Təhsil 365 - Logo Mobile

BDU-da “Pakistan otağı” açılıb - FOTO

9026.01.2026 - 12:38
BDU-da “Pakistan otağı” açılıb - FOTO

Bakı Dövlət Universiteti (BDU) və Pakistanın İslamabad Fond Universitetinin birgə təşkilatçılığı ilə BDU-nun Şərqşünaslıq fakültəsində “Pakistan otağı”nın açılışı keçirilib.

Bu barədə “Tehsil365"ə BDU-dan məlumat verilib.

Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Qeyd edib ki, bu əlaqələrin dərinləşməsində elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq da böyük rol oynayır. BDU-nun beynəlxalq əlaqələrində Pakistanın ali təhsil və tədqiqat müəssisələri ilə əməkdaşlıq önəmli yer tutur. BDU-nun Şərqşünaslıq fakültəsində 2001-i ildən Urdu dili şöbəsi fəaliyyətə başlayıb. Hazırda Orta Şərq dilləri və ədəbiyyatı kafedrasında urdu dili, urdu ədəbiyyatı istiqaməti üzrə tədris aparılır. BDU və İslamabad Fond Universiteti arasında əməkdaşlıq memorandumu uğurla davam edir və elmi və mədəni əlaqələr daha da möhkəmləndirilir. Rektor “Pakistan otağı”nın açılışının da iki dost ölkə arasında əlaqələrin inkişafına, urdu dilinin tədrisinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Pakistanın səfiri Qasım Mohiuddin çıxışında Azərbaycan və Pakistan arasında münasibətlərin tarixi köklərə, qarşılıqlı etimada və ortaq dəyərlərə əsaslandığını vurğulayıb. O, xüsusilə ali təhsil müəssisələri arasında qurulan əməkdaşlığın xalqlarımızın bir-birini daha yaxından tanımasında mühüm rol oynadığını qeyd edib. Səfir BDU-da urdu dilinin tədrisini və “Pakistan otağı”nın yaradılmasını mədəni və akademik mübadilənin institusional təzahürü kimi dəyərləndirərək, Pakistan tərəfinin bu cür təşəbbüsləri daim dəstəklədiyini bildirib.

Pakistanın İslamabad Fond Universitetinin rektoru Məhəmməd Kalem Asif çıxışında BDU ilə qurulan əməkdaşlığa xüsusi önəm verdiklərini deyib. O, iki universitet arasında birgə elmi tədqiqatların aparılması, akademik mübadilə proqramlarının həyata keçirilməsi, ortaq layihə və tədbirlərin təşkili üçün geniş imkanların mövcud olduğunu qeyd edib. Rektor “Pakistan otağı”nın açılışını əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirərək, bu təşəbbüsün gələcəkdə birgə layihələrin və mədəni-elmi əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonra Şərqşünaslıq fakültəsinin tələbələrinin Azərbaycan-Pakistan əlaqələrinə dair hazırladıqları videoçarx nümayiş olunub. “Regionşünaslıq” (Pakistan üzrə) ixtisası üzrə təhsil alan tələbələr urdu dilində şeirlər səsləndiriblər.

Aydan Ələkbərova

Xəbər Lenti

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib - FOTO27.01.2026 - 06:57
Azərbaycan və Özbəkistan arasında birgə elm müsabiqəsi elan edilir27.01.2026 - 06:45
23 min nəfər magistraturaya qeydiyyatdan keçib27.01.2026 - 06:32
Məktəblilərin qış tətili başladı27.01.2026 - 06:20
Bu gün hava necə olacaq? 27.01.2026 - 06:10
“Tehsil365” İnformasiya Agentliyinə yeni icraçı direktor təyin olunub - FOTO27.01.2026 - 05:59
Bu gündən məktəblərdə qış tətili başlayır 27.01.2026 - 05:47
Məhəbbət Kazımovun anım günüdür 27.01.2026 - 05:35
Rusiya yazıçısı Mixail Saltıkov-Şedrinin doğum günüdür27.01.2026 - 05:23
Avstriyalı bəstəkar Volfqanq Amadey Motsartın doğum günüdür27.01.2026 - 05:11
2010 — Apple iPad-ı elan edib27.01.2026 - 04:59
Azərbaycanlı riyaziyyatçı Mittaq-Leffler İnstitutunun diplomu ilə təltif olunub26.01.2026 - 19:03
Summativ qiymətləndirmə ilə bağlı iddialara RƏSMİ REAKSİYA26.01.2026 - 18:20
Bakıda ana iki uşağını gözəllik salonunda qoyub qaçdı26.01.2026 - 17:30
Məşhur prodüserin adı “Teşkilat”dan çıxarıldı26.01.2026 - 16:40
Yollar buz bağlayacaq26.01.2026 - 15:55
Əməyin Mühafizəsi Mərkəzi auditor seçir26.01.2026 - 15:15
Prezident bu əsasnaməni təsdiqlədi - Fərman26.01.2026 - 14:59
Dövlət teatrlarında baş rejissor ştatı ləğv edildi26.01.2026 - 14:43
Dövlət qulluğu üzrə imtahan keçiriləcək26.01.2026 - 14:29
DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı”26.01.2026 - 14:11
“Azərbaycan türk atalar sözləri” kitabı nəşr edilib26.01.2026 - 13:50
“Yüksəliş” müsabiqəsinin üçüncü Tələbə Mentorluq Proqramının rəsmi açılış mərasimi keçirilib - FOTO26.01.2026 - 13:27
ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinə ötən il 40 mindən çox onlayn müraciət olub26.01.2026 - 13:15
Dövlət teatrlarında idarəetmə mexanizmləri təkmilləşdirilib - FOTO26.01.2026 - 13:02
Beynəlxalq Muğam Mərkəzində növbəti konsert gənclər gününə həsr olunacaq26.01.2026 - 12:49
Turizm və Menecment Universitetində “Açıq qapı” günü keçirilib - FOTO26.01.2026 - 12:23
BMU-nun 16 tələbəsi təcrübə və təqaüd proqramının qalibi olub26.01.2026 - 12:10
Agentlik sədri Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək26.01.2026 - 11:57
ADPU-da beynəlxalq təlim-treninqi işə başlayıb - FOTO26.01.2026 - 11:45
“Suverenlik və müstəqilliyin konstitusion hüquqi əsasları” - Məktəblilər üçün maarifləndirmə təlimləri - FOTO26.01.2026 - 11:33
“TechWinter Camp - 2026”ya qeydiyyat başlayıb26.01.2026 - 11:20
ANAMA-nın əməkdaşı Malayziyada öldü - FOTO26.01.2026 - 11:09
Zal nəzarətçiləri üçün təlimlər davam edir26.01.2026 - 10:50
“Roskomnadzor” teleqramla bağlı xəbəri təkzib etdi26.01.2026 - 10:21
“Hasretinle yandı gönlüm” mahnısının ifaçısı vəfat edib26.01.2026 - 10:10
Gəncədə “İkinci həyat” bədii layihəsi təqdim olunub - FOTO26.01.2026 - 09:52
Gəncədə halı pisləşən 17 yaşlı oğlan ölüb26.01.2026 - 09:40
Xəzər Universitetinin filologiya tələbələrinin AMEA Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsi başa çatıb26.01.2026 - 09:29
İndoneziyada təhsil almaq istəyənlər üçün yeni təqaüd imkanı26.01.2026 - 09:19
Məktəblilər üçün hüquqi maarifləndirmə təlimləri keçirlib26.01.2026 - 09:04
Sabah hava necə olacaq? 26.01.2026 - 08:50
Oğuz turkcəsinin tarixi və leksik inkişafına fundamental töhfə26.01.2026 - 08:40
“Ssenaridə aktlar və keçidlər” adlı təlim keçirilib - FOTO26.01.2026 - 08:30
Milli İncəsənət Muzeyində yeni daimi ekspozisiyanın açılışı olub - FOTO26.01.2026 - 08:20
Bu gün tanınmış bəstəkar Musa Mirzəyevin anadan olmasından 93 il ötür26.01.2026 - 08:10
Növbəti tədris ilindən UNEC-də süni intellektli professor yardımçısı tətbiq olunacaq26.01.2026 - 07:55