Təhsil 365 - Logo Mobile

“Yüksəliş” müsabiqəsinin üçüncü Tələbə Mentorluq Proqramının rəsmi açılış mərasimi keçirilib - FOTO

9026.01.2026 - 13:27
“Yüksəliş” müsabiqəsinin üçüncü Tələbə Mentorluq Proqramının rəsmi açılış mərasimi keçirilib - FOTO

Bakı Ali Neft Məktəbində “Yüksəliş” müsabiqəsinin üçüncü Tələbə Mentorluq Proqramının rəsmi açılış mərasimi keçirilib.

Müsabiqənin İşçi Qrupundan “Tehsil365”ə bildirilib ki, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev Tələbə Mentorluq Proqramının gənclərin potensialının üzə çıxarılması və onların peşəkar inkişafının dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Tələbə Mentorluq Proqramının bilik və təcrübə ötürülməsində səmərəli olduğunu qeyd edərək, bu proqramın gənclərin düzgün karyera istiqamətinin müəyyənləşdirilməsinə və liderlik bacarıqlarının formalaşmasına mühüm töhfə verdiyini bildirib.

Tədbir zamanı Tələbə Mentorluq Proqramına cəlb olunan tələbələrlə onlara mentorluq edəcək “Yüksəliş” müsabiqəsinin qalibləri arasında bölgü aparıldığı elan edilib. Proqram çərçivəsində mentorlar tələbələrlə həm fərdi, həm də qrup formatında fəaliyyət göstərəcək, onların peşəkar biliklərinin artırılmasına və şəxsi inkişafına dəstək olacaqlar. Mentorluq prosesi karyera planlaşdırılması, liderlik bacarıqlarının gücləndirilməsi, effektiv ünsiyyət və analitik düşüncə vərdişlərinin formalaşdırılması kimi əsas istiqamətləri əhatə edəcək. Bununla yanaşı, tələbələrin potensialının üzə çıxarılması və gələcək karyera imkanlarının genişləndirilməsi məqsədilə mütəmadi görüşlər və inkişafyönümlü sessiyalar təşkil olunacaq.

Tədbirin yekununda iştirakçıların sualları cavablandırılıb, həmçinin Mentorluq Proqramında iştirak imkanları və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, sayca üçüncü dəfə keçirilən Tələbə Mentorluq Proqramının ilk mövsümü 2023-2024-cü illərdə, ikinci mövsümü 2024-2025-ci illərdə müvəffəqiyyətlə tamamlanıb.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il 10 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.

Aydan Ələkbərova

Xəbər Lenti

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib - FOTO27.01.2026 - 06:57
Azərbaycan və Özbəkistan arasında birgə elm müsabiqəsi elan edilir27.01.2026 - 06:45
23 min nəfər magistraturaya qeydiyyatdan keçib27.01.2026 - 06:32
Məktəblilərin qış tətili başladı27.01.2026 - 06:20
Bu gün hava necə olacaq? 27.01.2026 - 06:10
“Tehsil365” İnformasiya Agentliyinə yeni icraçı direktor təyin olunub - FOTO27.01.2026 - 05:59
Bu gündən məktəblərdə qış tətili başlayır 27.01.2026 - 05:47
Məhəbbət Kazımovun anım günüdür 27.01.2026 - 05:35
Rusiya yazıçısı Mixail Saltıkov-Şedrinin doğum günüdür27.01.2026 - 05:23
Avstriyalı bəstəkar Volfqanq Amadey Motsartın doğum günüdür27.01.2026 - 05:11
2010 — Apple iPad-ı elan edib27.01.2026 - 04:59
Azərbaycanlı riyaziyyatçı Mittaq-Leffler İnstitutunun diplomu ilə təltif olunub26.01.2026 - 19:03
Summativ qiymətləndirmə ilə bağlı iddialara RƏSMİ REAKSİYA26.01.2026 - 18:20
Bakıda ana iki uşağını gözəllik salonunda qoyub qaçdı26.01.2026 - 17:30
Məşhur prodüserin adı “Teşkilat”dan çıxarıldı26.01.2026 - 16:40
Yollar buz bağlayacaq26.01.2026 - 15:55
Əməyin Mühafizəsi Mərkəzi auditor seçir26.01.2026 - 15:15
Prezident bu əsasnaməni təsdiqlədi - Fərman26.01.2026 - 14:59
Dövlət teatrlarında baş rejissor ştatı ləğv edildi26.01.2026 - 14:43
Dövlət qulluğu üzrə imtahan keçiriləcək26.01.2026 - 14:29
DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı”26.01.2026 - 14:11
“Azərbaycan türk atalar sözləri” kitabı nəşr edilib26.01.2026 - 13:50
ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinə ötən il 40 mindən çox onlayn müraciət olub26.01.2026 - 13:15
Dövlət teatrlarında idarəetmə mexanizmləri təkmilləşdirilib - FOTO26.01.2026 - 13:02
Beynəlxalq Muğam Mərkəzində növbəti konsert gənclər gününə həsr olunacaq26.01.2026 - 12:49
BDU-da “Pakistan otağı” açılıb - FOTO26.01.2026 - 12:38
Turizm və Menecment Universitetində “Açıq qapı” günü keçirilib - FOTO26.01.2026 - 12:23
BMU-nun 16 tələbəsi təcrübə və təqaüd proqramının qalibi olub26.01.2026 - 12:10
Agentlik sədri Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək26.01.2026 - 11:57
ADPU-da beynəlxalq təlim-treninqi işə başlayıb - FOTO26.01.2026 - 11:45
“Suverenlik və müstəqilliyin konstitusion hüquqi əsasları” - Məktəblilər üçün maarifləndirmə təlimləri - FOTO26.01.2026 - 11:33
“TechWinter Camp - 2026”ya qeydiyyat başlayıb26.01.2026 - 11:20
ANAMA-nın əməkdaşı Malayziyada öldü - FOTO26.01.2026 - 11:09
Zal nəzarətçiləri üçün təlimlər davam edir26.01.2026 - 10:50
“Roskomnadzor” teleqramla bağlı xəbəri təkzib etdi26.01.2026 - 10:21
“Hasretinle yandı gönlüm” mahnısının ifaçısı vəfat edib26.01.2026 - 10:10
Gəncədə “İkinci həyat” bədii layihəsi təqdim olunub - FOTO26.01.2026 - 09:52
Gəncədə halı pisləşən 17 yaşlı oğlan ölüb26.01.2026 - 09:40
Xəzər Universitetinin filologiya tələbələrinin AMEA Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsi başa çatıb26.01.2026 - 09:29
İndoneziyada təhsil almaq istəyənlər üçün yeni təqaüd imkanı26.01.2026 - 09:19
Məktəblilər üçün hüquqi maarifləndirmə təlimləri keçirlib26.01.2026 - 09:04
Sabah hava necə olacaq? 26.01.2026 - 08:50
Oğuz turkcəsinin tarixi və leksik inkişafına fundamental töhfə26.01.2026 - 08:40
“Ssenaridə aktlar və keçidlər” adlı təlim keçirilib - FOTO26.01.2026 - 08:30
Milli İncəsənət Muzeyində yeni daimi ekspozisiyanın açılışı olub - FOTO26.01.2026 - 08:20
Bu gün tanınmış bəstəkar Musa Mirzəyevin anadan olmasından 93 il ötür26.01.2026 - 08:10
Növbəti tədris ilindən UNEC-də süni intellektli professor yardımçısı tətbiq olunacaq26.01.2026 - 07:55