Təhsil 365 - Logo Mobile

ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinə ötən il 40 mindən çox onlayn müraciət olub

7226.01.2026 - 13:15
ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinə ötən il 40 mindən çox onlayn müraciət olub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin ümumi fondu ötən il 652 min 262 nüsxə təşkil edib. Bunun 576 min 482 nüsxəsi kitab fondudur. Kitab fondunun dil bölgüsünə əsasən, 272 min 811 nüsxə Azərbaycan dilində (onlardan 71 min 790 nüsxə latın qrafikalı, 201 min 12 nüsxə kiril əlifbalı), 290 min 762 nüsxə rus dilində, 12 min 909 nüsxə isə digər dillərdə olan nəşrlərdir.

Bu barədə “Tehsil365"ə ADPU-dan məlumat verilib.

Elektron kataloqda 15 min 600 adda 88 min 347 nüsxə ədəbiyyat oxucuların istifadəsinə verilib. Elektron resursların 71 min 790 nüsxəsi Azərbaycan, 1998 nüsxəsi rus, 14 min 559 nüsxəsi isə digər dillərdədir.

2025-ci ildə Kitabxana-İnformasiya Mərkəzinin oxucularının ümumi sayı 10 min 277 nəfər, onlayn müraciətlərin sayı isə 40 min 203 olub.

Ötən il ərzində fonda 1 933 nüsxə kitab daxil olub. Onlardan 1732 nüsxə Azərbaycan, 80 nüsxə rus, 121 nüsxə digər xarici dillərdədir. Eyni zamanda fond 1 361 dərslik və dərs vəsaiti, 366 elmi ədəbiyyat, 136 bədii ədəbiyyat, 70 ictimai-siyasi nəşr, 19 elmlər doktoru və fəlsəfə doktoru dissertasiyası, 95 magistr dissertasiyası, 101 avtoreferat, 115 proqram və 17 disk ilə zənginləşdirilib.

Dövri mətbuata abunə çərçivəsində 9 adda qəzet və 5 adda jurnal oxucuların istifadəsinə təqdim olunub.

İl ərzində Kitabxanaya 10 min 277 oxucu gəlişi qeydə alınıb, 22 min 171 nüsxə kitab verilişi həyata keçirilib. Onlardan 3319-u elektron xidmətlər, 10 min 35 nəfər isə ənənəvi oxu zallarından istifadə edib.

2025-ci ildə Kitabxana-İnformasiya Mərkəzi tərəfindən bir sıra elmi-maarifləndirici tədbirlər, sərgilər və respublika səviyyəli forum və seminarlarda iştirak təmin edilib. Bunlar sırasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev-102” adlı sərgi, “Konstitusiya və Suverenlik İli” çərçivəsində daimi kitab sərgiləri, eləcə də müxtəlif ali təhsil müəssisələrində keçirilən forum, seminar və elmi-praktiki tədbirlər xüsusi yer tutur.

Bununla yanaşı, “Beynəlxalq Kitab Bağışlama Günü”, magistrantların VIII elmi konfransı çərçivəsində dövri elmi nəşrlərin sərgisi, Humanitar Kollec tələbələrinin diplomqabağı təcrübəsinin başa çatmasına həsr olunmuş tədbir və “Süni intellekt və kitabxanalar: Məktəbdən rəqəmsal gələcəyə” mövzusunda elmi-maarifləndirici görüş təşkil edilib.

Aydan Ələkbərova

Xəbər Lenti

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib - FOTO27.01.2026 - 06:57
Azərbaycan və Özbəkistan arasında birgə elm müsabiqəsi elan edilir27.01.2026 - 06:45
23 min nəfər magistraturaya qeydiyyatdan keçib27.01.2026 - 06:32
Məktəblilərin qış tətili başladı27.01.2026 - 06:20
Bu gün hava necə olacaq? 27.01.2026 - 06:10
“Tehsil365” İnformasiya Agentliyinə yeni icraçı direktor təyin olunub - FOTO27.01.2026 - 05:59
Bu gündən məktəblərdə qış tətili başlayır 27.01.2026 - 05:47
Məhəbbət Kazımovun anım günüdür 27.01.2026 - 05:35
Rusiya yazıçısı Mixail Saltıkov-Şedrinin doğum günüdür27.01.2026 - 05:23
Avstriyalı bəstəkar Volfqanq Amadey Motsartın doğum günüdür27.01.2026 - 05:11
2010 — Apple iPad-ı elan edib27.01.2026 - 04:59
Azərbaycanlı riyaziyyatçı Mittaq-Leffler İnstitutunun diplomu ilə təltif olunub26.01.2026 - 19:03
Summativ qiymətləndirmə ilə bağlı iddialara RƏSMİ REAKSİYA26.01.2026 - 18:20
Bakıda ana iki uşağını gözəllik salonunda qoyub qaçdı26.01.2026 - 17:30
Məşhur prodüserin adı “Teşkilat”dan çıxarıldı26.01.2026 - 16:40
Yollar buz bağlayacaq26.01.2026 - 15:55
Əməyin Mühafizəsi Mərkəzi auditor seçir26.01.2026 - 15:15
Prezident bu əsasnaməni təsdiqlədi - Fərman26.01.2026 - 14:59
Dövlət teatrlarında baş rejissor ştatı ləğv edildi26.01.2026 - 14:43
Dövlət qulluğu üzrə imtahan keçiriləcək26.01.2026 - 14:29
DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı”26.01.2026 - 14:11
“Azərbaycan türk atalar sözləri” kitabı nəşr edilib26.01.2026 - 13:50
“Yüksəliş” müsabiqəsinin üçüncü Tələbə Mentorluq Proqramının rəsmi açılış mərasimi keçirilib - FOTO26.01.2026 - 13:27
Dövlət teatrlarında idarəetmə mexanizmləri təkmilləşdirilib - FOTO26.01.2026 - 13:02
Beynəlxalq Muğam Mərkəzində növbəti konsert gənclər gününə həsr olunacaq26.01.2026 - 12:49
BDU-da “Pakistan otağı” açılıb - FOTO26.01.2026 - 12:38
Turizm və Menecment Universitetində “Açıq qapı” günü keçirilib - FOTO26.01.2026 - 12:23
BMU-nun 16 tələbəsi təcrübə və təqaüd proqramının qalibi olub26.01.2026 - 12:10
Agentlik sədri Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək26.01.2026 - 11:57
ADPU-da beynəlxalq təlim-treninqi işə başlayıb - FOTO26.01.2026 - 11:45
“Suverenlik və müstəqilliyin konstitusion hüquqi əsasları” - Məktəblilər üçün maarifləndirmə təlimləri - FOTO26.01.2026 - 11:33
“TechWinter Camp - 2026”ya qeydiyyat başlayıb26.01.2026 - 11:20
ANAMA-nın əməkdaşı Malayziyada öldü - FOTO26.01.2026 - 11:09
Zal nəzarətçiləri üçün təlimlər davam edir26.01.2026 - 10:50
“Roskomnadzor” teleqramla bağlı xəbəri təkzib etdi26.01.2026 - 10:21
“Hasretinle yandı gönlüm” mahnısının ifaçısı vəfat edib26.01.2026 - 10:10
Gəncədə “İkinci həyat” bədii layihəsi təqdim olunub - FOTO26.01.2026 - 09:52
Gəncədə halı pisləşən 17 yaşlı oğlan ölüb26.01.2026 - 09:40
Xəzər Universitetinin filologiya tələbələrinin AMEA Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsi başa çatıb26.01.2026 - 09:29
İndoneziyada təhsil almaq istəyənlər üçün yeni təqaüd imkanı26.01.2026 - 09:19
Məktəblilər üçün hüquqi maarifləndirmə təlimləri keçirlib26.01.2026 - 09:04
Sabah hava necə olacaq? 26.01.2026 - 08:50
Oğuz turkcəsinin tarixi və leksik inkişafına fundamental töhfə26.01.2026 - 08:40
“Ssenaridə aktlar və keçidlər” adlı təlim keçirilib - FOTO26.01.2026 - 08:30
Milli İncəsənət Muzeyində yeni daimi ekspozisiyanın açılışı olub - FOTO26.01.2026 - 08:20
Bu gün tanınmış bəstəkar Musa Mirzəyevin anadan olmasından 93 il ötür26.01.2026 - 08:10
Növbəti tədris ilindən UNEC-də süni intellektli professor yardımçısı tətbiq olunacaq26.01.2026 - 07:55