Təhsil 365 - Logo Mobile

Turizm və Menecment Universitetində “Açıq qapı” günü keçirilib - FOTO

7126.01.2026 - 12:23
Turizm və Menecment Universitetində “Açıq qapı” günü keçirilib - FOTO

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bakalavriat və magistratura (əyani) səviyyələri üzrə 2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir. Sessiya çərçivəsində universitetdə “Açıq qapı” günü təşkil olunub və imtahan prosesi izlənilib.

Bu barədə “Tehsil365"ə ATMU-dan məlumat verilib.

Bildirilib ki, “Açıq qapı” günündə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Elman Nəsirov, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov, eləcə də İmtahan Qərargahının üzvləri iştirak ediblər.

Əvvəlcə qonaqlara qış imtahan sessiyasının təşkili və gedişatı barədə ətraflı məlumat verilib.

Daha sonra ATMU-nun rektoru İlham Mədətov tələbələrə semestr imtahanlarında və təhsildə uğurlar arzulayıb. Rektor bildirib ki, imtahan prosesinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın təmin olunması məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb, gün ərzində “Qaynar xətt” fəaliyyət göstərir. O, daxil olan bütün müraciət və şikayətlərin operativ şəkildə araşdırılacağını və aşkar edilən nöqsanların vaxtında aradan qaldırılacağını vurğulayıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov imtahan prosesinin şəffaf və obyektiv şəkildə təşkil olunduğunu bildirib. O qeyd edib ki, “Açıq qapı” günləri ictimai nəzarətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Komitə sədri tələbələrin bilik və bacarıqlarının ədalətli qiymətləndirilməsinin təhsil sisteminə inamın artırdığını xüsusi vurğulayıb.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə isə imtahanların mövcud normativ sənədlərin tələblərinə uyğun keçirildiyini bildirib. Deputat bildirib ki, ATMU-da yaradılan şərait tələbələrin rahat və stressiz mühitdə imtahan verməsinə imkan yaradır və bu, təhsil keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

ATMU-nun rektor müşaviri Fərid Cabbarlı qonaqlara qış imtahan sessiyasının təşkili, imtahanların keçirilmə mexanizmi və qiymətləndirmə meyarları barədə ətraflı məlumat verib. Bildirilib ki, imtahan prosesində şəffaflığın və obyektivliyin təmin olunması əsas prioritetlərdəndir.

Qeyd edək ki, ATMU-da bakalavriat və magistratura (əyani) səviyyələrində 2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası 2025-ci il dekabrın 29-dan başlayaraq 5 həftə müddətində keçirilir. İmtahanlar yazılı, şifahi, təqdimat, test və elektron yazılı formada təşkil olunur. Üzrlü səbəblərdən imtahanlarda iştirak etməyən tələbələr isə fevral ayının ilk həftəsi imtahan verə biləcəklər.

İmtahan sessiyası elm və təhsil nazirinin 11 dekabr 2024-cü il tarixli “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə uyğun olaraq, universitetin dekanlıq və kafedra nümayəndələrinin iştirakı ilə həyata keçirilir.

2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyasına operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin təmin edilməsi məqsədilə ATMU-da yaradılmış İmtahan Qərargahına rektor İlham Mədətov sədrlik edir. Qərargahın tərkibinə prorektorlar, Milli Məclisin deputatları, valideynlər, QHT nümayəndələri və digər ali təhsil müəssisələrinin professor-müəllim heyəti daxildir.

Aydan Ələkbərova

Xəbər Lenti

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib - FOTO27.01.2026 - 06:57
Azərbaycan və Özbəkistan arasında birgə elm müsabiqəsi elan edilir27.01.2026 - 06:45
23 min nəfər magistraturaya qeydiyyatdan keçib27.01.2026 - 06:32
Məktəblilərin qış tətili başladı27.01.2026 - 06:20
Bu gün hava necə olacaq? 27.01.2026 - 06:10
“Tehsil365” İnformasiya Agentliyinə yeni icraçı direktor təyin olunub - FOTO27.01.2026 - 05:59
Bu gündən məktəblərdə qış tətili başlayır 27.01.2026 - 05:47
Məhəbbət Kazımovun anım günüdür 27.01.2026 - 05:35
Rusiya yazıçısı Mixail Saltıkov-Şedrinin doğum günüdür27.01.2026 - 05:23
Avstriyalı bəstəkar Volfqanq Amadey Motsartın doğum günüdür27.01.2026 - 05:11
2010 — Apple iPad-ı elan edib27.01.2026 - 04:59
Azərbaycanlı riyaziyyatçı Mittaq-Leffler İnstitutunun diplomu ilə təltif olunub26.01.2026 - 19:03
Summativ qiymətləndirmə ilə bağlı iddialara RƏSMİ REAKSİYA26.01.2026 - 18:20
Bakıda ana iki uşağını gözəllik salonunda qoyub qaçdı26.01.2026 - 17:30
Məşhur prodüserin adı “Teşkilat”dan çıxarıldı26.01.2026 - 16:40
Yollar buz bağlayacaq26.01.2026 - 15:55
Əməyin Mühafizəsi Mərkəzi auditor seçir26.01.2026 - 15:15
Prezident bu əsasnaməni təsdiqlədi - Fərman26.01.2026 - 14:59
Dövlət teatrlarında baş rejissor ştatı ləğv edildi26.01.2026 - 14:43
Dövlət qulluğu üzrə imtahan keçiriləcək26.01.2026 - 14:29
DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı”26.01.2026 - 14:11
“Azərbaycan türk atalar sözləri” kitabı nəşr edilib26.01.2026 - 13:50
“Yüksəliş” müsabiqəsinin üçüncü Tələbə Mentorluq Proqramının rəsmi açılış mərasimi keçirilib - FOTO26.01.2026 - 13:27
ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinə ötən il 40 mindən çox onlayn müraciət olub26.01.2026 - 13:15
Dövlət teatrlarında idarəetmə mexanizmləri təkmilləşdirilib - FOTO26.01.2026 - 13:02
Beynəlxalq Muğam Mərkəzində növbəti konsert gənclər gününə həsr olunacaq26.01.2026 - 12:49
BDU-da “Pakistan otağı” açılıb - FOTO26.01.2026 - 12:38
BMU-nun 16 tələbəsi təcrübə və təqaüd proqramının qalibi olub26.01.2026 - 12:10
Agentlik sədri Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək26.01.2026 - 11:57
ADPU-da beynəlxalq təlim-treninqi işə başlayıb - FOTO26.01.2026 - 11:45
“Suverenlik və müstəqilliyin konstitusion hüquqi əsasları” - Məktəblilər üçün maarifləndirmə təlimləri - FOTO26.01.2026 - 11:33
“TechWinter Camp - 2026”ya qeydiyyat başlayıb26.01.2026 - 11:20
ANAMA-nın əməkdaşı Malayziyada öldü - FOTO26.01.2026 - 11:09
Zal nəzarətçiləri üçün təlimlər davam edir26.01.2026 - 10:50
“Roskomnadzor” teleqramla bağlı xəbəri təkzib etdi26.01.2026 - 10:21
“Hasretinle yandı gönlüm” mahnısının ifaçısı vəfat edib26.01.2026 - 10:10
Gəncədə “İkinci həyat” bədii layihəsi təqdim olunub - FOTO26.01.2026 - 09:52
Gəncədə halı pisləşən 17 yaşlı oğlan ölüb26.01.2026 - 09:40
Xəzər Universitetinin filologiya tələbələrinin AMEA Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsi başa çatıb26.01.2026 - 09:29
İndoneziyada təhsil almaq istəyənlər üçün yeni təqaüd imkanı26.01.2026 - 09:19
Məktəblilər üçün hüquqi maarifləndirmə təlimləri keçirlib26.01.2026 - 09:04
Sabah hava necə olacaq? 26.01.2026 - 08:50
Oğuz turkcəsinin tarixi və leksik inkişafına fundamental töhfə26.01.2026 - 08:40
“Ssenaridə aktlar və keçidlər” adlı təlim keçirilib - FOTO26.01.2026 - 08:30
Milli İncəsənət Muzeyində yeni daimi ekspozisiyanın açılışı olub - FOTO26.01.2026 - 08:20
Bu gün tanınmış bəstəkar Musa Mirzəyevin anadan olmasından 93 il ötür26.01.2026 - 08:10
Növbəti tədris ilindən UNEC-də süni intellektli professor yardımçısı tətbiq olunacaq26.01.2026 - 07:55