2010-cu ilin bu günü Apple şirkəti ilk dəfə olaraq iPad planşetini rəsmi şəkildə ictimaiyyətə təqdim edib. ABŞ-ın San-Fransisko şəhərində keçirilən təqdimat mərasimində mərhum Steve Jobs tərəfindən nümayiş etdirilən iPad texnologiya dünyasında yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilib.
“Tehsil365”in məlumatına görə, yeni cihaz noutbuk və smartfon arasında körpü rolunu oynayaraq, istifadəçilərə internetə baxış, elektron kitab oxuma, video izləmə, oyun və müxtəlif tətbiqlərdən rahat istifadə imkanı yaradıb. iPad qısa müddət ərzində həm fərdi istifadəçilər, həm də təhsil, biznes və media sahələri üçün populyar bir texnoloji vasitəyə çevrilib.
Apple-ın bu addımı planşet bazarının sürətli inkişafına təkan verib və sonrakı illərdə rəqib şirkətlərin də oxşar məhsullar təqdim etməsinə yol açıb. iPad isə bu günədək davamlı olaraq yenilənərək Apple-ın ən uğurlu məhsul xəttlərindən biri olaraq qalır.

