Təhsil 365 - Logo Mobile

ADPU-da beynəlxalq təlim-treninqi işə başlayıb - FOTO

9326.01.2026 - 11:45
ADPU-da beynəlxalq təlim-treninqi işə başlayıb - FOTO

Yanvarın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Hədəfdə STEAM-8” beynəlxalq təlim-treninqinin açılış mərasimi keçirilib.

Bu barədə “Tehsil365"ə universitetdən məlumat verilib.

Tədbir başlamazdan əvvəl robotlar, texnoloji layihələr və robototexnika ilə bağlı ən son yeniliklərin nümayiş etdirildiyi sərgiyə baxış olub.

Ümummilli Lider Heydər Əliyevin, qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bədii hissədən sonra çıxış edən Hədəf Liseylərinin ümumi işlər üzrə icraçı direktoru Nizami Hüseynov bildirib ki, genişmiqyaslı təhsil, texnologiya və innovasiya sahəsində ən son trendləri öyrənmək məqsədilə təşkil olunan seminar-treninqdə beynəlxalq mütəxəssislərin iştirakı ilə STEAM metodunun incəlikləri, texnoloji yeniliklər və təhsildə innovativ yanaşmalar müzakirə olunacaq.

Açılış mərasimində çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov vurğulayıb ki, bu gün dünyada baş verən sürətli texnoloji dəyişikliklər təhsilin məzmununa və metodologiyasına yenidən baxılmasını zəruri edir. Bu baxımdan STEAM yanaşması yalnız fənlərin inteqrasiyası deyil, eyni zamanda, şagirdlərin analitik düşünmə, problem həlletmə, yaradıcılıq və innovativ yanaşma bacarıqlarının inkişafına yönəlmiş müasir təhsil fəlsəfəsidir.

Professor Cəfər Cəfərov bildirib ki, ölkənin əsas pedaqoji kadr hazırlığı mərkəzlərindən olan Pedaqoji Universitetdə STEAM yanaşmasının tətbiqi sistemli və ardıcıl xarakter daşıyır. 2021-ci ildən fəaliyyət göstərən STEAM Mərkəzi yalnız təlim və layihələrlə kifayətlənmir, eyni zamanda, müəllim hazırlığında yeni məzmun yaradır, elmlə təhsilin real inteqrasiyasını təmin edir və region üçün nümunəvi bir STEAM platforması rolunu oynayır. Hazırda universitetdə 8 ixtisas üzrə STEAM əsaslı dərslərin tədris olunması bu istiqamətdə atılan addımların real nəticəsidir.

C.Cəfərov “Hədəfdə STEAM-8” beynəlxalq təlim-treninqinin təhsilin gələcəyi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayaraq, layihənin müasir təhsilin əsas çağırışlarına cavab verən yeni düşüncə tərzinin formalaşdırılmasına xidmət etdiyini bildirib.

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru dosent Şəmil Sadiq, Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Nicat Məmmədli, Türkiyənin Mudanya Universitetinin təsisçisi Qiyasəddin Bingöl, Qazaxıstan Təhsil Nazirliyi və ORLEU Təkmilləşdirmə İnstitutunun direktoru Meruert Medetbekova, Nizami adına Özbəkistan Pedaqoji Universitetinin Nəzəriyyə və metodika kafedrasının dosenti Ugiloy Kusanova, Qırğızıstan İxtisasartırma və Yenidən Hazırlıq İnstitutunun Beynəlxalq şöbəsinin baş mütəxəssisi Akunbek Ergeşov çıxış edib, layihənin əhəmiyyətindən və müasir çağırışlardan danışıblar.

“Hədəfdə STEAM” layihəsinin rəhbəri Şəmil Sadiq vurğulayıb ki, ardıcıl keçirilən təlim-treninqlərin əsas məqsədi müasir dünya təhsilinin qabaqcıl modellərindən olan STEAM əsaslı təhsilin Azərbaycanda tətbiqi təcrübəsini paylaşmaqdır. Hədəf liseyləri tədrisi STEAM yanaşması üzərində qurulan, Azərbaycanda bu modeli sistemli şəkildə tətbiq edən ilk lisey kimi müasir mərhələdə də bu innovativ yanaşmanı uğurla davam etdirir. O vurğulayıb ki, “Hədəfdə STEAM-8” təhsil sahəsində STEAM metodunun XXI əsrin bacarıqlarına uyğun tətbiqi üçün nəzərdə tutulan vacib platformadır: Yerli və beynəlxalq mütəxəssislərin maraqlı çıxışları, innovativ yanaşmaları və praktik dərsləri, eləcə də Qazaxıstan, Özbəkistan və Qırğızıstandan 100-dən artıq mütəxəssisin iştirakı layihənin əhəmiyyətini artırır.

Sonra elmi məruzələr dinlənilib.

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Hədəf Şirkətlər Qrupu və Türkiyənin Şərqi Aralıq Dənizi Universitetinin təşkilatçılığı ilə keçirilən “Hədəfdə STEAM-8” təlim-treninqində ümumilikdə 6 məruzə, Azərbaycan, rus və ingilis dillərində 5 blok üzrə 36 təlim və 5 seminar təqdim olunacaq. Təlim və seminarlarda STEAM metodu, bu metodun Azərbaycanda, Türkiyədə, Qırğızıstanda və Qazaxıstanda tətbiqi, perspektivləri və faydaları, süni intellekt əsrində qlobal çağırışlar və yeni təhsil həlləri, texnologiyanın sərhədlərini genişləndirən innovativ yanaşmalar əsas araşdırma və müzakirə olunacaq.

“Hədəfdə STEAM-8” beynəlxalq təlim-treninqi yanvarın 27-də başa çatacaq.

Aydan Ələkbərova

Xəbər Lenti

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib - FOTO27.01.2026 - 06:57
Azərbaycan və Özbəkistan arasında birgə elm müsabiqəsi elan edilir27.01.2026 - 06:45
23 min nəfər magistraturaya qeydiyyatdan keçib27.01.2026 - 06:32
Məktəblilərin qış tətili başladı27.01.2026 - 06:20
Bu gün hava necə olacaq? 27.01.2026 - 06:10
“Tehsil365” İnformasiya Agentliyinə yeni icraçı direktor təyin olunub - FOTO27.01.2026 - 05:59
Bu gündən məktəblərdə qış tətili başlayır 27.01.2026 - 05:47
Məhəbbət Kazımovun anım günüdür 27.01.2026 - 05:35
Rusiya yazıçısı Mixail Saltıkov-Şedrinin doğum günüdür27.01.2026 - 05:23
Avstriyalı bəstəkar Volfqanq Amadey Motsartın doğum günüdür27.01.2026 - 05:11
2010 — Apple iPad-ı elan edib27.01.2026 - 04:59
Azərbaycanlı riyaziyyatçı Mittaq-Leffler İnstitutunun diplomu ilə təltif olunub26.01.2026 - 19:03
Summativ qiymətləndirmə ilə bağlı iddialara RƏSMİ REAKSİYA26.01.2026 - 18:20
Bakıda ana iki uşağını gözəllik salonunda qoyub qaçdı26.01.2026 - 17:30
Məşhur prodüserin adı “Teşkilat”dan çıxarıldı26.01.2026 - 16:40
Yollar buz bağlayacaq26.01.2026 - 15:55
Əməyin Mühafizəsi Mərkəzi auditor seçir26.01.2026 - 15:15
Prezident bu əsasnaməni təsdiqlədi - Fərman26.01.2026 - 14:59
Dövlət teatrlarında baş rejissor ştatı ləğv edildi26.01.2026 - 14:43
Dövlət qulluğu üzrə imtahan keçiriləcək26.01.2026 - 14:29
DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı”26.01.2026 - 14:11
“Azərbaycan türk atalar sözləri” kitabı nəşr edilib26.01.2026 - 13:50
“Yüksəliş” müsabiqəsinin üçüncü Tələbə Mentorluq Proqramının rəsmi açılış mərasimi keçirilib - FOTO26.01.2026 - 13:27
ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinə ötən il 40 mindən çox onlayn müraciət olub26.01.2026 - 13:15
Dövlət teatrlarında idarəetmə mexanizmləri təkmilləşdirilib - FOTO26.01.2026 - 13:02
Beynəlxalq Muğam Mərkəzində növbəti konsert gənclər gününə həsr olunacaq26.01.2026 - 12:49
BDU-da “Pakistan otağı” açılıb - FOTO26.01.2026 - 12:38
Turizm və Menecment Universitetində “Açıq qapı” günü keçirilib - FOTO26.01.2026 - 12:23
BMU-nun 16 tələbəsi təcrübə və təqaüd proqramının qalibi olub26.01.2026 - 12:10
Agentlik sədri Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək26.01.2026 - 11:57
“Suverenlik və müstəqilliyin konstitusion hüquqi əsasları” - Məktəblilər üçün maarifləndirmə təlimləri - FOTO26.01.2026 - 11:33
“TechWinter Camp - 2026”ya qeydiyyat başlayıb26.01.2026 - 11:20
ANAMA-nın əməkdaşı Malayziyada öldü - FOTO26.01.2026 - 11:09
Zal nəzarətçiləri üçün təlimlər davam edir26.01.2026 - 10:50
“Roskomnadzor” teleqramla bağlı xəbəri təkzib etdi26.01.2026 - 10:21
“Hasretinle yandı gönlüm” mahnısının ifaçısı vəfat edib26.01.2026 - 10:10
Gəncədə “İkinci həyat” bədii layihəsi təqdim olunub - FOTO26.01.2026 - 09:52
Gəncədə halı pisləşən 17 yaşlı oğlan ölüb26.01.2026 - 09:40
Xəzər Universitetinin filologiya tələbələrinin AMEA Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsi başa çatıb26.01.2026 - 09:29
İndoneziyada təhsil almaq istəyənlər üçün yeni təqaüd imkanı26.01.2026 - 09:19
Məktəblilər üçün hüquqi maarifləndirmə təlimləri keçirlib26.01.2026 - 09:04
Sabah hava necə olacaq? 26.01.2026 - 08:50
Oğuz turkcəsinin tarixi və leksik inkişafına fundamental töhfə26.01.2026 - 08:40
“Ssenaridə aktlar və keçidlər” adlı təlim keçirilib - FOTO26.01.2026 - 08:30
Milli İncəsənət Muzeyində yeni daimi ekspozisiyanın açılışı olub - FOTO26.01.2026 - 08:20
Bu gün tanınmış bəstəkar Musa Mirzəyevin anadan olmasından 93 il ötür26.01.2026 - 08:10
Növbəti tədris ilindən UNEC-də süni intellektli professor yardımçısı tətbiq olunacaq26.01.2026 - 07:55