bacarıqları ixtisaslı kadr hazırlığında mühüm rol oynayır.

Güney Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova və Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədova da çıxış edərək tələbələrin təcrübə müddətində fəallığını və elmi-tədqiqat işlərinə göstərdikləri marağı yüksək qiymətləndiriblər.

Bildirilib ki, təcrübə dövründə tələbələrin fəaliyyəti iştirak səviyyəsi, təqdimat bacarığı, elmi müzakirələrdə fəallıq, tezis və yekun hesabatların hazırlanması, eləcə də folklor faktlarının qeydə alınması kimi meyarlar əsasında qiymətləndirilib.

Tədbirin sonunda AMEA Folklor İnstitutunun direktoru Hikmət Quliyev tələbələrə sertifikatları təqdim edib.

Aydan Ələkbərova

Xəbər Lenti

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib - FOTO27.01.2026 - 06:57
Azərbaycan və Özbəkistan arasında birgə elm müsabiqəsi elan edilir27.01.2026 - 06:45
23 min nəfər magistraturaya qeydiyyatdan keçib27.01.2026 - 06:32
Məktəblilərin qış tətili başladı27.01.2026 - 06:20
Bu gün hava necə olacaq? 27.01.2026 - 06:10
“Tehsil365” İnformasiya Agentliyinə yeni icraçı direktor təyin olunub - FOTO27.01.2026 - 05:59
Bu gündən məktəblərdə qış tətili başlayır 27.01.2026 - 05:47
Məhəbbət Kazımovun anım günüdür 27.01.2026 - 05:35
Rusiya yazıçısı Mixail Saltıkov-Şedrinin doğum günüdür27.01.2026 - 05:23
Avstriyalı bəstəkar Volfqanq Amadey Motsartın doğum günüdür27.01.2026 - 05:11
2010 — Apple iPad-ı elan edib27.01.2026 - 04:59
Azərbaycanlı riyaziyyatçı Mittaq-Leffler İnstitutunun diplomu ilə təltif olunub26.01.2026 - 19:03
Summativ qiymətləndirmə ilə bağlı iddialara RƏSMİ REAKSİYA26.01.2026 - 18:20
Bakıda ana iki uşağını gözəllik salonunda qoyub qaçdı26.01.2026 - 17:30
Məşhur prodüserin adı “Teşkilat”dan çıxarıldı26.01.2026 - 16:40
Yollar buz bağlayacaq26.01.2026 - 15:55
Əməyin Mühafizəsi Mərkəzi auditor seçir26.01.2026 - 15:15
Prezident bu əsasnaməni təsdiqlədi - Fərman26.01.2026 - 14:59
Dövlət teatrlarında baş rejissor ştatı ləğv edildi26.01.2026 - 14:43
Dövlət qulluğu üzrə imtahan keçiriləcək26.01.2026 - 14:29
DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı”26.01.2026 - 14:11
“Azərbaycan türk atalar sözləri” kitabı nəşr edilib26.01.2026 - 13:50
“Yüksəliş” müsabiqəsinin üçüncü Tələbə Mentorluq Proqramının rəsmi açılış mərasimi keçirilib - FOTO26.01.2026 - 13:27
ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinə ötən il 40 mindən çox onlayn müraciət olub26.01.2026 - 13:15
Dövlət teatrlarında idarəetmə mexanizmləri təkmilləşdirilib - FOTO26.01.2026 - 13:02
Beynəlxalq Muğam Mərkəzində növbəti konsert gənclər gününə həsr olunacaq26.01.2026 - 12:49
BDU-da “Pakistan otağı” açılıb - FOTO26.01.2026 - 12:38
Turizm və Menecment Universitetində “Açıq qapı” günü keçirilib - FOTO26.01.2026 - 12:23
BMU-nun 16 tələbəsi təcrübə və təqaüd proqramının qalibi olub26.01.2026 - 12:10
Agentlik sədri Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək26.01.2026 - 11:57
ADPU-da beynəlxalq təlim-treninqi işə başlayıb - FOTO26.01.2026 - 11:45
“Suverenlik və müstəqilliyin konstitusion hüquqi əsasları” - Məktəblilər üçün maarifləndirmə təlimləri - FOTO26.01.2026 - 11:33
“TechWinter Camp - 2026”ya qeydiyyat başlayıb26.01.2026 - 11:20
ANAMA-nın əməkdaşı Malayziyada öldü - FOTO26.01.2026 - 11:09
Zal nəzarətçiləri üçün təlimlər davam edir26.01.2026 - 10:50
“Roskomnadzor” teleqramla bağlı xəbəri təkzib etdi26.01.2026 - 10:21
“Hasretinle yandı gönlüm” mahnısının ifaçısı vəfat edib26.01.2026 - 10:10
Gəncədə “İkinci həyat” bədii layihəsi təqdim olunub - FOTO26.01.2026 - 09:52
Gəncədə halı pisləşən 17 yaşlı oğlan ölüb26.01.2026 - 09:40
İndoneziyada təhsil almaq istəyənlər üçün yeni təqaüd imkanı26.01.2026 - 09:19
Məktəblilər üçün hüquqi maarifləndirmə təlimləri keçirlib26.01.2026 - 09:04
Sabah hava necə olacaq? 26.01.2026 - 08:50
Oğuz turkcəsinin tarixi və leksik inkişafına fundamental töhfə26.01.2026 - 08:40
“Ssenaridə aktlar və keçidlər” adlı təlim keçirilib - FOTO26.01.2026 - 08:30
Milli İncəsənət Muzeyində yeni daimi ekspozisiyanın açılışı olub - FOTO26.01.2026 - 08:20
Bu gün tanınmış bəstəkar Musa Mirzəyevin anadan olmasından 93 il ötür26.01.2026 - 08:10
Növbəti tədris ilindən UNEC-də süni intellektli professor yardımçısı tətbiq olunacaq26.01.2026 - 07:55